Ermənilər Ağdamı geri qaytarır

BMT-dən Azərbaycana müharibə hüququ

Ermənistan rəhbərliyinin Dağlıq Qarabağ üzrə dəqiq mövqeyinin olmaması Azərbaycanın müharibə hüququnu gücləndirir.

Bu barədə Ermənistanın populyar analitika saytı "lragir.am"ın baş redaktoru Haykazn Qaqriyan Azərbaycan prezidenti İlham Əliyevin BMT Baş Assambelyasında etdiyi çıxışına həsr etdiyi məqaləsində bildirib.

İlham Əliyevin çıxışının əsas tezislərini olduğu kimi erməni oxucularına çatdıran Qaqriyan Azərbaycan rəhbərliyinin Dağlıq Qarabağ üzrə mövqeyinin ənənəvi xətt üzrə davam etdiyini göstərib: Azərbaycan münaqişəni dinc yolla həll etmək isəyir, amma erməni təcavüzünə məruz qalmış vətəndaşlarını müdafiə etməyə məcburdur; Azərbaycan işğal edilmiş torpaqlarını hərb yolu ilə azad etməyə qadirdir, aprel döyüşləri bunun bariz örnəyidir; Ermənistan artıq 22 ildir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrini rədd edərək, qoşunlarını işğal edilmiş ərazilərdən çıxarmır və s.

Əslində, Qaqriyan İlham Əliyevin çıxışının əsas tezislərini dəyişmədən erməni oxucusuna çatdırmaqla Azərbaycan prezidentinin BMT-dəki çıxışının yetərincə adekvat olduğunu etiraf edib. Amma onun fikrincə, Ermənistan siyasətçilərinin çıxışlarının bu cür adekvat olmadığını vurğualyıb:

"Serj Sarkisyan BMT-də çıxış elərək Qarabağ üçün status və təhlükəsizlik zəmanəti tələb etdi. BMT Baş Assambleyasının iclasından əvvəl isə Ermənistan xarici işlər naziri Edvard Nalbandyan çıxış edərək bildirdi ki, Ermənistan Azərbaycanla ərazi məsələsini müzakirə edir. Onun dediklərini şərh edən xarici işlər nazirinin müavini Şavarş Koçaryan bildirdi ki, heç kimə heç nədə güzəşt olmayacaq… Bu təzadlı bəyanatlar nə deməkdir? Belə çıxır ki, Ermənistanın Qarabağ üzrə dəqiq mövqeyi yoxdur və ya bu konyuktura, daha dəqiqi, Rusiya ilə bağlıdır", - deyə Qaqriyan vurğulayıb.

Onun sözlərinə görə, Rusiya saytları Nalbandyanın bəyanatını geniş şərh ediblər və hətta bir sayt Azərbaycanın nəzarətinə qaytarılacaq rayonların sırasında Ağdamın adını çəkib. Qaqriyanın fikrincə, ermənilərin bu cür başıpozuq və qeyri-adekvat çıxışları qərbin, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin Ermənistana qarşı sərt mövqe tutmasına səbəb olub. Yəni həmsədrlər ermənilərin onlara bağladığı ümidləri doğrultmaya bilərlər. O, Hoqlandın həmsədrlikdən getməzdən sonra verdiyi "vida" açıqlaması ilə Ermənistanı şoka saldığını xatırladıb. Erməni saytları açıq olmasa da, üstörtülü şəkildə Serj Sarkisyanın BMT-dəki çıxışını qeyri-adekvat sayıblar. Məsələn, erməni jurnalist Sarqis Arsruni Sarkisyanın çıxışına həsr etdiyi məqaləsinə "Sarkisyanın bütün dünyaya ultimatumu" adlı sarkastik başlıq qoyub.

Azərbaycanda isə İlham Əliyevin BMT Baş Assambleyasında çıxışı və ümumiyyətlə, Nyu-York səfəri zamanı Donald Trampla görüşü istənilən düşərgə şərhçiləri tərəfindən müsbət qarşılanıb. Məsələn, Azərbaycanın keçmiş dövlət müşaviri Qabil Hüseynli İstiPress-ə müsahibəsində bildirib ki, Tramp göstərdi ki, Azərbaycan onun üçün önəmli ölkədir və ABŞ burada möhkəmlənərək Mərkəzi Asiyaya çıxmaq istəyir:

"Azərbaycan Avropanı qazla təmin etmək üçün alternativ mənbə olan Cənub Qaz dəhlizini gerçəkləşdirir. Bu təbii ki, Qərbi lideri olan Donald Trampın diqqətindən yayınmır. Bundan başqa, gələn ay ABŞ üçün çox yararlı olan daha bir layihə - Bakı Tiflis - Qars dəmir yolu işə düşəcək. NATO-nun Əfqanıstana gedər yüklərinin 80%-i bu yola gedəcək. Bu yolun açılmasından sonra yüklərin daşınması 3,5 dəfə aşağı düşəcək", - deyə Qabil Hüseynli vurğulayıb.

Xarici İşlər Nazirliyinin keçmiş işçisi, politoloq Fikrət Sadıqov isə İstiPress-ə müsahibəsində İlham Əliyevin çıxışının yetərincə cürətli olduğunu bildirib: "İlham Əliyev BMT-də çıxış edərək Ermənistana qarşı sanksiyalar tətbiq edilməsini tələb etdi. O, həmçinin münaqişənin Helsinki Aktına uyğun şəkildə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin vacibliyini vurğuladı. Bu, ermənilərə ciddi siqnal idi. Yəni danışıqlar baş tutmazsa, Azərbaycanın öz ərazilərini hərb yolu ilə işğaldan azad edəcəyini bildirdi".

Politoloq Tofiq Abbasov isə İstiPress-ə müsahibəsində bildirib ki, prezident İlham Əliyevin ABŞ səfəri göstərdi ki, Azərbaycan bütün problemlərə baxmayaraq öz müstəqilliyini qorumağı bacarır: "Ümumiyyətlə, Donald Tramp biznesmen olduğu üçün onun fikirləri ənənəvi siyasətçilərin fikirlərindən xeyli fərqlənir. Məsələn, o, bu yaxınlarda bildirib ki, ABŞ keçmiş postsovet məkanı ölkələrinin müstəqilliyinin möhkəmlənməsinin tərəfdarıdır. İlham Əliyevə münasibəti göstərir ki, Azərbaycan müstəqil siyasət yürüdür və Tramp bu siyasəti dəstəkləyir. Serj Sarkisyanın siyasəti isə BMT-dəki çıxışı qədər bəsitdir".

Əslində, Ermənistanla Azərbaycanı ayıran əsas məsələ - Qarabağ münaqişəsi bu iki ölkənin taleyini də ayırıb. Serj Sarkisyan və cinayət yoldaşları 25 ildir ki, işğal edilmiş Azərbaycan torpaqlarını əldə saxlamaq üçün Ermənistanın müstəqilliyinin bütün atributlarını məhv ediblər - ordu, beynəlxalq siyasət, dövlət sərhədi, gömrük siyasəti və s. rəsmən Rusiyaya tabe edilib. Əhali 2 dəfəyə qədər azalaraq 1,9 milyona düşüb. Azərbaycan isə bu 25 ildə yalnız özünə, öz ordusuna və diplomatiyasına güvənməyi öyrənib, əhalisi də 60 faizdən çox artaraq 10 milyona yaxınlaşıb. Hansı ölkənin siyasətinin daha uğurlu olduğunu şərh etməyə ehtiyac yoxdur.
Ermənilər Ağdamı geri qaytarırErmənilər Ağdamı geri qaytarırErmənilər Ağdamı geri qaytarırMənbə: istipress


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 4213   Tarix: 21 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sülhməramlıların sayı niyə gün-gündən artır? - Deputatdan AÇIQLAMA

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülməramlıları, üçtərəfli 10 noyabr bəyənatına zidd olaraq, bölgəyə 1960 hərbçi deyil, 8 minə yaxın sülhməramlı qüvvələrə xidmət edən hərbi-tibbi personalın dislokasiyasını təmin ediblər. Məsələ ilə bağlı saytına açıqlama verən deputat Bəhru

10 sentyabr 2021
.

G7 ölkələrinin XİN rəhbərləri gələn həftə Əfqanıstanı müzakirə edəcəklər

"G7" ölkələrinin xarici işlər nazirləri gələn həftə Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər. TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Toshimitsu Motegi bildirib. "Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün "G7" gələn həftə xarici işlə

5 sentyabr 2021
.

Rusiya Dumasında pedofillər üçün edam cəzası müzakirə olunur

Rusiyada pedofillər üçün edam cəzasının geri qaytarılması zəruridir. Bu təklifi deputat, Rusiya Dövlət Dumasının Dövlət Tikintisi və Qanunvericilik Komitəsi sədrinin birinci müavini Mixail Yemelyanov irəli sürüb. Yemelyanov Kiselyovskda əvvəllər cinsi təcavüzə görə məhkum edilmiş şəxs tərəfindən on yaşl

8 sentyabr 2021
.

Türkiyənin Baş Ombudsmanı "Türk Şəhidliyi" abidəsini ziyarət etdi - FOTO

Bakının işğaldan azad olunmasının ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının ombudsmanı Səbinə Əliyeva və türkiyəli həmkarı Şərəf Malkoç, həmçinin hər iki ölkənin nümayəndələri Şəhidlər Xiyabanı və Türk Şəhidliyi abidəsini ziyarət ediblər. xəbər verir ki, ombudsmanlar Əbədi Məşəl abidəsinin önün

15 sentyabr 2021
.

Kərim Vəliyev Türkiyədə - Əməkdaşlıq məsələləri müzakirə olunacaq

Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Respublikasında rəsmi səfərdədir. Müdafiə Nazirliyindən -a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə Respublikasının hərb

12 sentyabr 2021
.

Paşinyan Ərdoğana cavab verdi: "Hazırıq"

Ermənistan hakimiyyəti Türkiyə ilə münasibətlərin normallaşdırılmasına hazırdır. Trend-ə istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. O bildirib ki, Türkiyə Prezidenti də ölkələr arasında münasibətlərin tənzimlənməsi məsələsi ilə bağlı öz fikirlərini bildirib

8 sentyabr 2021
.

"Biz Ararat Mirzoyanın arzusunu ürəyində qoymayacağıq" - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanın yeni təyin olunan XİN rəhbəri Ararat Mirzoyanın, Sergey Lavrovla görüşü zamanı "Qarabağın statusu" ilə bağlı qərar verilməyənə qədər Azərbaycan tərəfi ilə heç bir sülh müqaviləsi imzalanmayacaq" tərzindəki sərsəm açıqlaması Azərbaycan cəmiyyətind

2 sentyabr 2021
.

"Ermənistan tərəfi narahat olmalıdır ki..." - Politoloqdan Zatulinə CAVAB

Xəbər verdiyimiz kimi, ötən gün Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin parlamentdə çıxışı zamanı "Azərbaycanı yerinə oturtmaq lazımdır" ifadəsini işlədib. Qeyd edək ki, Zatulin hər zaman belə ifadələrlə Azərbaycan cəmiyyətində qıcığa səbəb olub. Məsələ ilə bağlı saytına açıqlam

31 avqust 2021
.

İran Qarabağa yenə qanunsuz yük daşıyır - VİDEO

Cari ilin avqustunda Azərbaycan tərəfi İrana məxsus yük maşınlarının rəsmi Bakının icazəsi olmadan Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına qanunsuz keçməsi barədə məlumat əldə etmişdi. Belə ki, 11 iyul-8 avqust tarixlərində İrana məxsus 35 maşın ( 4 yük maşını, 31 yanacaq tankeri) 7

11 sentyabr 2021