Videosu yayılan Anar Nağılbazın anası hər şeyi danışdı

Videosu yayılan Anar Nağılbazın anası hər şeyi danışdıSon günlər repçi Anar Nağılbazın adı ətrafında xoşagəlməz olaylar baş verməkdədir. Hətta sənətçinin intim videosu da yerli mətbuata ayaq açıb. Ardınca isə repçinin keçmiş həyat yoldaşı Anjelika Cəbiyeva mətbuata ittiham dolu müsahibə verib. Nağılbazın öz övladları ilə maraqlanmdığını deyib.

Bu gün səhər isə repçinin səhhətində problem yaranması ilə bağlı xəbər yayılıb.

Məsələ ilə bağlı Cebhe.info repçinin anası Şərqiyyə Cəbiyeva ilə danışdı. O, oğlunun adı ətrafında yaranan söz-söhbətlərə hüquq yolla cavab verəcəklərini deyib.

-Şərqiyyə xanım, doğrudur ki, oğlunuz Anarın səhhətində problem yaranıb?
-Bəli qızım, Anar depressiyaya düşüb, halı çox pisdir. Xəstəxanaya aparmaq istəyrik. Özü razılaşmır, evdə müalicə alır. Qonşuluqda tibb bacısı var, çağırdıq gəldi, Anara sakitləşdirici iynələr vurdu. Ola bilər ki, bir neçə günə xəstəxanaya yerləşdirdik. Haqqında gəzən şayiələrə, söz-söhbətlərə görə halı pisləşib. Az qalsın, evdə hamımız depressiyadayıq.

-Ümumiyyətlə, Anarın səhhətində indiyə qədər hər hansı bir problem olmuşdu?
-Qızım, hamının səhhətində problem olur. Elə adam yoxdur ki, səhhəti ilə əlaqədar problem yaşamasın. Elə mən özüm də yaşlı adamam, xəstəyəm. Ayaqlarım, ürəyim xəstədir. Bu hadisə də səhhətimi daha da pisləşdirib. Bu qədər şayiə olmaz axı?! Ay sənə qurban olum, kimin başına belə iş gəlsə, xəstəxanalıq olacaq da. Anarın ürəyində ağrılar yaranıb, özünü yaxşı hiss etmir. Təzyiqi yüksəlir, pis olur.

-Oğlunuz haqqında şayiənin kim tərəfindən yayıldığını bilirsiniz, yaxud təxmininiz varmı?
-Anar mənim oğlumdur. Hansı ana istəyər ki, oğlunun adı belə xoşagəlməz söhbətlərdə hallansın. Biz nəvələrimizi çox istəyirik. Görməmisiniz, qız (Anar Nağılbazın keçmiş həyat yoldaşı Anjelika Cəbiyevanı nəzərdə tutur-red) müsahibəsində deyib ki, uşaqlara baxmırıq, maddi baxımdan köməklik göstərmirik. Guya mart ayından uşaqları görmürük. Halbuki, uşaqlar iyul ayını bizdə qalıblar. Avqustun ortasında gediblər. Noyabrda tətil günlərində də bizdə qalıblar. Üstəlik də, nəvəm 2 gün də məktəbə getməyib. Uşaqların əyin-başlarına da həmişə biz baxmışıq. Ay sənə qurban olum, uşaqlar yanımızda böyüyüb. Nəvələrimi nə qədər çox istəyirəm. Məktəb ləvazimatları hamısı bizim öhdəmizdədir. Düzdür, Anar işləmir. O, çox iş axtardı, amma olmadı. Ancaq sağ olsun, dostları, yoldaşları. Bir də görürsən səhnəyə oxumağa çağırırlar. Əlinə nə pul gəlsə, öz balalarına xərcləyər. Bilirsiniz, Anar niyə ağladı? Öz balalarından ayrılacağı üçün göz yaşı tökdü.

-Anjelika Cəbiyevanın Anar Nağılbaza qarşı söylədiyi iddialar əsaslıdır?
-Həqiqəti heç kim bilmir. Ortalıqda ev söhbəti gedir… O, deyir ki, ev problemi olub. Amma onların ayrılmağının əsl səbəbi başqadır. Evdən əlavə bunların başqa dərdləri vardı.

-Nə problemindən söhbət gedir?
-Bu haqda danışmaq istəmirəm. Nəyə görə ayrılıblar, açıqlamaq istəmirəm. Sadəcə, onu demək istəyirəm ki, məndə də faktlar var. Bəli, bizdə də çox faktlar var. 84 yaşım var, indi bu yaşımda çıxıb televiziyaya, onların həyatını danışmayacağam ki?! Ayıbdır, lazım gələr, məhkəmədə hər şey açıqlanar. Yəni deməyim odur ki, belə şayiələr atırsa, bizdə çoxlu faktlar var. Ayıbdır, yalandan şayiə yayıb, insanı bu günə qoymaq olmaz. Anarın yerinə bir başqası olsa bundan da pis günə qalar. 20 ildir ki, rep sənəti ilə məşğuldur. Onu bu formada yerə vurmaq olmaz. Anar ağıllı-savadlı oğlan olub. Hələ 4 yaşından hərfləri özü öyrənib, yazıb. Heç kim ona yazıb-oxumağı öyrətməyib. Şeirlər kitabı çıxıb. Oğlum haqqında deyilənlərin heç birinə layiq deyil. Bu şayiəni çıxaran adama ayıb olsun. Bəs o, fikirləşmir ki, uşaqları böyüyür? Onlara mənəvi zərbə vurur, adlarına xələl gətirir. Heyif, mənim nəvələrimə… Gecə-gündüz nəvələrim üçün ağlayıram. Allah heç bir nənəni-babanı nəvələrindən ayırmasın, qızım (Ağlayır). Böyük dərddir, belə şayiə yaymaq düzgün deyil. O uşaqlar bizim yanımızda doğulub, böyüyüb, necə ola bilər ki, onları istəməyək?

-Qeyd etdiniz ki, Anar Nağılbaz hazırda işsizdir. Yanılmıramsa, 2013-cü ildə o, Qaraçuxurda yerləşən mədəniyyət evində müdir müavini vəzifəsinə təyin olunmuşdu. Bəs o iş necə oldu?
-Hə, doğrudan da mədəniyyət evində işləyib. Yaşlı adamam, unutmuşam. Orada işləyən vaxtlarında hətta yoldaşını da arada özü ilə işləməyə aparırdı.

-Belə bir şayiə dolaşır ki, Anar Nağıbaz ölkədən getmək istəyib. Məhz Avropa ölkələrindən birindən sığınacaq istədiyinə görə onu indi "vururlar"…
-Anarın harasa getmək fikri olmayıb. Hətta indi də heç yana getməyib, hazırda evdədir. Mənə də gətirib, bəzən o xəbərləri göstərirlər ki, guya Anar bu söz-söhbətlərdən sonra ölkədən çıxıb gedib. Mənim də ürəyim xəstədir, yüksək təzyiqim var, yaşlı adamam. Oxuyuram, halım pisləşir. Anar heç yerə getməyib, evindədir. Arada olur ki, səhhəti ilə bağlı müalicə olunmaga getmək istəyib. Amma ölkəni birdəfəlik tərk etmək haqqında düşünməyib.

-Yayılan videoya və keçmiş gəlninizin ittihamlarına görə hüquq-mühafizə orqanlara müraciıt edəcəksiniz?
-Sözün düzü, biz də bu məsələnin üstünə düşmüşük. Haqq-ədalət bərqərar olmalıdır. Kim düzgün danışmayıb, şər atıb, cəzasını almalıdır. Yanlışlıq oğlumdadırsa, cəzasını almalıdır. O qız düzügün hərəkət eməyib, çıxıb yalandan şayiələr yayıbsa cəzasını çəkməlidir.

-Bəs uşaqlar bu məsələyə necə reaksiya göstərirlər?
-Onlar hələ balacadır. Qızın 5 yaşı var, oğlan isə üçüncü sinifə gedir. Böyüyüb başa düşərlər. Nəvələrim bizi çox istəyir, ayrıla bilmirlər. Uşaqlar hələ körpədir, başa düşmürlər. Onlar böyüyəndən sonra anlayacaqlar ki, ata ilə ana hansı səbəbə görə ayrılıb. Anar pisdirsə, niyə Anjelika onun soyadını daşıyır?


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 5352   Tarix: 01 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

SON DƏQİQƏ: Bakıda ağaclıq ərazi yanır

Bakıda ağaclıq ərazidə yanğın başlayıb. xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu ərazisində ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələr

17 sentyabr 2021
.

52 yaşlı qadın intihar edib

Göyçay rayonunda intihar hadisəsi baş verib. " "a istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü İradə Şixəliyeva yaşadığı evdə sirkə turşusu içərək intihar edib. Qadın üç ildir onkoloji xəstəlikdən əziyyət çəkirmiş. Faktla bağlı araşdırma aparılır

14 sentyabr 2021
.

Samuxda azyaşlı bacı-qardaşın çöplü şirədən zəhərlənib öldüyü güman edilir

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. -a istinadən xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətlər

13 sentyabr 2021
.

Azərbaycanda xəstə əməliyyatdan əvvəl öldü

Sumqayıt sakini əməliyyat masasında ölüb. -a istinadən xəbər verir ki, hadisə 2 saylı Sumqayıt şəhər xəstəxanasında qeydə alınıb. Həmin xəstəxanada qarın nahiyəsindəki yırtıqdan əməliyyat olunacaq 52 yaşlı Heybət Salmanov anesteziya verilərkən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır

16 sentyabr 2021
.

20 yaşlı oğlanın FACİƏVİ sonu: Özünü... - FOTO

Sentyabrın 12-də Göyçayda itkin düşən gəncin meyiti tapılıb. -a istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini 20 yaşlı Mustafayev Fuad Məzahir oğlu evdən çıxaraq bir daha geri qayıtmayıb. Əldə etdiyimiz məlumata əsasən, Fuad həmin gün Şirvan kanalının Qaraman kəndindən keçən hissəsində, körpüdə

14 sentyabr 2021
.

Lənkəranda FACİƏ: 1 yaşlı körpə ÖLDÜ

Lənkəran rayonunda bir yaşlı körpə naməlum səbəbdən ölüb. xəbər verir ki, hadisə Səpnəkəran kəndində qeydə alınıb. Belə ki, 2020-ci il təvəllüdlü İbrahim Nazim oğlu Ağazadənin halı qəfil pisləşib. Bu səbəbdən valideynləri körpəni Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Ancaq həkim müayinəsində

13 sentyabr 2021
.

Avtoxuliqan polisi maşınla vurub

Tovuzda polis əməkdaşını maşın vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, sentyabrın 16-da saat 1 radələrində Tovuz şəhəri ərazisində Aşağı Öysüzlü kənd sakini, əvvəllər məhkum olunmuş E.Əliyev idarə etdiyi "VAZ-21015" markalı avtomobillə avtoxuliqanlıq edi

17 sentyabr 2021
.

Sosial yardım adı ilə pul tələb edən səhifələrlə bağlı RƏSMİ AÇIQLAMA

"Instagram"da "unvanli_sosial_yardim", "sosial_yardim_qeydiyyat", "unvanli_sos_yardim" kimi profillər yaradılmaqla, ünvanlı sosial yardım alınması üçün müraciət edilməsində ödəniş müqabilində köməklik ediləcəyinə dair elanlar verilir. Bu elanlar kiminsə (və y

11 sentyabr 2021
.

"Azərişıq"ın anbarında yanğın - VİDEO

Gəncədə "Azərişıq" ASC-yə məxsus idarələrin birinin anbarında yanğın baş verib. xəbər verir ki, bu barədə hadisə şahidləri -in "qaynar xətti"nə məlumat verilib. Bildirilir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Məsələ ilə əlaqədar "Azərişıq"

15 sentyabr 2021