Hazır olun! Azərbaycan əhalisinə çoxdan gözlənilən XƏBƏR - "Bu ilin dekabrından ölkədə..."ÖZƏL

Hazır olun! Azərbaycan əhalisinə çoxdan gözlənilən XƏBƏR - "Bu ilin dekabrından ölkədə..."ÖZƏLPərviz:Heydərov: "ABŞ Federal Ehtiyat Sistemi (FES) bu ilin dekabrından tez, faiz artımına getməyəcək".

Bu gün və sabah ABŞ Federal Ehtiyat Sisteminin (FES) 2 günlük iclası olacaq. Bəs bu gün iclasda veriləcək qərardan sonra dolların məzənnəsi dəyişəcəkmi? Faiz artımı olması gözlənilirmi?

Bu və digər suallarımızı iqtisadçı-ekspert Pərviz Heydərov cavablandırıb.

"Bu il ərzində, FES artiq 2 dəfə faiz artımına gedib. 2008 - ci il maliyyə bohranından sonra o, ilk dəfə 2015-ci ilin dekabrında, 2-ci dəfə, 2016-cı ilin dekabrında, daha sonra bir ildə iki dəfə olmaqla, 2017-ci il ərzində -mart və iyulda ümumilikdə isə 4 dəfə bu addımı atdı. Qlobal maliyyə bazarında ən çox rezonans yaradan, dünya ölkələrinin valyutalarına onların dollarla münasibətdə kursuna ciddi təsir edən addımlar 2015 və 2016-cı illərin dekabrında olmuşdu. Bu il ərzində mart və iyulda dolların faiz artımı haqqında qərarının, dolların qlobal maliyyə bazarında möhkəmlənməsinə o qədər güclü təsiri olmadı. Çünki, dollara sərbəst şəkildə çevrilə bilən dünyanın digər aparıcı valyutaları, həmin ölkələrin rəhbərləri tərəfindən süni şəkildə ucuzlaşdırılmağa başladı".

Onun sözlərinə görə, dolların həddindən artıq möhkəmləndirilməsi ABŞ iqtisadiyyatı üçün o qədər də əlverişli deyil. Çünki dollar bahalaşdıqca, təbii olaraq, Amerika məhsullarının qiyməti də mütənasib olaraq artır. Bu da təbii ki onların dünya bazarında digər ölkələrin qarşısında, rəqabət qabiliyyətini itirir. Daha çox Avropa, Çin, Yapon məhsulları münasib olduğuna görə, onlara məğlub olur.

"Ümumiyyətlə, hər hansı ölkənin milli valyutasının həddindən artıq möhkəmlənməsi, onun iqtisadiyyatı üçün sərfəli deyil. Bu faktı əsas tutaraq düşünürəm ki, FES -in bugünkü iclasdan sonra faiz artımına gedəcəyi tamamilə istisna olunur. Belə bir qərar qəbul olunarsa belə, bu ilin dekabr ayından tez olmayacaq. Yaxın keçmişdə qəbul olunan qərarlara diqqət yetirsək 0.25 faizdən artıq artıma getməyəcək. Hal-hazırda 1 faizdir". P.Heydərov deyib.

Sima Çələbi


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 8561   Tarix: 20 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bitkoinin qiyməti 42 min dollara yaxınlaşdı

Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti 41 840 ABŞ dollarına çatıb. xəbər verir ki, kriptovalyuta son 24 saat ərzində 7,94 %, son 7 gün ərzində isə 23,40 % bahalaşıb. Nəticədə onun kapitallaşması 783,73 milyard dollara çatıb. Kapitallaşmaya görə 2-ci pillədə qərarlaşan "Ethereum"u

1 avqust 2021
.

İqtisadiyyatı ilə daha da güclü ölkəyə çevrilməyin ŞANSLARI...Biznesmen RƏYİ

Artıq Azərbacan hərbi, siyasi, iqtisadi və bu kimi vacib sahələr üzrə miqyasını qısa zamanda genişləndirməyi bacardı. Hətta dünyanın nəzəri və diqqəti, həmçinin biznes hədəfləri, planları da Azərbaycana yönəlib. Bundan peşəkarcasına faydalanmaq ölkə iqtisadiyyatı üçün daha bir təkana çevriləcək. Mövzun

12 iyul 2021
.

Bir ölkə sakini aya nə qədər pul xərcləyir? - FOTO

2021-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 12 milyard manatlıq məhsul satılıb. -a istinadən xəbər verir ki, bu dövrdə 6,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5,4 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2020-ci ilin yanvar-apre

17 may 2021
.

Azərbaycanda sosial ödənişlər nə qədər artıb?

Azərbaycanda son üç ildə sosial ödənişlər 2 400 00 00 manat və ya 60 faiz artaraq 6 400 00 00 manata çatıb, Dövlət Sosial Müdafiə Fonduna büdcədən transfert 40 faizdən 25 faizə enib. -ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ilin ilk yarısının yekununa dair keçirilə

31 iyul 2021
.

Azərbaycanda ərzağın qiyməti niyə bahalaşır? - AÇIQLAMA

2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,1 faiz artıb

17 may 2021
.

Musiqi təhsilinin inkişafında xidmətlərə görə orden və medallar verildi - SƏRƏNCAM

Prezident İlham Əliyev Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə Azərbaycanda musiqi təhsilinin inkişafında xidmətlərin

17 sentyabr 2021
.

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,43 ABŞ dolları, yaxud 0,6 % azalıb. xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 73,53 ABŞ dolları təşkil edib. Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağ

4 sentyabr 2021
.

İran azad olunan Azərbaycan ərazilərinə yaxın məkanda bazar yaradır

İran Azərbaycanın işğaldan azad olunan ərazilərində yaxın məkanda tikinti materialları bazarının yaratmaq niyyətindədir. Bunu Trend-ə açıqlamasında İranın Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri deyib. Ə.Cahangirinin sözlərinə görə, İranın Şərqi Azərbaycan vilayətind

13 iyul 2021
.

Millət vəkilindən qeyri-neft sektorundakı artımla bağlı AÇIQLAMA

Bu ilin ilk 4 ayında Azərbaycan iqtisadiyyatında azalma tempinin səngiməsi müşahidə olunub. xəbər verir ki, millət vəkili Vüqar Bayramov bildirib ki, 2021-ci ilin yanvar-aprel aylarında ölkədə 25 milyard 78 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz az ümumi daxili məhsul istehsa

19 may 2021