İngilislər şokda: bu torpaqlar Türkiyənin olacaq

İngilislər şokda: bu torpaqlar Türkiyənin olacaqİncirlik bazasından istifadə mövzusunda ABŞ və Türkiyə arasında əldə olunan razılaşma ingilisləri narahat edib. Bu razılaşmadan sonra ABŞ mediasının "Orta Şərqin yeni xəritəsini Obama və Ərdoğan çəkəcək" yazması da ingilisləri təşvişə salıb.

Sonxeber.az-ın məlumatına görə, ingilis mətbuatı Amerika mediasının bu iddiasını bir qədər də konkretləşdirib.

Bildirilir ki, Firat çayının qərbindən Aralıq dənizinə qədər uzanan topraqlar Türkiyənin yeni vilayəti olacaq.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan avqust ayında ABŞ-a gedə biləcəyini açıqlayıb. ABŞ-ın "The New York Times" nəşri Ankara və Vaşinqton arasındakı İncirlik razılaşmasını xatırladaraq Yaxın Şərqə yeni şəkil veriləcəyini yazıb: "PKK və İŞİD böyük əməliyyatlarla qarşı-qarşıya qalacaq. Bəşər Əsədin getməsi üçün Vaşinqton daha aktiv rol oynamağa başlayacaq. Bölgənin gələcəyi Ərdoğan-Obama görüşündə planlaşdırılacaq. Ərdoğan ABŞ-a Yaxın Şərqin xəritəsini dəyişdirməyə gedir".

İngilislərin narahatlığının əsas səbəblərindən biri İncirlik razılaşmasının bir sıra detallarının gizli saxlanılmasıdır. İddiaya görə, ABŞ İncirlik razılaşmasından sonra YPG (PKK-nın Suriya qolun olan PYD-nin silahlı qanadı) içindəki döyüşən agentlərini bölgədən geri çəkib və bununla da YPG-nin bölgədəki fəaliyyətinin sona çatacağı barədə siqnallar verilib. "Hələb dəhlizi" adlandırılan, Firat çayının qərbindəki təhlükəsiz bölgənin İŞİD-dən, demək olar ki, təmizləndiyi bildirilir.

Bütün bu prosesləri izləyən ingilis mediası Firatın qərbinin tamamilə Türkiyəyə veriləcəyini iddia edib. "The Guardian" nəşri yazıb ki, Türkiyənin İŞİD və PKK-ya qarşı əməliyyatları, bölgəyə yeni bir ab-hava gətirib. Bu əməliyyatlar başa çatanda Türkiyə-Suriya sərhədinin Firat çayından qərbdə qalan hissəsi Türkiyənin olacaq".

İngilis mediasının "türk vilayəti" olacağını iddia etdiyi ərazi isə Cerablus və Afrinin cənubundakı Hələb ilə İdlibi əhatə edir və Hatayın cənubundan Bəşər Əsədin tarixi vətəni Lazkiyeyə qədər uzanır.
İngilislər şokda: bu torpaqlar Türkiyənin olacaq


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2146   Tarix: 05 avqust 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimləri başladı

Bu gündən Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş - 2021" birgə beynəlxalq təlimi keçiriləcək. Bu barədə Müdafiə Nazirliyindən -a məlumat verilib. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələri

12 sentyabr 2021
.

Ermənistanla sülh müqaviləsi hansı tarixdə imzalanacaq? - AÇIQLAMA

"Biz sülh müqaviləsinin hansı şərtlərlə imzalanacağına fikir verməliyik. Ermənistan tərəfi indi yalnız mümkün qədər çox güzəşt əldə etməyə çalışır. Bütün bunlara görə də təxribatların baş verir. Bu sözləri -a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlə

18 sentyabr 2021
.

"Üç Qardaş – 2021": Xüsusi təyinatlıların beynəlxalq hərbi təlimi başladı - VİDEO

Sentyabrın 12-də Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə "Üç qardaş - 2021" beynəlxalq təliminin açılışına həsr olunan təntənəli mərasim keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əvvəlcə Vətən Müharibəs

12 sentyabr 2021
.

Azərbaycan yeni anti-terror əməliyyatı həyata keçirə bilərmi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Şuşa istiqamətində ermənilərin həyata keçirdiyi təxribat, onların itki verib, geri çəkilməsi ilə yekunlaşdı. Həmin hadisədən sonra Azərbaycan dövlətinin Şuşa və ətraf bölgələrdə yerləşən qanunsuz erməni silahlı birləşmələri üzərində anti-terror əməliyyatı aparması məsələs

4 sentyabr 2021
.

ABŞ və Yunanıstan arasında hərbi QƏRAR

ABŞ-la Yunanıstan arasında qarşılıqlı hərbi əməkdaşlığa dair müqavilə imzalanacaq. -a istinadən xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis mətbuat konfransı zamanı bəyan edib. O, bildirib ki, yeni razılaşma beşillik müddətə imzalanacaq və bu, tərəfləri sazişi hər il yeniləmək məcburiyyətində

13 sentyabr 2021
.

İlham Əliyev və xanımı Şuşada "Qarabağ" hotelinin açılışında

Avqustun 29-da Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yenidənqurma işləri yekunlaşan "Qarabağ" hotelinin açılışı olub. Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Qeyd edək ki, 1980-cı ild

29 avqust 2021
.

"Vətəndaş cəmiyyətində nə iqtidar, nə də müxalifət olmur" - AÇIQLAMA

İstiqamət: vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu. "Vətəndaş cəmiyyəti" ifadəsi 18-ci əsrdə yaranıb. "Vətəndaş cəmiyyəti" deyəndə Azərbaycanda tək QHT-lər başa düşülür. Vətəndaş cəmiyyəti həm özəl, həm də dövlət strukturundan kənarda olan, əsas da insan hüquq və azadlıqların

3 sentyabr 2021
.

İlham Əliyev Zəfər yolunda işlərlə tanış oldu - FOTO + YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işləri ilə tanış olub. Dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Zəfər yolunun tikintis

29 avqust 2021
.

Mehriban Əliyevadan Füzuli Beynəlxalq Hava Limanı ilə bağlı paylaşım

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevlə birlikdə Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə tanışlıqla bağlı paylaşım edib. xəbər verir ki, Birinci vitse-prezident bu barədə özünün instaqram səhifəsində fotolar paylaşıb. "Prezident İlha

29 avqust 2021