Novxanı çimərliyi: Dənizkənarında masa üçün 10 manat vermək lazımdır - FOTO

İyunun 15-dən ölkə ərazisində çimərlik mövsümü rəsmən açılıb. Müvafiq strukturlar isə yenə də ənənəvi monitorinq nəticələrini açıqlayıblar.

Bu monitorinqə görə, Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil çimərliklərindən başqa bütün çimərliklər çimmək üçün yararlı hesab olunur. Lakin çimərlik mövsümünün rəsmən açılmasından bir həftə keçsə də hələ çimərlik havası deyil, Bakıda havalar küləkli və sərin keçir.

Bəs bu il paytaxt çimərliklərində vəziyyət necədir? Sərin havalarda da dəniz sahilində dincəlməyə gedənlər varmı?

Sonxeber.az xəbər verir ki,

Müsahibimiz deyir ki, 25 ildən çoxdur hər yay Novxanı çimərliyinə gəlir və çimərliyin hər qarışına yaxşı bələddir. Onun sözlərinə görə, 2000-ci il zəlzələsindən sonra dənizin Novxanı hissəsinin relyefində dəyişiklik olub, sualtı torpaq qatında iri çatlar yaranıb. O vaxtdan da bu zonada suda boğulma halları çoxalıb: "Şıx çimərliyində böyük bir ərazinin dərinliyi eynidir, adamlar orada rahat üzürlər. Amma burda zəlzələdən sonra torpaq qatı parçalanıb, ayrılıb. Üzdüyün yerdə bir də gördün ki, gedirsən. Neçə dəfə öz başıma gəlib. Üzə bilməsəydim çoxdan batmışdım. Elə ona görədir ki, neçə illərdir burada boğulma təhlükəsilə üzləşənlərin sayı çoxdur", -deyə H. Əzimov əlavə edir.

Elə çimərlikdə boğulmadan söz düşmüşkən, əslində bu zonada dənizdə boğulma təhlükəsilə üzləşən və ya xəsarət almış şəxsi xəstəxanaya çatdırmaq özü müşkül məsələdir. Xüsusən də, günortadan sonrakı pik saatlarda tıxacı keçərək xəstəxanaya çatınca xəstə ölməsə belə ölümcül vəziyyətə düşər.

Boş masa 10 manat...

Hava imkan verməsə də, sahil zolağı boyunca dənizin soyuq suyuna baş vuranlara rast gəldik. Amma çimənlərdən çox suyun kənarında süfrə açıb oturanlar var idi. Onların əksəriyyəti həm dəniz havası udmaq, həm də piknik etmək niyyətində idilər. Sahildə yerləşən bahalı retoranlarda müştərilər olsa da, kiçik və nisbətən ucuz istirahət mərkəzlərində demək olar ki, müştəri gözə dəymirdi.

Novxanı çimərliyi: Dənizkənarında masa üçün 10 manat vermək lazımdır - FOTOHəqiqətən də, istirahət mərkəzlərinin bəzilərində müsahibimizin bildiridiyi vəziyyətlə qarşılaşdıq. Məsələn, "Narın" istirahət mərkəzinin əməkdaşından öyrəndik ki, burada çay içmək üçün gərək masa sifariş edəsən. Masanın qiyməti isə 10 manatdır. Təbii ki, çaya boş masaya ödənilən 10 manatdan əlavə azı 3 manat ödəməlisən.

Novxanı istirahət mərkəzlərində yerindən asılı olaraq bir çaydan çay 3-10 manat arasında dəyişir. Əksər istirahət mərkəzlərində "şezlonq"olmasa da, çətir kirayələmək mümkündür. Çətirin qiyməti də yerdən asılı olaraq 3-5 manat, "şezlonq" 6-7 manat, koteclərin qiyməti isə 30-50 manat arasında dəyişir.

Novxanı çimərliyində girişi 20-25 manat olan özəl istirahət mərkəzləri də var ki, burada adi çimərlikdən fərqli olaraq hovuz və akvaparkdan istifadə etmək üstünlüyü var.

Novxanı çimərliyinə gələnlər bir də sahil boyu o baş-bu başa vurnuxan atlıları görməmiş deyillər. Bu çimərliyə gələnlərə daha bir xidmət - at xidməti də təklif olunur. Atla kiçik məsafəyə gəzintiyə görə isə 3 manatdan keçmək lazımdır. İstirahət mərkəzində sadəcə duşdan istifadənin qiyməti 1-2 manatdır. Eyni zamanada əksər ümumi sayılan, əslində isə yarıxüsusiləşmiş çimərliklərə avtomobillə daxil olmaq üçün 1 manat ödəniş olunmalıdır.

Novxanı çimərliyi: Dənizkənarında masa üçün 10 manat vermək lazımdır - FOTO"Bizim istirahət mərkəzində çimmək qadağandır"

Novxanıda yerləşən "Amor", "Diana" kimi istirahət mərkəzlərində isə sahil zolağında çimməyə icazə verilmir. "Amor" istirahət mərkəzinin mühafizəçisi bildirdi ki, bura yalnız yeməyə və dincəlməyə gələnlər üçündür. Mühafizəçi ümumiyyətlə, istirahət mərkəzinin içərisindən keçərək dəniz sahilinə getməyə icazə verilmədiyini dedi. Suyun içərisinə qədər hasarlanan bu istirahət mərkəzinin sahil ərazisində təmizlik gözə çarpsa da, kənar ərazilər zibilliyi xatırladırdı. Doğrudur, əvvəlki illərdən fərqli olaraq çimərlikdə dincələn mal-qara görmədik. Amma hələ mövsüm qızışmamış yerdə içki şüşələri, selofan torbalar, qida qalıqları, hətta "pampers"ə də rast gəldik.

Çimərlikdən çıxmaq istəyirdik ki, əlimdəki dondurma kağızını xatırladım. 40 dəqiqəyə yaxındı ki, onu əlimdə gəzdirirdim, atmağa zibil qutusu tapmadım. Kağızı çantama qoyub gəldiyimiz yolu geri qayıtdıq. Bayaqdan dənizdə üzənlərdən heç kim qalmamışdı, hava daha da soyuduğundan çimərlikdəkilər yığışıb getmişdilər. Dəniz tək qalmışdı. Lap qışdakı kimi...


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 2062   Tarix: 22 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Dünyada sonuncu nümunəsi qalan ağac üçün 24 saatlıq mühafizə

Çiliyə məxsus olan Robinson Crusoe Adası ərazisində dünyada son nümunəsi qalan "Dendroseris neriifolia" (ağac çobanyastığı) növünün qorunması üçün genişmiqyaslı tədbirlər görülür. xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislərin məlumatına görə, növün son ağacı dik qayalıq üzərind

8 iyun
.

4 uşaq anası zirzəmidə ölü tapıldı: Ölüm səbəbi araşdırılır

Türkiyənin Hakkari vilayətində şübhəli ölüm hadisəsi qeydə alınıb. Bağlar məhəlləsində yerləşən yaşayış binasının zirzəmisində 4 uşaq anası H.Ç. hərəkətsiz vəziyyətdə aşkarlanıb. xarici mediaya istinadla xəbər verir ki, hadisəni görən şəxslərin məlumat verməsindən sonra əraziyə polis və təcili tibb

8 iyun
.

Xırdalanda faciənin bir addımlığında: Nəfəs kəsən xilasetmə əməliyyatı - VİDEO

Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində çoxmərtəbəli yaşayış binasında təhlükəli vəziyyətdə qalan vətəndaş xilas edilib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib. Əməliyya

7 iyun
.

İş yerinə silahlı hücum: Şübhəlilərin axtarışına başlanıldı - VİDEO

Türkiyənin İstanbul şəhərinin Beykoz rayonunda yerləşən iş mərkəzlərindən birində silahlı hücum hadisəsi baş verib. türk mediasına istinadən xəbər verir ki, məlumata görə, motosikletlə hadisə yerinə gələn iki naməlum şəxs iş mərkəzinin birinci mərtəbəsində fəaliyyət göstərən iş yerinə atəş açıb. Hücumda

9 iyun
.

Qaydaları pozan şirniyyat mağazası möhürləndi - VİDEO

Türkiyənin İstanbul şəhərinin Bahçelievler rayonunda keçirilən nəzarət tədbirləri zamanı gigiyena qaydalarına əməl etmədiyi və lisenziyasız fəaliyyət göstərdiyi müəyyən edilən şirniyyat mağazası möhürlənib. türk mediasına istinadən xəbər verir ki, yoxlamalarda iştirak edən Bahçelievler bələdiyyəsini

10 iyun
.

Xaçmazda eşşəyin dişlədiyi kişi öldü

Xaçmaz rayonunda bədbəxt hadisə qeydə alınıb. "Qafqazinfo" "Shimal.news"a istinadən xəbər verir ki, bir həftə əvvəl rayonun Yergüc kənd sakini, 1956-cı il təvəllüdlü Murad Müslüm oğlu Əsfəndiyarovu kənd ərazisində eşşək dişləyib. Hadisədən sonra bir müddət ev şəraitində müalicə ala

10 iyun
.

Abşeronda qadın faciəli şəkildə öldü

Abşeron rayonunda qadın bədbəxt hadisə nəticəsində ölüb. -ın məlumatına görə, hadisə rayonun Qobu qəsəbəsində baş verib. Qəsəbə sakini 1984-cü il təvəllüdlü Könül Nüsrət qızı Qurbanovanı yaşadığı evin həyətində iş görərkən elektrik cərəyanı vurub. Qadın hadisə yerində dünyasını dəyişib. Faktla bağl

8 iyun
.

Tanışlarını görüşə çağırıb döyən və marketdən oğurluq edənlər tutuldular

Bakının Nəsimi rayonunda quldurluq və oğurluq edən şəxslər saxlanılıblar. -ın məlumatına görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində cinayət törətməkdə şübhəli bilinən şəxslər tutulublar. Belə ki, iki nəfər tanışları olan bir şəxsl

6 iyun
.

Bakıda İNANILMAZ GÖRÜNTÜ - elə yerdə "drift" etdilər ki... - VİDEO

Bakıda bir neçə avtomobil parking binası üzərində tozu dumana qatıb. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. "Drift" kadrlarının "Midtown Hotel Baku"nun arxasındakı parkingdə çəkildiyi iddia olunur. "Unikal"ın əldə etdiy

6 iyun