"WUF13" Azərbaycanın beynəlxalq səviyyədə təqdimatı baxımından mühüm tədbirdir" - DEPUTAT

"WUF13" Azərbaycanın beynəlxalq səviyyədə təqdimatı baxımından mühüm tədbirdir" - DEPUTAT"WUF13 Azərbaycanın beynəlxalq səviyyədə təqdimatı baxımından mühüm tədbirdir. Bu cür mötəbər tədbirə ev sahibliyi etmək və ölkə lideri İlham Əliyevin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında çıxışı ölkəmizin gücünü bir daha bütün dünyaya sübut etdi".

Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.

Deputat qeyd edib ki, forumda 182 ölkədən 45 mindən artıq şəxs qeydiyyatdan keçib:

"Ölkə başçısının da vurğuladığı kimi biz qeydiyyatdan keçmiş iştirakçıların rekord sayına nail olduq. 182 ölkədən 45 mindən artıq qeydiyyata alınmış iştirakçımız var. Bu, COP29-dan sonra ikinci ən böyük beynəlxalq tədbirdir və ümid edirəm ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının nəticəsi COP29 qədər uğurlu olacaq. Düşünürəm ki, Bakıda bu günlər ərzində, ilk dəfə ölkəmizə səfər edən qonaqların əksər hissəsi ölkəmizi və şəhərimizi daha yaxşı tanımaq, şəhərsalmanın inkişafı sahəsində Azərbaycanda görülən işləri öz gözləri ilə görmək imkanını qazanacaqlar. Bu həm əminliklə deyə bilərik ki, Azərbaycan Avropa ilə Asiya arasında yerləşir və hər zaman Şərqin Qərb ilə qovuşduğu məkan olub. Bu, həmçinin ölkəmizin memarlığında əks olunub. Beləliklə, əgər siz Bakıda İçərişəhərin qədim divarları arasında gəzsəniz, sonra bircə küçəni keçsəniz, özünüzü tamamilə müasir mühitdə hiss edəcəksiniz - vaxtilə üç kilometr olmuş Bakı Bulvarı hazırda 15 kilometrdən artıq tanınmış dənizkənarı məkandır.Daha sonra isə Avropa memarları tərəfindən layihələndirilmiş və tikilmiş XIX əsrə aid binalar var. Bir sözlə, Bakıda, qədimliklə yenilik, tarixi irsimizin qorunması ilə şəhərsalmanın planlaşdırılması və müasirləşdirilməsi zəruriliyi arasında təbii vəhdət mövcuddur. Bu, həqiqətən əcdadlarımızın istedadının bariz nümunəsi, tarixi və memarlıq irsimizi necə qoruduğumuzun təzahürüdür. Şəhərsalma nəinki Bakı, o cümlədən Azərbaycanın bir çox şəhərləri üçün gündəlik əsaslarla işlədiyimiz məsələdir.

Bilirsiniz ki, bu il "Şəhərsalma və Memarlıq İli" elan edilib.2022-ci ildən etibarən biz BMT-nin Məskunlaşma Proqramı ilə Azərbaycanda, uzun illər işğal altında olmuş şəhərlərdə - Ağdamda, Zəngilanda və Xankəndidə üç milli şəhərsalma forumlarını keçirmişik. Bakı, o cümlədən Azərbaycanın bir çox qədim şəhərləri öz memarlığı ilə fərəhlənə bilər.
Bu gün qlobal toplantını təşkil edərək, biz şəhərsalmaya, onun inkişafına, insanların həyatını yaxşılaşdırmaq gündəliyinə və onların özlərini rahat hiss etmələri üçün əhalimizin bütün lazımi şəraitlərlə təmin olunmasına güclü sadiqliyimizi bir daha nümayiş etdiririk. Nəinki Bakı, o cümlədən Azərbaycanın bir çox qədim şəhərləri öz memarlığı ilə fərəhlənə bilər. Cənab prezident İlham Əliyevin qeyd etdiyi kimi, vaxtilə Şirvanşahlar dövlətinin paytaxtı olan və XIV əsrdə yazıb-yaratmış dahi Azərbaycan şairi Nəsiminin doğulduğu yerdə - Şamaxıda 743-cü ildə tikilmiş dünyanın ən qədim məscidlərindən biri var. Bir vaxtlar Atabəylər dövlətinin paytaxtı olan, dahi memar Əcəmi Naxçıvaninin vətəni Naxçıvanda onun tikdiyi XII əsrə aid Möminə xatun türbəsi var. Dünyanın ən qədim şəhərlərindən biri olan, XII əsrdə yaşayıb-yaratmış digər dahi Azərbaycan şairi Nizami Gəncəvinin vətəni Gəncə bu gün Bakı kimi inkişaf edir və tarixi simasını qoruyur. Qafqaz Albaniyası dövlətinin paytaxtı Qəbələdə və əsas şəhərlərdən biri olan Şəkidə çoxsaylı tarixi abidələr var. Şəki şəhərinin yaxınlığında yerləşən Kiş kəndindəki kilsə ola bilsin, dünyadakı ən qədim kilsələrdən biridir. Əcdadlarımızın istedadını nümayiş etdirən digər bir misal Lahıc kəndidir. On beş əsr bundan əvvəl kənd yaradılanda insanlar bu gün də işləyən kanalizasiya sistemini və su xəttini çəkmişlər. Demək olar ki, 30 il ərzində işğal altında qalan Qarabağın tacı Şuşa indi sıfırdan yenidən qurulur və onun zədələnmiş qalası bərpa edilib".

Deputat vurğulayıb ki, biz təkcə musiqimizdə və şeirlərimizdə deyil, eyni zamanda, memarlıqda öz əksini tapan qədim tariximizlə qürur duyuruq:

"Bizim əcdadlarımız tərəfindən tikilənlər təkcə mənim qeyd etdiyim abidələr deyil. Əlbəttə ki, VI əsrə aid Qız qalası ilə Bakı, işğala, dağıntılara və talana məruz qalan abidələr müxtəlif nəsillərə aid azərbaycanlılar tərəfindən yenidən tikilib və bərpa olunub, eyni zamanda, qorunaraq bu günədək saxlanılıb. Qeyd etdiyim bütün bu abidələri hər kəs ziyarət edərək görə bilər, onların içərisinə daxil olaraq onlara toxuna bilər. Hesab edirəm ki, bu, bizim tarixi irsimizə, mirasımıza münasibətimizin ən yaxşı göstəricisidir. Biz bununla fəxr edirik. Biz təkcə musiqimizdə və şeirlərimizdə deyil, eyni zamanda, memarlıqda öz əksini tapan qədim tariximizlə qürur duyuruq. Bizim vəzifəmiz bunları növbəti nəsillər üçün qoruyub saxlamaqdır və mən əminəm ki, növbəti nəsil də eyni cür edəcək. Bakı Qran-Prisi şəhər halqasında keçirilən çox azsaylı yarışlardandır.Bu gün xüsusilə paytaxt şəhərlərində şəhər inkişafına olan bu zərurəti tam anlayışla qəbul edərək cəsarətli və ehtiyatlı olmalıyıq. Mən bunu bəzən Bakıdakı Formula 1 yarışı ilə müqayisə edirəm. Ən sürətli əsas yolda sürət saatda 300 kilometrdən çox olur, sonra isə pilotlar əyləcə basaraq bolidlərini eni yeddi metr olan küçəyə sığışdırmalıdırlar və bunu da qədim qala divarlarından bir metr məsafədə etməlidirlər. Beləliklə, pilotlar liderlər, qərar qəbul edənlər və inkişaf gündəliyini irəli aparanlar kimi cəsur və ehtiyatlı olmalıdırlar. Biz inkişafda, insanlarımız üçün daha yaxşı şəraitin yaradılmasında, müasirləşmədə cəsur olmalıyıq. Lakin eyni zamanda, tarixi irsimizin qorunmasına gəldikdə, çox ehtiyatlı olmalıyıq".

Deputat söyləyib ki,ölkə başçısının da qeyd etdiyi kimi indi hökumətimizin qarşısında duran əsas vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır:

"Bu ərazi 30 il müddətində erməni işğalı altında idi və tamamilə dağıdılaraq məhv edilmişdir. Beynəlxalq müşahidəçilər və ziyarətçilər Ağdamı Xirosima ilə müqayisə edirdilər, onlar Ağdamı "Qafqazın Xirosiması" adlandırırdılar. Çünki şəhər, sadəcə, mövcud deyildi. Şəhər tamamilə yerlə-yeksan edilmişdir və o, Xirosimadan fərqli olaraq, atom bombasının atılması nəticəsində bir günə bu vəziyyətə düşməmişdir. Bu, 30 illik işğal ərzində edilmişdir və bu zaman binalar, tarixi binalar və ictimai binalar, evlər tamamilə sökülərək dağıdılmışdır.Böyük Qayıdış Proqramı həyata keçirilir, şəhər və kəndlərin Baş planları hazırlanır.

Artıq 5 il ərzində çəkdiyimiz tunellərin uzunluğu 70 kilometrdir. Digər beşi də tikiləcək. 500 körpüdən 435-i inşa olunub. Bununla yanaşı, elektrik stansiyaları, su təchizatı kəmərləri, su anbarları, evlər, məktəblər, xəstəxanalar, üç beynəlxalq hava limanı tikilib, dəmir yolları çəkilib. Bütün bunlar cəmi beş il ərzində inşa olunub.
Yalnız dağıtmaq, məhv etmək və əziyyətlər vermək üçün gələnlərdən fərqli olaraq, məhz torpağın yiyələri bu cür davranırlar. Bu gün 85 mindən artıq azərbaycanlı keçmişdə işğal altında olmuş ərazilərdə yaşayır. Onlar işləyir, yaşayır, təhsil alır və onların məşğulluğu hökumətimizin ən mühüm hədəflərindən biridir.
Bununla belə, onlar üçün mənzillər və fərdi evlər, məktəb və xəstəxanalar tikmək üçün, əlbəttə, biz minalardan təmizlənməni aparmalı idik, lakin eyni zamanda, biz məşğulluq haqqında düşünməliyik. Həmin sahələrdə artıq salınmış və salınacaq çoxsaylı sənaye zonaları öz torpağında yaşamaq kimi fundamental hüququndan məhrum olmuş yüz minlərlə insanın sürətli qayıdışına birmənalı dəstək olacaq.Biz ətraf mühit sahəsində çox işləri görməli olduq.
Bakı haqqında danışsaq, bir neçə əlavə məsələni də qeyd edim. Bakı hələ 1846-cı ildə dünyada ilk dəfə neft hasil etmiş şəhər olub və sonra 180 il ərzində demək olar ki, bütün illərdə ətraf mühitin qorunmasına sıfır dərəcə riayət edilib. Beləliklə, Bakı çox çirklənib və Bakının Qara şəhər, Bibiheybət və Böyükşor kimi bəzi hissələrini qeyd etsəm, ola bilsin, əcnəbilər üçün bu, bir məna kəsb etmir. Lakin əgər vaxt tapıb həmin yerləri ziyarət etsəniz, bəzi videomateriallara və ya şəkillərə baxsanız, onların 20 il öncə və indi necə göründüyünü başa düşərsiniz və Bakıda ətraf mühitə uyğun məkanın yaradılması üçün görülmüş işləri təsəvvür edərsiniz. Çox çirklənmiş Qara şəhər əvəzinə bu gün şəhərsalmanın nümunəsi olan Ağ şəhəri görə bilərsiniz. Yeri gəlmişkən, o, çirkləndiyinə görə Qara şəhər adlanırdı. Bu, şəhər daxilində bir şəhər idi. Şəhərsalmanın digər təzahürü "Sea Breeze" istirahət məkanıdır. Son 20 il ərzində biz Bakıda 100 park və ictimai yer, bağlar yaratmışıq. Onların 19-u tam yenilənib. İctimai nəqliyyata, mikromobilliyə, metro və elektrik enerjisi ilə işləyən müasir avtobuslara sürətli çıxışı olan və ətraf mühitə uyğun şəhərlər paytaxt və nəinki paytaxt üçün, bütöv konsepsiyanın tərkib hissələri kimi icra olunur.Azərbaycanın bir çox yerlərində şəhərsalma çox sürətli inkişaf edir.
Birmənalı olaraq, bu cür mühüm toplantı və BMT-dən olan dostlarımızın, səfərə gələn çoxsaylı qonaqların ekspert bacarıqları bizə daha çox öyrənmək, bir-birimizdən əldə etmək, müsbət təcrübə ilə tanışlıq üçün və həmçinin səhvlərimiz haqqında danışmaqda yardımçı olacaq. Şəhərsalma prosesində çox səhvlər olub və düşünürəm ki, həmin dövr artıq keçmişdə qaldı".

Çiçək Sadatova


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 729   Tarix: 21 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyevin Naxçıvana səfəri sosial-iqtisadi simasnı tamamilə dəyişəcək - Deputat

"Prezident İlham Əliyevin Naxçıvana növbəti səfəri muxtar respublikanın sosial-iqtisadi simasını tamamilə dəyişəcək və onu regionun ən müasir mərkəzlərindən birinə çevirəcək yeni bir mərhələnin başlanğıcıdır. Səfər çərçivəsində Dövlət Başçımız tərəfindən səsləndirilən fikirlər və təməli qoyula

12 avqust
.

ABŞ-Çin münasibətlərində yeni mərhələ: Dünyanı nə gözləyir? - POLİTOLOQDAN AÇIQLAMA

ABŞ ilə Çin arasında münasibətlər son illərdə təkcə iki ölkənin deyil, bütün dünyanın diqqət mərkəzindədir. Ticarət müharibələri, texnologiya sahəsində rəqabət, Tayvan ətrafında artan gərginlik və qlobal təsir uğrunda mübarizə Vaşinqton-Pekin xəttini beynəlxalq gündəmin əsas mövzularından birinə çevirib

5 avqust
.

Gürcüstan Azərbaycan və Türkiyə ilə əlaqələrini gücləndirmək istəyir

Azərbaycan, Gürcüstan və Türkiyə arasında strateji əlaqələrin gücləndirilməsinin davam etdirilməsi vacibdir. xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib. "Nəqliyyat infrastrukturu sahəsində əlaqələr də daxil olmaqla, Azərbaycan, Gürcüstan və Türkiyə arasında strateji əlaqələri

13 avqust
.

Cənubi Qafqazda uzunmüddətli sülhün mümkünlüyünü göstərən mühüm siyasi hadisə

Son illər Cənubi Qafqaz bölgəsində baş verən proseslər göstərir ki, regionun gələcək təhlükəsizliyinin artıq hərbi qarşıdurma deyil, siyasi razılaşmalar, iqtisadi əməkdaşlıq və qarşılıqlı maraqlara söykənən əməkdaşlıq əlaqələri müəyyənləşdirir. Bununla əlaqədər bir il əvvəl, avqustun 8-də Vaşinqtond

10 avqust
.

ABŞ-da imzalanan sənəd Cənubi Qafqazda yeni geosiyasi mərhələnin əsasını qoyub

Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin mətninin bir il əvvəl Amerika Birləşmiş Ştatlarında paraflanması və bu prosesdə ABŞ Prezidentinin iştirak etməsi 2020-ci ildən etibarən davam edən sülh prosesinin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir. Çünki Vətən müharibəsində qazanılan tarix

10 avqust
.

İlham Əliyevdən üç diplomatla bağlı SƏRƏNCAMLAR

Zaur Rəşid oğlu Əhmədov Azərbaycan Respublikasının İsveç Krallığında, eyni zamanda Danimarka Krallığında, Finlandiya Respublikasında və Norveç Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb

12 avqust
.

"AZCON Holdinq"ə yeni səlahiyyət verildi

"Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)" publik hüquqi şəxsin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanında dəyişiklik edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni fərman imzalayıb. Fərmana əsasən, bundan sonr

6 avqust
.

İsrail İrana qarşı müharibəyə qoşula bilər? - POLİTOLOQDAN AÇIQLAMA

Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinin yenidən gərginləşməsi fonunda İsrailin İrana qarşı mümkün hərbi əməliyyatlara qoşula biləcəyi ilə bağlı iddialar beynəlxalq gündəmdə geniş müzakirə olunur. Rəsmi səviyyədə yekun qərar açıqlanmasa da, bölgədə baş verən son hadisələr və tərəflərin sərt bəyanatlar

6 avqust
.

Vaşinqton görüşü Azərbaycan-ABŞ münasibətlərində mühüm dönüş yaratdı - DEPUTAT

2025-ci il avqustun 8-9-da Prezident İlham Əliyevin ABŞ-a səfəri Azərbaycan-ABŞ münasibətləri və Azərbaycan-Ermənistan sülh gündəliyi baxımından mühüm hadisə kimi qiymətləndirilir. Səfər çərçivəsində əldə olunan razılaşmaların və verilən siyasi mesajların bir il sonra regiondakı proseslərə təsiri d

10 avqust