Anar Nağılbaz hansı xəstəliyə tutulub?

Anar Nağılbaz hansı xəstəliyə tutulub?Tanınmış repçi Anar Nağılbazın adı artıq bir neçə gündür ki, mətbuatda qalmaqallı olaylarda hallanmaqdadır. Əvvəlcə onun intim videosu yayıldı, keçmiş həyat yoldaşı onun haqqında ağır ittihamlar səsləndirdi, bütün bunların ardınca isə ötən gün repçinin Hepatit C xəstəliyinə tutulduğu məlum oldu.

Sonxeber.az xəbər verir ki, "Yeni Müsavat"a daxil olan məlumata görə, repçi Praqada yaşayarkən sifilis xəstəliyindən əziyyət çəkib. Onu bu xəstəliyə yoluxduran isə bir müddət birlikdə yaşadığı hansısa əxlaqsız qadın olub.

Xatırladaq ki, 2015-ci ildə Anar Nağılbaz ölkəni tərk edərək Praqaya köçmüşdü. Həmin vaxt Çexiyanın "Nova CZ" telekanalında qaçqınlara həsr olunan süjetdə ona da yer verilməsi geniş səs-küyə səbəb olmuşdu. Yayılan iddialara görə, repçi ölkəni birdəfəlik tərk edərək Çexiyaya sığınıb və qaçqın düşərgəsində sığınacaq alıb. Lakin ifaçı açıqlama yayaraq bildirmişdi ki, haqqında yayılan informasiyalar yanlışdır və tezliklə yeni klipini təqdim edəcək. Bu açıqlamasının ardınca Anar Nağılbaz vətənə geri döndü.

Bəs görəsən, repçinin Praqada sifilis xəstliyinə tutulması nə dərəcədə doğrudur? Anar Nağılbazın Praqaya gedişi və dönüşünün əsl səbəbi nə olub? Repçinin Praqa həyatı haqqında daha hansı maraqlı məqamlar var?

Mövzu ilə bağlı Qadın Krizis Mərkəzinin rəhbəri, hazırda Praqada mühacir həyatı yaşayan, Anar Nağılbazın yaxın dostlarından biri olmuş Mətanət Əzizova danışıb:

"Anarın Praqaya gəlişinin bir neçə səbəbi var idi. Bu səbəblər həm işsizlik, həm sağlamlıq, ictimai fəaliyyət və sairə idi. O, Praqaya gələndə həmvətənlərimiz tərəfindən böyük hörmətlə qarşılandı. Yadımdadır ki, Praqaya təzə gəlmişdi, mərkəzdə gəzirdik, hansı dükanda, restoranda azərbaycanlı var idisə, Anarı görüb, çölə çıxıb salam verirdi. O, çox gözəl insandır. Anarla, demək olar ki, hər gün görüşürdük. Maraqlı insandır, onu insan olaraq sevməmək mümkün deyil. Həqiqətən, onunla ünsiyyətdə olanda uşaq saflığı görürdüm. Xəyallar, nağıllar bu insanda hələ də qalıb və bu çox xoş idi. Çox tərbiyəli insandır, hiss olunur ki, çox gözəl ailə tərbiyəsi görüb, bu, insanlarla davranışında da görünür.

Anar Azərbaycanı tərk edərkən haqqında müxtəlif şayiələr gəzdi, o isə susmaq mövqeyini seçdi. Və Praqada gələcək həyatı haqqında düşünürdü, planları var idi. Məsələn, Çexiyanın məşhur repçiləri ilə danışıqlar aparır və Avropa festivalının təşkili haqda təşkilatı işləri görürdü. O, bu festivalın müəllifi və əsas təşkilatçısı idi".

Mətanət Əzizova repçinin əxlaqsız qadın vasitəsi ilə siflis xəstəliyinə yoluxduğu haqda gəzən şayiələrə bu cür reaksiya bildirib: "Onun xəstə olması haqqında söz-söhbəti mən də eşitmişəm. Anarın xəstə olub-olmamasını dəqiq bilmirəm, amma yüz faiz bilirəm ki, sıx dostluq əlaqələrimiz olanda onun heç bir ciddi xəstəliyi olmayıb. Mən onunla həkimə gedirdim, çex dilindən rus dilinə tərcümə edirdim və həmin zaman orada heç bir zöhrəvi xəstəlik haqda eşitmədim".

Mətanət Əzizovanın sözlərinə görə, repçi keçmiş arvadının "Whatsapp" yazışmalarını gördükdən sonra vəziyyəti pisləşib: "Anarın sağlamlığında problemlər sonradan yarandı. Onun böyük arzusu var idi, çox istəyirdi ki, ailəsi yanına gəlsin. Deyirdi ki, oğlumu çex məktəbinə, qızımı bağçaya qoymaq istəyirəm, yoldaşım isə gözəllik salonunda çalışa bilər. İnanın səmimiyyətimə, onun söhbətləri ancaq və ancaq ailəsi idi.

Anar birotaqlı evdə qalırdı və ailəsi yanına gəlsin deyə çoxotaqlı ev axtarırdı. Amma yoldaşı Anjelika Praqaya gəlmək istəmirdi, min bir bəhanə ilə vaxtı uzadırdı. Buna görə də söz-söhbət artırdı. Anar yoldaşına "uşaqları götür gəl" deyirdi, Anjelika isə hər dəfə "gələn ay" deyə bəhanə edirdi.

Anarın Praqada doğmaları yox idi, tənha idi. Hər dəfə deyirdi ki, "balalarımı görmək istəyirəm". Hətta bir dəfə bu haqda danışıb yanımda ağladı. Xahiş etdi ki, "sən Anjelika ilə danış, bəlkə, sənə qulaq asdı". Bundan sonra başladı içməyə. Deyirdi ki, "yoldaşımla söz-söhbətim olub, amma onu çox sevirəm"... Onu qınadılar ki, uşaqlarını atıb, amma inanmıram ki, o, uşaqlarını atsın. O bədbəxtin, sadəcə, pulu yox idi. Buna görə də onun bütün ailəsi ilə bağlı maddi məsələlərini atası həll edirdi.

Çexiyadan Azərbaycana geri dönməsinin əsl səbəbi sırf ailəsi idi. Əvvəl Anara yazdılar ki, "sənin yoldaşın kimlərləsə ünsiyyətdədir". Sonra isə bildirdilər ki, "gəl, ailən başsız qalıb, dağıla bilər". Daha sonra isə Anar yoldaşının "Whatsapp" yazışmalarını gördü. Bilmirəm, orda nə var idi. Amma gecə evimə gəlib dedi ki, "ölürəm, mənə kömək elə, ailəmi itirirəm, balalarım yazıqdır". Vəziyyəti çox pis idi. Səhəri gün görüşdük, həmin vaxt yanımızda bir neçə azərbaycanlı da var idi. Halı pisləşdi, təcili yardım çağırdıq. Bu zaman boğazından, qulağından qan gəldi, bu, çox dəhşətli mənzərə idi. Səhəri gün Bakıya qayıtdı. Həmin gün ona Avropa pasportu verəcəkdilər, lakin o, bundan imtina etdi və Bakıya, ailəsinin yanına döndü. Və gördüyünüz kimi, bu, çox mənasız oldu. Onun səhhətindəki problemlər çox ciddidir və bu yaşadığı stresslərin təsirindən yaranıb".

Məsələ ilə bağlı Anar Nağılbazın da mövqeyi öyrənilib. Repçi sifilis xəstəliyi ilə bağlı haqqında yayılan şayiələrə bu cür aydınlıq gətirib: "Bu informasiyanı haradan götürmüsünüz? Bu, şayiə deyil, hər halda kimsə yayıb.

Praqada olanda, sadəcə, səhhətimdə müəyyən problemlər yaranmışdı və buna görə istirahət zonasında bir kurs müalicə götürmüşəm. Heç kimdən gizlin deyil ki, öd kisəm, mədə və sinirlərimlə bağlı əziyyət çəkmişəm".

Repçi arvadının "Whatsapp" yazışmaları haqda danışmaq istəmədiyini bildirib.
Anar Nağılbaz hansı xəstəliyə tutulub?


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 2919   Tarix: 06 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" sözü deyəndə

17 sentyabr 2021
.

Aygün Kazımova koronavirusa yoluxub

Xalq artisti Aygün Kazımova koronavirusa yoluxub. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi İnstaqram hesabında məlumat verib. Müğənni xəstəliyi ağır keçirdiyini bildirib:. "Mən də bir çoxlarınız kimi koronavirusa yoluxdum. Son 3 günü ağır keçirdim. Hərarətim 37-38,5 idi. Bədənim ço

8 sentyabr 2021
.

Koronavirusa yoluxan Yaqub Zurufçu süni tənəffüs aparatına qoşulub - YENİLƏNİB

Koronavirusa yoluxan Əməkdar artist Yaqub Zurufçu süni tənəffüs aparatına qoşulub. Bu barədə -a onun həyat yoldaşı Aynur Zurufçu məlumat verib. "Həkimlər sənətçinin vəziyyətini stabil saxlamaq və ağırlaşmasının qarşısını almaq məqsədilə süni tənəffüs aparatına qoşulduğunu bildiriblər", - dey

9 sentyabr 2021
.

Xalq artistinə AĞIR İTKİ

Xalq artisti Yusif Eyvazovun ailəsinə ağır itki üz verib. xəbər verir ki, sənətçinin həyat yoldaşı Anna Netrebkonun atası dünyasını dəyişib. Bu haqda Xalq artisti sosial şəbəkədə məlumat verib. O, qayınatası ilə görüntülərini yayımlayaraq onun vəfatı üçün dərin kədər hissi keçirdiyini bildirib:. "2005-c

8 sentyabr 2021
.

Məşhur müğənni koronavirusdan vəfat etdi

Şri-Lankanın məşhur vokalisti və bəstəkarı, "The Gypsies" qrupunun ifaçısı Sunil Perera 68 yaşında vəfat edib. Axşam.az-a istinadən xəbər verir ki, müğənni bu gün müalicə aldığı xəstəxanada koronovirusdan dünyasını dəyişib. Ötən ay COVID-19 testi pozitiv çıxan Sunil xəstəxanaya yerləşdirilib

6 sentyabr 2021
.

"Bədəninə dərman yüklədilər, dünyasını dəyişdi"

"Mənə başqa yerdən pislik etməyə başlayırlar. İctimai insanam, çırmalayaram qollarımı, başlayaram. Kiməsə pislik etmək istəmirəm". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova İnstaqramda canlı yayımda deyib. Koronavirusa yoluxan müğənni bir neçə gün əvvə

9 sentyabr 2021
.

Britni Spirs bu şəxslə nişanlandı - FOTO

Amerikalı məşhur ifaçı Britni Spirs 27 yaşlı fitnes məşqçisi Sem Asqari ilə nişanlandığını açıqlayıb. Pop janrın ən məşhur simalarından biri olan 39 yaşlı müğənni öz "Instagram" səhifəsində barmağında üzüklə video paylaşıb. Britni Spirs paylaşımında qeyd edib ki, baş verənlərə hələ də inan

13 sentyabr 2021
.

Türkan Vəlizadəyə AĞIR İTKİ: "Korona çıxaranın Allah bəlasını versin"

Tanınmış müğənni Türkan Vəlizadənin babası rəhmətə gedib. xəbər verir ki, müğənni babasının "OVID-19"-dan rəhmətə getdiyini bildirib. "Baba Allah sənə rəhmət eləsin. Allah korona çıxaranın bəlasını versin. Sağlam kişi getdi, canımız yandı"

5 sentyabr 2021
.

"Zita və Gita"nın aktrisası 72 yaşında - FOTO

Sosial şəbəkələrdə məşhur "Zita və Gita" filminin aktrisası Hema Malinin fotoları yayılıb. xəbər verir ki, hazırda 72 yaşı olan Hemanın son halı müzakirələrə səbəb olub. İstifadəçilər, illər keçsə də Zitanın çox yaşlı görünmdəyini bildiriblər. Aktrisa 1972-ci ildə Rameş Sippinin ekranlaşdırdığ

17 sentyabr 2021