Polis generalından "Nurgün Holding"in rəhbərinin oğlu barədə AÇIQLAMA

Polis generalından "Nurgün Holding"in rəhbərinin oğlu barədə AÇIQLAMABakı Şəhər Dövlət Yol Polis İdarəsinin keçmiş rəisi, Bakı Şəhər Baş Polis İdarəsinin (BŞPİ) rəis müavini, general-mayor Həsən Şirinov bacısı oğlu Cahangir Əliyevin məhkəmənin qərarını icra etmədiyinə görə barəsində 20 günlük həbs qərarı verilməsi məsələsinə münasibət bildirib.

Həsən Şirinov ölkə.az-a açıqlamasında deyib ki, qanun qarşısında hər kəs eyni məsuliyyət daşıyır:

"Qanunu pozan şəxsin mənim bacım oğlu və ya övladım olması onların məsuliyyətdən yayınmasına heç bir əsas vermir. Azərbaycan hüquqi dövlətdir, burada hamı qanunların tələblərinə əməl etməlidir. Bu cür hallarda mənim adımın hallandırılması doğru deyil. Bilirsiniz, hər bir adam haqqında danışmamışdan, yazmamışdan öncə, gərək onun barəsində dəqiq məlumatlar öyrənilsin. O zaman həmin adamların buna layiq olub-olmaması bəlli olacaq. Hər kəs öz əməlinə görə cavabdehdir. Nə olsun ki, kimsə mənim bacım oğludur? Məgər bu onun məsuliyyətdən yayınmasına əsas verir? İndi qardaş qardaşa, ata övladına cavabdeh deyil. Mənim haqqımda kim nə yazırsa, yazsın. Quru divar palçıq götürməz. Əgər bacım oğlu qanunun tələblərinə əməl etməyibsə, o zaman gedib qanun qarşısında cavab verməlidir. Mən hər zaman qanunun tərəfindəyəm, kim doğrudursa, onun yanındayam, haqq-ədalətin tərəfindəyəm. Əgər məndə qanunu pozsam, onun cəzasını çəkməyə hazıram. Mən qanunun tələblərinə əməl edən adamam. Azərbaycanda qanunların əsas gözəlliyi odur ki, indi kim günahkardırsa, kim qanunu pozubsa, o məsuliyyət daşıyır. Daha Sovet İttifaqı dövründə olduğu kimi, sırf atanın əməlinə görə oğul və ya digər qohumlar məsuliyyətə cəlb olunmur. Nə qədər adam tanıyıram ki, oğulu həbsxanada olsa da, ata vəzifəsində qalır. Çünki hər kəs öz əməli qarşısında məsuliyyət daşıyır".

Polis generalı övladlarının da qanunun tələblərinə əməl etdiyini söyləyib:
"Əgər mənim oğlum qanunun tələblərini pozsa, mən onun məsuliyyətdən yayınmasına əngəl olmaram. Əgər oğlum doğrudan da qanunu pozsa, gedib cəzasını çəkər. Əgər cənab Prezidentimiz deyirsə ki, hamı qanunun tələblərinə əməl etməlidir və heç bir vəzifə onları məsuliyyətdən yayındıra bilməz, deməl bu belə də olmalıdır. Hər kəs bu dövlətə xidmət etməli və cənab Prezidentin ətrafında sıx birləşməlidir".

"Nurgün Motors"un prezidentinin oğlu Nurxan Əliyevlə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları arasında baş verən insidentə də toxunan Həsən Şirinov bu hadisədən xəbərsiz olduğunu söyləyib:

"Hələlik bu barədə məlumatsızam".


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 2414   Tarix: 06 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Dənizə düşən 32 yaşlı şəxsin meyiti tapılıb

Türkiyənin Samsun şəhərinin Atakum rayonunda dənizə düşdüyü iddia edilən 32 yaşlı kişinin cansız bədəni dalğıc polis əməkdaşları tərəfindən tapılıb. türk mediasına istinadən xəbər verir ki, Hadisə Atakum rayonunun Cümhuriyyət məhəlləsində yerləşən Çobanlı körpüsündə baş verib. İlkin məlumata görə, bi

16 dekabr
.

Həbsxanının önündə həyat yoldaşının azadlığa çıxmasını gözləyən qadının rəqsi gündəm olub - VİDEO

Marmara Həbsxanası bu dəfə tanınmış məhbusları ilə deyil, həbsdən çıxmasını gözlədiyi həyat yoldaşı üçün rəqs edən bir qadının videosu ilə gündəmə gəlib. türk mediasına istinadən xəbər verir ki, Silivridə yerləşən həbsxananın qarşısında çəkilən görüntülərdə gənc qadın Ragga Oktayın "Yeniden"

15 dekabr
.

Məktəbli qızların mesajlaşma qrupuna əxlaqa zidd foto göndərən müəllim həbs olundu

Ankarada bir məktəbdə fəaliyyət göstərən bədən tərbiyəsi müəllimi N.Ş. (52), məktəbin qız voleybol komandasının WhatsApp qrupuna əxlaqa zidd foto göndərdiyi iddiası ilə həbs olunub. türk mediasıan istinadən xəbər verir ki, Sincan rayonu ərazisindəki bir məktəbdə çalışan bədən tərbiyəsi müəllimi N.Ş.-nin

16 dekabr
.

Kürdəmirdə canavarlar kəndə hücumu etdi (FOTO)

Kürdəmirdə canavarlar təsərrüfata hücum edib, 10 baş xırdabuynuzlu heyvan tələf olub. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Ərşəli kəndində qeydə alınıb. Belə ki, yırtıcılar kənd sakini Qurbanov Nofəl Mirzəağa oğlunun təsərrüfatına hücum çəkib. Nəticədə fermerə məxsus 10 ba

15 dekabr
.

Şəhəri ayağa qaldıran olay! Ata və qızı evdə ölü tapıldılar - VİDEO

Türkiyənin Bursa şəhərində baş verən faciəli hadisədə 55 yaşlı Nazmi Aybey yaşadıqları evin çardaq mərtəbəsində asılı vəziyyətdə, 28 yaşlı qızı Kübra Aybey isə yataqda ölü tapılıb. türk mediasına istinadən xəbər verir ki, hadisə Bursa şəhərinin Osmangazi rayonunun Ovaakça məhəlləsi, Yayla küçəsində qeyd

16 dekabr
.

Sirr dolu ölüm: Üç nəfər mindikləri maşından iki nəfər çıxdılar

Türkiyənin Manisa vilayətinin Kırkağaç rayonunda dostları ilə birlikdə spirtli içki qəbul etdikdən sonra avtomobildə yatan 30 yaşlı şəxs ölü halda tapılıb. türk mediasına istinadən xəbər verir ki, Kırkağaçda fermerliklə məşğul olan Cengiz Akman dünən dostları Şabettin A. və Tufan G. ilə Şair Eşref məhəlləsindək

15 dekabr
.

Bu tarixdə GÜCLÜ KÜLƏK OLACAQ - SARI XƏBƏRDARLIQ

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Milli Hidrometeorologiya Xidmətindən -a bildirilib ki, dekabrın 15-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi rayonlarda gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bakıda və Abşeron yarımadasında, Xızı, Xaçmaz

14 dekabr
.

Təzə avtomobil aldı, paspası qaldıranda həyatının şokunu yaşadı - VİDEO

Türkiyədə təzə avtomobil alan bir müştərinin yaşadığı narazılıq sosial şəbəkələrdə gündəm olub. türk mediasına istinadən xəbər verir ki, satın aldığı Hyundai markalı avtomobilin paspaslarını qaldıran müştəri, alt hissənin palçıqlı olduğunu görərək vəziyyətə etiraz edib. Hadisəni mobil telefon kameras

15 dekabr
.

Ağdamda sahədə işləyən traktorçu minaya düşdü

Ağdamda sahədə soğan əkən traktorçu minaya düşüb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Çəmənli kəndi ərazisində baş verib. Belə ki, kənd sakini Məlik Məmmədov iş başında minaya düşüb. Yaralı Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma başlanıb

17 dekabr