İslahatçı nazir Fazil Məmmədovun vergi sistemindəki "əllər"ini kəsib atacaqmı?

İslahatçı nazir Fazil Məmmədovun vergi sistemindəki "əllər"ini kəsib atacaqmı?Bir neçə gün öncə Vergilər Nazirliyində nazirliyin rəhbər vəzifəli şəxslərinin və yerli vergi orqanlarının rəhbərlərinin iştirakı ilə geniş tərkibli iclas keçirilmişdi. İclasda çıxış edən vergilər naziri Mikayıl Cabbarov vergi orqanlarının fəaliyyətində yeni yanaşmalar və vergi xidmətinin qarşısında duran vəzifələrin icrası, vergi əməkdaşlarının fəaliyyətinə yeni tələblər, vergi orqanlarına etimadın yüksəldilməsi və digər məsələlərlə bağlı çıxış etmişdi.

Nazir xüsusi olaraq vurğulamışdı ki, müasir dövrdə vergi siyasəti yalnız fiskal funksiyaları yerinə yetirmir, o həm də iqtisadi inkişafın bir alətidir. Bu baxımdan vergi orqanlarının fəaliyyəti sahibkarlığın inkişafına dəstək verməlidir.

Təbii ki, Mikayıl Cabbarovun vergilər naziri təyinatından cəmisi 3 ay keçir və bu mnüddətdə onun fəaliyyətinə, daha doğrusu, vergi orqanları qarşısında qoyduğu vəzifələrin icra vəziyyətinə indidən qiymət verilməsi tələskənlik olardı. Çünki etiraf edilməlidir ki, istər vergi orqanlarında, xüsusən də nazirliyin rəhbər strukturlarında çalışanlar, istərsə də illər uzunu vergiyığanların qanunsuz tələblərindən cana doymuş sahibkarlar yaranmış vaakumdan sanki seytnot vəziyyətinə düşüblər. Etiraf etmək lazımdır ki, rüşvət çirkabının yaratdığı izaholunmaz münasibətlər sisteminin ləğv edilərək tamamilə şəffaf müstəvidə yenidən qurulması təbii ki, xeyli zaman aparacaq. Bu baxımdan nazirin iclasda da vurğuladığı kimi həm vergi orqanlarının sahibkarlığın inkişafına dəstək verməsi, həm də Fazil Məmmədovun pambıqla baş kəsən İlqar Əhmədov-Habil Məmmədov duetinin başçılıq etdiyi şəbəkənin cinayətkar əməlləri hesabına vergi orqanlarına itmiş etimadın yenidən bərpası üçün 3 ay elə də böyük zaman kəsiyi hesab oluna bilməz.

Yeri gəlmişkən, istər Moderator.az-da, istərsə də digər media orqanlarında Fazil Məmmədovun vergi başkəsənləri barədə çoxsaylı ifşaedici yazılar gedib. İfşa olunanların bir çoxu sadəcə işlərini itirməklə canlarını qurtarıblar və çox böyük ehtimalla gedib baş kəsməklə əldə etdikləri milyonlarını bir müddət sonra hansısa formada işə yatırmaqla özləri aşkar-gizli sahibkarlara çevriləcəklər, yəni bir zamanlar qənim kəsildikləri zümrənin yol yoldaşı olmaqla çirkli pullarını leqallaşdırmağın qayğısına qalacaqlar. Amma təbii ki, Fazil Məmmədovun komandasında yuxarıda adı çəkilənlər kimi elə "mühüm" personalar olub ki, onların hüquq-mühafizə orqanlarında məhşər ayağına çəkilməməsi cəmiyyətdə süngü ilə qarşılanar və yeni rəhbərlik haqqında dedi-qodulara yol açmış olar. Əksinə, bu şəbəkənin ifşası eyni zamanda bir ibrət dərsi olmaqla bərabər həm də sahibkarlar arasında vergi orqanlarına qarşı formalaşmış etimadsızlıq mühitinin ən qısa zamanda aradan qaldırılmasına töhfə verə bilər.
Təbii ki, yeni nazirin illər uzunu vergi sistemində formalaşmış idarəetmə sistemini və rüşvət piramidasının bütün elementlərini ifşa etmək üçün kifayət qədər alətləri olmamış deyil və çox güman ki, artıq ötən 3 ay İlqar Əhmədov - Habil Məmmədov duetinin dolanbac rüşvətyığma mexanizmi artıq təfsilatı ilə üzə çıxarılmasına kifayət edib, ola bilsin ki, seçkilərdən sonra biz onların əməlləri barədə istintaq orqanlarının səs-küylü məlumatlarının şahidi olacağıq.

Amma biz də cənab prezident İlham Əliyevin köməkçiləri və yeni vergilər nairinin mediadakı dostları olaraq sahibkarların illərlə üzləşdikləri bir sıra qanunsuzluqlara işıq salmaqla ifşa kampaniyasına öz töhfəmizi vermək istəyirik.

Bəri başdan qeyd edək ki, Fazil Məmmədovun "sağ əli" hesab olunan müşaviri İlqar Əhmədovun 2010-2015-ci illər ərzindəki fəaliyyəti ayrıca yoxlansa tükürpədici faktların ortaya çıxacağı qaçılmaz olacaq.

1) Məhz onun rəhbərliyi ilə ölkədəki tikinti şirkətlərinə sözün həqiqi mənasında divan tutulduğu, bir çox şirkətlərin müflis edildiyi və sahiblərinin başına oyun açıldığı təsdiqini tapacaq.
2) Şadlıq saraylarının vergiyə cəlbedilməsi və dövriyyəsinin müəyyənləşdirilməsi də İlqar Əhmədovun sevimli hobbilərindən hesab olunub və məhz o hansı şadlıq saraylarının aylıq və illik hansı məbləğdə haqq ödəməsini öz arşını ilə ölçüb...
3) Xidmətdə fərqlənən vergi əməkdaşlarının mükafatlandırılması və onlara hansı kriteriyalara görə seçilməsi də çox hörmətli Mikayıl Cabbarovun islahatçı-təftişçi komandasının araşdrıma predmeti ola bilər.
4) Ölkədə istehsal sahələrinin və beləliklə də iş yerlərinin açılmasını təşviq etmək əvəzinə bu sahəyə yatırım qoyan sahibkarların başına oyunlar açılması da diqqətdən qaçmamıldır. Bu gün biz media olaraq təkcə Bakıda deyil, regionlarda da çoxsaylı iş yerlərinin bağlanmasının və sahibkarların ölkədən baş götürüb getməsinin də təkcə keçmiş MTN şefi Eldar Mahmudovun cinayətkar bandasının əməllərinin nəticəsi olduğu ilə razılaşmamalıyıq. Burada İlqar Əhmədovun da özünəməxsus payı və "xidmətlər"i var...

İşin ən acınacaqlı tərəfi isə Fazil Məmmədovun sağ əli hesab olunanların öz aralarında sövdələşmə quraraq keçmiş nazirə "torba tikmələri"dir. Amma İlqar Əhmədov və Habil Məmmədov arasında belə bir razılaşma olub ki, hər fürsətdə Fazil Məmmədovun yanında bir-biri haqqında "sadiq xidmətçi" obrazı yaratmağa xidmət edən gəlişigözəl fikirlər söyləsinlər, bununla da Fazil Məmmədovda onların dönüklüyü barədə zərrə qədər də şübhə yeri qalmasın. Sual oluna bilər ki, burada "sağ əllər"in niyyəti nədən ibarət olub? Tutaq ki, hansısa obyektdən bir milyon manat tələb edib ələ keçirəndə razılaşma əsasında məbləğin uzağı 300 min manat olduğu nazirə məruzə olunub və yerdə qalan hissə "sağ əllər" arasında "qardaş malı" kimi bölünüb. Fazil Məmmədovun da bütün bunlardan xəbəri olmayıb. Bu azmış kimi Fazil Məmmədovun içki düşkünü olması barədə informasiyaları da məhz İlqar Əhmədovun məqsədli şəkildə müxtəlif kanallarla dövriyyəyə buraxması da keçmiş nazirin yatsa yuxusuna da girməzdi. Amma təbii ki, məntiqlə Fazil Məmmədov ən yaxın adamları ilə içki məclisi təşkil edə bilərdi və onun nəyə necə meylli olduğunu onunla bir masa ətrafında oturandan yaxşı kimsə bilə bilməzdi...

Bu gün İlqar Əhmədovun daşınar-daşınmaz əmlakı barədə əlimizdə dəqiq informasiyaların olmaması heç də o demək deyil ki, onun intəhasız sərvətə sahib olduğunu iddia etməyimiz üçün əsas yoxdur. Əksinə, adını bildiyimiz və burada yazmağa hələlik gərək duymadığımız bir sıra ticarət obyektləri var ki, "sağ əllər" onlar vasitəsilə dəbdəbəli villalarını, mənzillərini və bağ evlərini dəyəri milyonlarla dollarla ölçülən kafel-metlax, çılçıraqlar, mebel dəstləri ilə "alınmaz qala"ya çeviriblər. Eyni zamanda İlqar Əhmədov - Habil Məmmədov cütlüyü onların şərik kimi nəzarət etdikləri biznes imperiyasına opponentlik edən və eyni adda-profildə məhsullar satan ticarət obyektlərinə "Seyid Əhməd əli" ilə torba tikmə əməliyyatı həyata keçirərək onların əksəriyyətini bazardan çıxarıblar, bəzilərinə isə tələb olunan ağılasığmaz "vergi borcu" əvəzinə real dəyərindən iki - üç dəfə aşağı qiymətə kafel-metlax, mebel dəstləri, çılçıraqlar və digər məişət avadanlıqları müsadirə edib özününkiləşdiriblər.

Təbii ki, biz bir kənar müşahidəçi olaraq zaman-zaman vergi orqanları ilə qarşı-qarşıya gəlmiş sahibkarların verdikləri informasiya əsasında belə bir qorxunc mənzərə barədə bildiklərimizin ictimailəşməsinin faydalı ola biləcəyni düşünürük. Heç şübhə etmirik ki, hörmətli Mikayıl Cabbarovun masası üzərinə qoyulmuş qovluqlarda daha qorxunc əməllərdən bəhs olunub. Biz media və cəmiyyət olaraq onu islahatçı və neqativlərə qarşı mübarizə aparan bir məmur kimi tanıyırıq və hər zaman əminliklə bunu deyirik, yazırıq. Ona görə də ümid edirik ki, gerçəkdən də tezliklə cəmiyyətdə vergi orqanları haqında Fazil Məmmədovun komandasının yaratdığı etimadsızlıq mühitinin aradan qaldırılması üçün yeni nazirdən ifşaedici addımların atıldığının şahidi olacağıq.
İslahatçı nazir Fazil Məmmədovun vergi sistemindəki "əllər"ini kəsib atacaqmı?İslahatçı nazir Fazil Məmmədovun vergi sistemindəki "əllər"ini kəsib atacaqmı?İslahatçı nazir Fazil Məmmədovun vergi sistemindəki "əllər"ini kəsib atacaqmı?İslahatçı nazir Fazil Məmmədovun vergi sistemindəki "əllər"ini kəsib atacaqmı?İslahatçı nazir Fazil Məmmədovun vergi sistemindəki "əllər"ini kəsib atacaqmı?


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1827   Tarix: 12 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"WUF13" Azərbaycanın beynəlxalq səviyyədə təqdimatı baxımından mühüm tədbirdir" - DEPUTAT

"WUF13 Azərbaycanın beynəlxalq səviyyədə təqdimatı baxımından mühüm tədbirdir. Bu cür mötəbər tədbirə ev sahibliyi etmək və ölkə lideri İlham Əliyevin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında çıxışı ölkəmizin gücünü bir daha bütün dünyaya sübut etdi". Bunu -a danışan deputat Cavanşi

21 may
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Müstəqillik Günü ilə bağlı paylaşım edilib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 28 May - Müstəqillik Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

27 may
.

Ölkənin aqrar inkişafının istiqamətlərini müəyyənləşdirən müşavirə

Ermənistanın Azərbaycana qarşı apardığı ədalətsiz müharibə, bu müharibənin nəticəsi olaraq ərazisinin 20 faizinin işğalı Azərbaycanda kənd təsərrüfatının inkişafını ləngitmişdi. İllər çəkən işğal müddətində min hektarlarla bağ sıradan çıxdı, neçə-neçə suvarma sistemi yararsız hala düşdü. Azərbaycan Ordusunu

26 may
.

Pərvanə Vəliyeva: "Gənclərlə belə görüşlər çox vacibdir" - FOTO

Millət vəkili Pərvanə Vəliyeva Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika kollecinin tədris binasında kollecin tələbə və müəllim heyəti ilə görüş keçirmiş və onlarla müzakirələr aparmışdır. xəbər verir ki, deputat həmçinin, kollecin tələbələrinin müxtəlif mövzularda

26 may
.

Gürcüstan Prezidenti İlham Əliyevi təbrik etdi

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Zati-aliləri, əziz həmkarım. Sizi və dost Azərbaycan xalqını ölkənizin Müstəqilliyi Günü münasibətilə gürcü xalqı adından və şəxsən ö

25 may
.

Müşavirədə xarici investorlara mesajlar səsləndirilib

Prezident İlham Əliyev may ayının 25-də keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədəki çıxışında Azərbaycanın artıq dünyada orta güc kimi tanındığını bildirib və əlavə edib ki, bu məqam bir çox ölkələrin şirkətlərinin müxtəlif sahələrdə respublikamızla əməkdaşlığına stimul yaradır

26 may
.

"28 May xalqımızın milli qürur və dövlətçilik günüdür" - DEPUTAT

"28 May - xalqımızın öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdiyi, hər bir azərbaycanlının milli qürur hissi keçirdiyi bir gündür. 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət, ilk parlamentli demokratik respublika kimi tarixə düşən Azərbaycan Xalq Cümhuriyyətini

25 may
.

Prezident Si Cinpinə başsağlığı verdi

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə başsağlığı verib. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Şansi əyalətində yerləşən kömür mədənində baş vermiş partlayış nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması barədə xəbər bizi son dərəcə sarsıtdı

25 may
.

Zelenski Prezident İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib

Ukrayna Prezidenti Volodimir Zelenski Prezident İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib. təbrik məktubunu təqdim edir:. "Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını ölkənizin Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Azərbaycan ildən-ilə regional və beynəlxal

27 may