Ərdoğanın 5 il əvvəl rədd edilən təklifi niyə dirildir? - ABŞ-ın Türkiyəyə qarşı xain planı

ABŞ-ın dövlət katibi Reks Tillersonun "təhlükəsiz zonanın yaradılması üçün Türkiyə ilə birlikdə çalışa bilərik" şəklində bəyanatı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 5 il əvvəl irəli sürdüyü planı yada saldı.

Ərdoğan 2013-cü ilin may ayında baş nazir postunda olarkən ABŞ-a səfər etmiş və Suriyada uçuşa qadağan bölgənin elan edilməsini təklif etmişdi.

Ərdoğan həmçinin, evlərini tərk etmək məcburiyyətində qalan vətəndaşlar üçün təhlükəsiz bölgənin yaradılması və koalisiya gücləri ilə ortaq quru əməliyyatın həyata keçirilməsini nəzərdə tutan 3 mərhələli planı təqdim etmişdi. Lakin plan dövrün ABŞ prezidenti Barak Obama tərəfindən qəbul olunmamışdı.

Beləliklə, Suriyada "təhlükəsiz zona"nın yaradılmasını təklifi edən ABŞ Türkiyənin 5 il əvvəlki mövqeyinə qayıtmış oldu.

Tillersonun "təhlükəsiz zona" ilə bağlı bəyanatından dərhal sonra Ankaraya gələn ABŞ Dövlət Departamentinin müşavirinin köməkçisi Jonatan Kohen dünən Türkiyə Xarici İşlər Nazirliyi və Baş qərargahda bir sıra görüşlər keçirdi. Görüşlərdə Afrində başladılan "Zeytun budağı" əməliyyatı, Suriyanın gələcəyində Türkiyənin rolu və Vaşinqtonun təklif etdiyi "təhlükəsiz zona"nın yaradılması müzakirə edildi. Ankara isə bütün etirazlara baxmayaraq, PYD/YPG terror təşkilatına minlərlə TIR silah göndərən Vaşinqtonun təklifinə məsafəli davranır.

ABŞ-ın Afrində keçirilən əməliyyatla bağlı "narahatıq" şəklində çağırışlarına isə prezident Ərdoğan "Afrində geri addım atmaq yoxdur, əməliyyat hədəfə çatana kimi davam etdiriləcək. Kimsədən icazə almayacağıq" sözləri ilə cavab verdi. ABŞ-ın "təhlükəsiz zona"nın yaradılması barədə təklifi isə Türkiyənin "Zeytun budağı" əməliyyatından diqqəti yayındırma və Türkiyəni hədəfindən uzaqlaşdırma cəhdi kimi qiymətləndirilir.

"Zeytun budağı" əməliyyatı davam etdiyi bir vaxtda Rusiyadan ABŞ-ın ünvanına sərt tənqidlər səslənir. Dövlətə məxsus ingilisdili xəbər kanalı "Russia Today" suriyalı kürdləri dəstəkləyən ABŞ-ın yalnız 9 gün içində Türkiyəni dəstəkləməyə başlamasına diqqət çəkib. Kanalın analizində bildirilir ki, ABŞ öz müttəfiqləri tərəfindən Suriya masasından kənarlaşdırılmaması üçün çarəsizcə çırpınır.

Mənbə: publika.az
Ərdoğanın 5 il əvvəl rədd edilən təklifi niyə dirildir? - ABŞ-ın Türkiyəyə qarşı xain planıƏrdoğanın 5 il əvvəl rədd edilən təklifi niyə dirildir? - ABŞ-ın Türkiyəyə qarşı xain planıƏrdoğanın 5 il əvvəl rədd edilən təklifi niyə dirildir? - ABŞ-ın Türkiyəyə qarşı xain planı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2326   Tarix: 24 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rusiya Dumasında pedofillər üçün edam cəzası müzakirə olunur

Rusiyada pedofillər üçün edam cəzasının geri qaytarılması zəruridir. Bu təklifi deputat, Rusiya Dövlət Dumasının Dövlət Tikintisi və Qanunvericilik Komitəsi sədrinin birinci müavini Mixail Yemelyanov irəli sürüb. Yemelyanov Kiselyovskda əvvəllər cinsi təcavüzə görə məhkum edilmiş şəxs tərəfindən on yaşl

8 sentyabr 2021
.

Yeni "Taliban" hökumətində kimlər olacaq? - ARAŞDIRMA

Avqustun 15-də "Taliban"ın Əfqanıstanda nəzarəti ələ keçirməsindən sonra bütün gözlər yeni hökumətin necə qurulacağına yönəldi. Euronews-a istinadən xəbər verir ki, "Taliban" mənbələrindən əldə edilən məlumata görə, Şeyx əl-Hadis Məvləvi Abdulhakim Sahib Əmir əl-Muminun (Möminləri

4 sentyabr 2021
.

Sülhməramlıların sayı niyə gün-gündən artır? - Deputatdan AÇIQLAMA

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülməramlıları, üçtərəfli 10 noyabr bəyənatına zidd olaraq, bölgəyə 1960 hərbçi deyil, 8 minə yaxın sülhməramlı qüvvələrə xidmət edən hərbi-tibbi personalın dislokasiyasını təmin ediblər. Məsələ ilə bağlı saytına açıqlama verən deputat Bəhru

10 sentyabr 2021
.

İran Qarabağa yenə qanunsuz yük daşıyır - VİDEO

Cari ilin avqustunda Azərbaycan tərəfi İrana məxsus yük maşınlarının rəsmi Bakının icazəsi olmadan Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına qanunsuz keçməsi barədə məlumat əldə etmişdi. Belə ki, 11 iyul-8 avqust tarixlərində İrana məxsus 35 maşın ( 4 yük maşını, 31 yanacaq tankeri) 7

11 sentyabr 2021
.

G7 ölkələrinin XİN rəhbərləri gələn həftə Əfqanıstanı müzakirə edəcəklər

"G7" ölkələrinin xarici işlər nazirləri gələn həftə Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər. TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Toshimitsu Motegi bildirib. "Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün "G7" gələn həftə xarici işlə

5 sentyabr 2021
.

Mehriban Əliyevadan Füzuli Beynəlxalq Hava Limanı ilə bağlı paylaşım

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevlə birlikdə Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə tanışlıqla bağlı paylaşım edib. xəbər verir ki, Birinci vitse-prezident bu barədə özünün instaqram səhifəsində fotolar paylaşıb. "Prezident İlha

29 avqust 2021
.

XİN-dən ABŞ-ın Ermənistandakı səfirinə CAVAB

"ABŞ səfirinin belə bir açıqlama ilə çıxış etməsi qəbuledilməzdir. Münaqişə keçmişdə qalıb, Azərbaycan ərazi bütövlüyünü təmin edib və Prezidentin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Bu ərazilər Azərbaycanın tərkib hissəsidir və hər hans

11 sentyabr 2021
.

Türkiyə səfirindən Bakının azad olunması ilə bağlı PAYLAŞIM

Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahid Bağcı Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib. "Bu gün Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin 103-cü ildönümüdür. B

15 sentyabr 2021
.

"O, ermənipərəst mövqedən çıxış edirdi" - Deputatdan AÇIQLAMA

Rüstəm Muradov xidməti vəzifəsini bitirdikdən sonra onun ardınca səslənən söz-söhbətlər bitib-tükənmək bilmir. İstər Azərbaycan tərəfi, istərsə də Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımız, Muradovun komandanlıq etdiyi sülhməramlı qüvvələrin fəaliyyətindən narazılıq göstəriblər. Mövzu ilə bağl

8 sentyabr 2021