Jurnalist olmaq istəyənlər sabah imtahan verəcək
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyul ayının 31-də 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olunmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirəcək.
Sonxeber.az TQDK-ya istinadla bildirir ki, bu mərhələdə 2015-ci ilin aprel ayının 1-dən 30-dək jurnalistika ixtisasına qəbul olunmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edə biləcəklər.
İmtahan Bakı şəhərində və TQDK-nın regional mərkəzlərinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Göyçay və Şirvan şəhərlərində təşkil olunacaq.
İmtahan saat 11:00-da başlanır və 2 saat 30 dəqiqə davam edəcək.
Jurnalistika ixtisasına qəbul olmaq üçün 496 abituriyent qeydiyyatdan keçib. Onlardan 341 nəfəri III ixtisas qrupu üzrə keçirilən test imtahanında tələb olunan müsabiqə şərtini ödəyərək ikinci mərhələyə buraxılıb. Bu mərhələdə iştirak edəcək abituriyentlərdən 253 nəfərini oğlanlar, 88 nəfərini qızlar təşkil edir. 317 abituriyent Azərbaycan, 24 abituriyent isə rus bölməsi üzrə imtahan verəcək.
Abituriyentlər təqdim olunmuş mövzulardan biri üzrə inşa (esse) yazacaqlar. Yazı işi abituriyentin imtahan verdiyi bölmədən asılı olaraq Azərbaycan və ya rus dilində yerinə yetirilməlidir.
İnşa (esse) abituriyentin təklif olunmuş mövzu üzrə öz nöqteyi-nəzərini əsaslandırılmış surətdə ifadə etdiyi müstəqil yaradıcı yazı işidir. Abituriyentlərə ictimai-siyasi, iqtisadi, mədəni həyat sahələrinə aid, həmçinin respublikamız, görkəmli şəxsiyyətlərimiz, təhsil, ixtisas seçimi, ətraf mühit, mənəviyyat və bütün bəşəriyyəti düşündürən digər qlobal problemlər haqqında müstəqil mühakimə yürütmək və əsaslandırmaq bacarığını nümayiş etdirməyə imkan verən sərbəst mövzular təklif olunur.
İnşa yazıda (essedə) abituriyent öz fikirlərini aydın və savadlı ifadə etməlidir.
İnşanı (esseni) yazarkən abituriyent:
mövzunu açmalı və dolğun əhatə etməli;
yazının tərkib hissələri (giriş, əsas hissə və nəticə) arasında məntiqi rabitə yaratmalı, fikirlərini məntiqi ardıcıllıqla ifadə etməli və abzaslarla fərqləndirməli;
ictimai-siyasi problemlərə yaxşı bələd olduğunu göstərməli;
ictimai-siyasi problemləri təhliletmə, ümumiləşdirmə və məntiqi nəticə çıxarma qabiliyyətini nümayiş etdirməli;
fikir və düşüncələrini anlaşıqlı, məntiqli, rabitəli və aydın surətdə, ədəbi dilin normalarına, o cümlədən, qrammatika, orfoqrafiya, durğu işarələrinin işlənməsi qaydalarına müvafiq olaraq ifadə etməli, öz fikir və mühakimələrini əsaslandırmaq üçün bir neçə müvafiq sitat, iqtibas, nümunə və faktlardan (tarixi hadisə, bədii parçalar, həyat hadisələri və s.) istifadə etməlidir.
İnşa (esse) səliqəli, oxunaqlı və aydın xətlə yazılmalıdır.
Qiymət həm yazılan inşanın məzmununu, həm də yazı savadını nəzərə almaqla verilir. Yazı işi bir sıra meyarlar nəzərə alınmaqla "məqbul" və ya "qeyri-məqbul" ilə qiymətləndirilir.
"Qeyri-məqbul" qiyməti mövzunun zəif açıldığı və ya heç açılmadığı, abituriyentin mövzunu səthi bildiyini və ya heç bilmədiyini aşkara çıxaran, başqa mövzuda yazılmış, mətnin hissələri arasında məntiqi əlaqənin pozulduğu, abituriyentin özü haqqında hər hansı məlumat yazdığı və ya işarə vurduğu, 6 və daha çox dil və nitq səhvi olan yazılara verilir.
Yazı işi qiymətləndirilən zaman aşağıdakı meyarlar nəzərə alınır:
verilmiş mövzunun başa düşülməsi, mövzu üzrə materialı, əsas fakt və hadisələri bilmə;
abituriyentin mövzuya orijinal yanaşması, öz nöqteyi-nəzərini əsaslandırılmış şəkildə ifadə etmək bacarığı, mövzunun açılma səviyyəsi, fikirlərin aydın və anlaşıqlı ifadə olunması;
çıxarılan nəticələrin məntiqli və əsaslandırılmış olması;
yazı üslubunun orijinallığı, dilin zənginliyi, obrazlılığı və səlisliyi, savadlılıq səviyyəsi;
yazı işinin ədəbi dilin fonetik, leksik, qrammatik və üslub normalarına, orfoqrafiya və durğu işarələrinin işlədilməsi qaydalarına tam riayət etməklə tərtib olunması.
Yazı işində abituriyentlərin özləri haqqında hər hansı məlumat yazması və ya hansısa işarə vurması qadağandır. Belə hala yol vermiş abituriyentlərin yazı işləri "sıfır" balla qiymətləndiriləcəkdir.
İnşa yazı (esse) 2-4 səhifə (ən azı 300 söz) həcmində olmalıdır. Başqa mövzuda, həmçinin 1 səhifədən (150 sözdən) az həcmdə yazılmış inşalar da "sıfır" balla qiymətləndirilir.
Qeyd edək ki, inşa mövzularına aid nümunələr TQDK-nın internet saytında yerləşdirilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda bu ərazilərdə SÖKÜNTÜ OLACAQ - Metrostansiya, tramvay xətləri...
Ürək dayanmasının erkən əlamətləri - bir gün əvvəl nə hiss edirsiniz?
Dodaqların tez-tez quruması hansı xəstəliyin siqnalıdır?
Yağış nə vaxtadək davam edəcək?
100 il yaşamağın sirri: Rasionda cəmi bir dəyişiklik kifayətdir
Bakıda yağış yağacaq, külək güclənəcək - PROQNOZ
Şəmkirdə qanlı gecənin TƏFƏRRÜATI: 16 yaşlı gənc qətli bacısına görə törədibmiş
Bu pullar sabahdan kartınızdan SİLİNƏCƏK
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ EDİLDİ
Tokioda sakura ağacları sakinlərə təhlükə yaratmağa başlayıb
Rusiyalı alimlər Antarktidada vahə kəşf ediblər
Qəhvəsinə bir qaşıq əlavə edib içənlər təsirinə inana bilmir
Yatmağı və heç nə etməməyi sevən insanlar: sərvət və uğur maqnitidirlər
Sevdiyi qızın qardaşı tərəfindən qətlə yetirilən Ramal - FOTO
Toyda bəy gəlini döydü, anası qızı götürüb getdi - VİDEO