Arif Əsgərovun oğlu: "Xalamdan 500 min dollar, daha sonra 200 min dollar alıb ona vermişəm"

Arif Əsgərovun oğlu: "Xalamdan 500 min dollar, daha sonra 200 min dollar alıb ona vermişəm"Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Emil Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində sabiq nazir müavini Arif Əsgərovun oğlu Elnar Əsgərov ifadə verib.

O, təqsirləndirilən E.Hüseynovla qohum olduğunu söyləyib: "Emil mənim xalam oğludur. Atam uzun illər Azərbaycan Dəmir Yolları QSC-nin rəhbəri olsa da, mənim həmin qurumla heç bir əlaqəm olmayıb. Bu işdə mənimlə bağlı deyilənlərlə razı deyiləm".

E.Əsgərov iş üzrə zərərçəkmiş kimi tanınan Emin Məmmədovla heç bir biznes əlaqələrinin olmadığını qeyd edib: "Mən zərərçəkmişlərdən Emin Məmmədovu tanımışam. Dostlarımla bilrikdə həmişə futbol oynamışıq. Həmin ərəfədə də Emin Məmmədovla da orada tanış olmuşam".
O, xalası oğlu E.Hüseynovun ayrı-ayrı şəxslərdən pul almasından xəbəri olmadığını və bütün işlərdə günahkar onun olduğunu vurğulayıb.

E.Əsgərov məhkəmədə KİV nümayəndələrinə də xəbərdarlıq edib: "Bilmirəm ki, indi bu zalda media nümayəndələri var, ya yox. Amma medi nümayəndələri yazır ki, mən istintaqdan yayınmışam, ölkədən qaçmışam. Xahiş edirəm doğru olanları yazın. Bu yazılanları bizim yaxınlarımız, ailə üzvlərimiz oxuyur".

Daha sonra sualları cavablandıran E.Əsgərov bildirib ki, xalasından pul alaraq zərərçəkmiş şəxsə qaytarıb: "Emilin anasından, yəni xalam Lətifədən 500 min dollar, daha sonra 200 min dollar da alıb, Emin Məmmədova vermişəm. Bunu da xalamın xahişi ilə etmişəm".

Təqsirləndirilən şəxs E.Hüseynov E.Əsgərovun yalan danışdığını və doğruları danışmadığını deyib. O söyləyib ki, zərərçəkmiş şəxslərdən alınan pullar E.Əsgərova verilib: "Zərərçəkmiş şəxslərin hamısına dəymiş zərər ödənilib, yalnız Eçin Məmmədovdan başqa".

Zərərçəkmiş Emin Məmmədov da E.Əsgərovun yalan danışdığını söyləyib.
Məhkəmədə E.Hüseynovun vəkili deyib ki, E.Əsgərovun ifadəsində ziddiyyətlər var. Məhkəmə E.Əsgərovun istintaqa ifadəsində ziddiyyətlər olan məqamları elan edib.
E.Əsgərov qeyd edib ki, xalası oğlunun başqa şəxslərdən aldığı pulları özü ödəyib.

Qeyd edək ki, E.Hüseynov vətəndaş Tural Hüseynovun etibarından sui-istifadə edərək, ondan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat, Emil Məmmədovdan 2 milyon 500 min dollar və Mərziyyə Rzayevadan isə 19 500 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Həmin şəxslərin hüquq-mühafizə orqanlarına şikayətindən sonra cinayət işi başlanılıb. Cinayət materiallarına əsasən, E.Hüseynov Gürcüstan Respublikasından izolyasiya və digər materiallar gətirmək adı ilə həmin vətəndaşları aldadıb.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.

Barəsində həbs qətimkan tədbiri seçilən E.Hüseynov məhkəməyə müraciət edib. O, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib. Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə vəsatət təmin edilib, E.Hüseynovun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, E.Hüseynov sabiq nəqliyyat nazirinin müavini Arif Əsgərovun baldızı oğludur.

Milli.Az


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1689   Tarix: 07 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Baş örtüyü ilə üzlərini gizlədən ana və qız evdən qızıl oğurladılar - VİDEO

Adana şəhərində baş örtüyü ilə üzlərini gizlədən ana və qız iki evə daxil olaraq 670 min lirə dəyərində qızıl, zinət əşyası və pul oğurlayıblar. xəbər verir ki, hadisə ilə əlaqədar 3 şübhəlidən Yeter U. tutularaq həbs edilib. Təhlükəsizlik kameraları vasitəsilə müəyyən edilən Yeter U. ittihamları rəd

18 dekabr
.

Avtobus dayanacağında xoşagəlməz hadisə: yaşlı cütlüyün etdiklərinə baxın! - VIDEO

Türkiyənin Tokat şəhərində avtobus dayanacaqlarından birində baş verən xoşagəlməz hadisə ictimai narazılığa səbəb olub. türk mediasına istinadən xəbərə verir ki, iki yaşlı şəxsin ictimai məkanda uyğun olmayan hərəkətlər etməsi ətrafda olan vətəndaşların etirazına yol açıb. Hadisəni görən ərazidəki bi

18 dekabr
.

Boşanmaq üzrə olduğu həyat yoldaşına cəhənnəm yaşatdı - VİDEO

İstanbulun Kağıthane rayonunda boşanma mərhələsində olduğu həyat yoldaşı tərəfindən bir qadına küçənin ortasında fiziki və silahlı hücum edilib. türk mediasına istinadən xəbər verir ki, hadisə 13 dekabr, şənbə günü saat 14:00 radələrində Çağlayan məhəlləsində baş verib. Əldə olunan məlumata görə, Yağmu

17 dekabr
.

Pekində muzeydə insident: 2 kiloqramlıq qızıl tac zədələndi, ziyan 90 min manata yaxın - VİDEO

Çinin paytaxtı Pekində yerləşən muzeylərdən birində xoşagəlməz hadisə baş verib. xarici mediaya istinadən xəbər verir ki, təxminən 2 kiloqram saf qızıldan hazırlanmış xüsusi bir tac uşağın vitrininə toxunması nəticəsində yerə düşüb. Məlumata görə, yerə düşən qızıl tac gözəllik fenomeni Zhang Kaiyini

17 dekabr
.

Gənc fenomen dünyasını dəyişdi

TikTok-dakı paylaşımları ilə geniş izləyici kütləsinə sahib olan gənc ulduz Tucker Genalın vəfat etdiyi bildirilib. türk mediasına istinadən xəbər verir ki, Genalın ölüm xəbərini 15 dekabrda qardaşları Carson və Connor Genal Instagram hesabları vasitəsilə paylaşaraq izləyiciləri ilə bölüşüblər. Onla

16 dekabr
.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gənclərin xahişi ilə tədbirdə şeir səsləndirib - VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "AK Parti Gənclik Görüşləri - Kampus Proqramı" çərçivəsində Sağlamlıq Elmləri Universitetinin Haydarpaşa Kampusunda gənclərlə bir araya gəlib. türk mediasına istinadən xəbər verir ki, tədbirdə çıxış edən Prezident Ərdoğan Türkiyənin savadlı universite

15 dekabr
.

İştahsız pişiklərini baytara aparan cütlük görün nəylə üzləşdilər

Türkiyənin Mersin şəhərində pişiklərini baytar müayinəsinə aparan cütlük gözləmədikləri bir həqiqətlə üzləşib. Ramazan Alper İlten və nişanlısı Fatma Zühal Yurdagül qar gəzintisi üçün Toroslar rayonunun yüksək dağlıq ərazisində yerləşən Arslanköy məhəlləsinə gediblər. Gəzinti zamanı mehriban davranışlar

17 dekabr
.

Qocalar evinin işçisi yaşlı kişini döyərək öldürüb - VİDEO

İstanbulun Böyükçəkməcə rayonunda fəaliyyət göstərən Özəl Böyük Marmara Qocalar evində 2023-cü ilin iyul ayına aid olduğu bildirilən görüntülər cəmiyyətdə böyük rezonans doğurub. türk mediasına istinadən xəbər verir ki, görüntülərdə yaşlı kişinin "Səhərdən bəri məni döyürlər" dediyi, bir şəxsi

17 dekabr
.

Oğurladıqları telefonun siqnal vasitəsi ilə aşkar edilməməsi üçün görün nə etdilər

İstanbulun Beyoğlu rayonunda dörd oğrunun oğurladıqları mobil telefonun yerinin müəyyən edilməməsi üçün onu alüminium folqa ilə bükdüyü məlum olub. türk mediasına istinadən xəbər verir ki, hadisə rayonun Kuloğlu məhəlləsində baş verib. Aprelin 6-da gecə saatlarında yolda hərəkət edən İrfan Y.-nin arxasınc

16 dekabr