Tanınmış jurnalistin atasının ölümünə səbəb olan AZAL əməkdaşının işində növbəti proses

Tanınmış jurnalistin atasının ölümünə səbəb olan AZAL əməkdaşının işində növbəti prosesBu gün Nərimanov Rayon Məhkəməsində mərhum yazıçı Əli Əliyevin ölümü və daha bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzasında təqsirləndirilən Seymur Qarayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Sonxeber.az Trend-ə istinadən xəbər verir ki, hakim Samir Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Əli Əliyevin oğlu İmdad Əlizadə 3 vəsatət qaldırıb.

İ.Əlizadə təqsirləndirilən S.Qarayevin barəsində seçilmiş başqa yerə getməmək qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsini və onun məhkəmə zalında həbs olunmasını istəyib.

İ.Əlizadə həmçinin qeyd edib ki, hadisə baş verən zaman S.Qarayevin ya narkotik maddənin təsiri altında, ya sərxoş vəziyyətdə olması, yaxud telefonla danışması ehtimalı var. .

İ.Əlizadə deyib ki, təqsirləndirilən S.Qarayev eynəkdən istifadə edir: "Həmçinin onun sürücülük vəsiqəsi də var. Düşünürük ki ki, o, sürücülük vəsiqəsi alan zaman dövlət orqanlarını aldadıb. Məhkəmədən xahiş edirik ki, Seymur Quliyevin görmə qabiliyyətinin gecə, havanın qaranlıq olduğu zaman avtomobil sürməsinə imkan verib-vermədiyini müəyəynləşdirmək üçün ekpertiza təyin edilsin".

Bu zaman təqsirləndirilən şəxsin vəkili Mirzəmmət Rəhimov İ.Əlizadənin vəsatətlərinə istehza ilə yanaşıb.
Məhkəmə vəsatətləri təmin etməyib.

Daha sonra İ.Əlizadə ifadə verib. O, dindirilən zaman atasının avtomobillə vurulması hadisəsindən necə xəbər tutduqlarını, atası Ə.Əliyevin 4 xəstəxanada - 1 saylı Kliniki Tibbi Mərkəzdə ("Semaşko"), Mərkəzi Klinik Xəstəxana, "Avrasiya" Hospital, Bakı Sağlamlıq Mərkəzində ümumilikdə 504 gün koma vəziyyətində müalicə olunduğunu, xəstəxana xərclərini ödəmək sahəsində üzləşdikləri çətinliklərdən danışıb. O qeyd edib ki, məcburi köçkün ailəsi olduqlarına görə özəl xəstəxanaların xərclərini yalnız xeyirxah insanların, dostların, yaxınların köməyi ilə ödəyə biliblər. İ.Əlizadə bildirib ki, müalicəyə kömək məqsədi ilə 2 dəfə atasının "54 gün erməni mühasirəsində" kitabının satış aksiyasını keçiriblər.

İ.Əlizadə qeyd edib ki, yol-nəqliyyat hadisəsindən sonra təqsirləndirilən S.Qarayev onu aldadıb, xəstəxanalara xərclənmiş 166 min 531 manatın yalnız 4 min manatını ona verib: "Seymur Qarayev məni dəfələrlə aldatdı ki, "gəlirəm, pul verəcəm" deyirdi, lakin həmin vədlərinə indiyə qədər də əməl etməyib. Mənim bu günə qədər "Avrasiya" Hospitalına 11 min 270 manat borcum qalıb. Həmin borcların da yaranmasına səbəb Seymur Qarayev oldu. Çünki mənə hər dəfə deyirdi ki, "pulu gətirirəm, yoldayam". Amma hər dəfə yalançı çıxırdı".
Zərərçəkmişin hüquqi varisi bir daha vurğulayıb ki, təqsirləndirilən şəxsə qarşı 166 min 531 manat mülki iddia qaldırıb və o, xəstəxanalara ödənilmiş məbləğlərin qəbzlərini məhkəməyə təqdim edib.
Təqsirləndirilən şəxsin müdafiəçisi mülki iddianı qəbul etmədiklərini deyib.

Məhkəmənin növbəti iclası dekabrın 20-nə təyin edilib.

Qeyd edək ki, 2016-cı ilin fevral ayının 14-də baş vermiş qəzadan sonra Ə.Əliyev 7 ay Mərkəzi Klinikada, 8 ay 17 gün isə "Avrasiya Hospital"ında müalicə alıb. Daha sonra o, Bakı Sağlamlıq Mərkəzinə köçürülüb. 504 gün komada qalan Ə.Əliyev 2017-ci ilin iyul ayının 2-də dünyasını dəyişib.

Mərhum Ə.Əliyevin müalicəsinə 1 saylı Kliniki Tibbi Mərkəzdə ("Semaşko") 4700, Mərkəzi Klinik Xəstəxanada 67881, "Avrasiya" Hospitalda 59050 (mərhumun ailəsinin bu xəstəxayana əlavə olaraq 11270 manat borcu qalıb), Bakı Sağlamlıq Mərkəzində 5900 manat xərclənib. Bunları təsdiqləyən rəsmi qəbzlər cinayət işinə əlavə edilib. Eyni zamanda dəfn və yas mərasimlərinə 14000 manat civarında pul sərf olunub. Bundan başqa, zərərçəkmişin ailəsi mənəvi zərərə görə təqsirləndirilən şəxsdən 15000 manat kompensasiya tələb edir.

Ə.Əliyev 1993-cü il martın 30-dan mayın 23-nə kimi Laçın və Kəlbəcər rayonları ərazisində erməni mühasirəsində qalıb. O, jurnalist İmdad Əlizadənin atasıdır.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1253   Tarix: 08 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Göygöldə avtomobil aşıb: Ölən var

Göygöldə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Bakı Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan KIA markalı minik maşını yolu keçmək istəyən 1965-ci il təvəllüdlü M.Mamedovu vurub

14 dekabr
.

Sürücülük vəsiqəsi olmayan şəxsin vurduğu 70 yaşlı kişi ölüb - VİDEO

Türkiyənin Sakarya şəhərinin Arifiye rayonunda sürücülük vəsiqəsi olmadığı iddia edilən sürücünün avtomobillə vurduğu 70 yaşlı kişi həyatını itirib. türk mediasına istinadən xəbər verir ki, qəza Arifiye rayonunun Arifbey məhəlləsi ərazisində, D-100 magistral yolunun Düzcə istiqamətində, piyada keçidin

16 dekabr
.

Həbsxanının önündə həyat yoldaşının azadlığa çıxmasını gözləyən qadının rəqsi gündəm olub - VİDEO

Marmara Həbsxanası bu dəfə tanınmış məhbusları ilə deyil, həbsdən çıxmasını gözlədiyi həyat yoldaşı üçün rəqs edən bir qadının videosu ilə gündəmə gəlib. türk mediasına istinadən xəbər verir ki, Silivridə yerləşən həbsxananın qarşısında çəkilən görüntülərdə gənc qadın Ragga Oktayın "Yeniden"

15 dekabr
.

Evlilik ildönümündə ərinə aldığı hədiyyə böyük mübahisə yaratdı - VİDEO

Evlilik ildönümü münasibətilə ərinə qeyri-adi hədiyyə alan bir qadın sosial mediada geniş müzakirələrə səbəb olub. türk mediasına istinadən xəbər verir ki, qadın Taylandlı masajçılardan ibarət bir komandadan tibbi masaj xidməti satın alaraq bunu ərinə hədiyyə edib. O, hədiyyə ilə bağlı görüntüləri şəxs

16 dekabr
.

Təzə avtomobil aldı, paspası qaldıranda həyatının şokunu yaşadı - VİDEO

Türkiyədə təzə avtomobil alan bir müştərinin yaşadığı narazılıq sosial şəbəkələrdə gündəm olub. türk mediasına istinadən xəbər verir ki, satın aldığı Hyundai markalı avtomobilin paspaslarını qaldıran müştəri, alt hissənin palçıqlı olduğunu görərək vəziyyətə etiraz edib. Hadisəni mobil telefon kameras

15 dekabr
.

İranlıdan aldıqları narkotiki satmaq istəyən keçmiş məhkumlar saxlanıldılar

Salyanda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş şəxslər saxlanılıblar. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupu məlumat yayıb. Bildirilib ki, Müşfiq Hüseynovdan ümumi çəkisi 7 kq olan psixotrop maddə metamfetamin

13 dekabr
.

72 yaşlı kişi təmir etdiyi avtomobilin altında qalıb öldü

Gəncədə 72 yaşlı kişinin üzərinə təmir etdiyi avtomobili düşməsi nəticəsində ölüb. xəbər verir ki, hadisə şəhərin S.Qazıyev küçəsində baş verib. 1953-cü il təvəllüdlü Həbib Həsən oğlu Hüseynov evinin qarşısında VAZ-21011 markalı avtomobilini təmir edən zaman qaldırıcı qırılıb, nəticəsində onun avtomobi

14 dekabr
.

Parkda bədbəxt hadisə: Gənc oğlan üstündə daşıdığı çörək bıçağının üzərinə yıxılaraq xəsarət alıb - VİDEO

Türkiyənin Çorum şəhərində parkda dostu ilə zarafat etdiyi zaman əlindəki çörək bıçağının üzərinə yıxılan gənc xəsarət alıb. türk mediasına istinadən xəbər verir ki, hadisə Gülabibey məhəlləsi, Bağcılar prospektində yerləşən uşaq parkında baş verib. Əldə olunan məlumata görə, 18 yaşlı F.A. parkda dost

15 dekabr
.

Qonşusuna hirslənib, acısını qaynanasından çıxartdı

Ümraniyədə bir yaşayış binasında baş verən hadisə qonşulara qorxu dolu anlar yaşatdı. türk mediasına istinadən xəbər verir ki, iddiaya görə, maddə istifadə etdiyi iddia olunan bir şəxs, yaşayış binasında qonşusu ilə yaşadığı mübahisənin davaya çevrilməsi nəticəsində birlikdə yaşadığı şəxslərə hücum edib

15 dekabr