Gürcüstan Prezidenti İlham Əliyevi təbrik etdi
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri, əziz həmkarım.
Sizi və dost Azərbaycan xalqını ölkənizin Müstəqilliyi Günü münasibətilə gürcü xalqı adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.
Ölkələrimiz arasında hazırkı strateji tərəfdaşlıq bizim tarixi əlaqələrimizin məntiqi davamıdır. Sizin Gürcüstana olduqca səmərəli dövlət səfəriniz iki ölkə arasında münasibətlərin inkişafına təkan verərək əlaqələri yeni səviyyəyə yüksəltdi. İnanıram ki, Gürcüstan ilə Azərbaycan arasında mehriban qonşuluq münasibətləri və möhkəm strateji tərəfdaşlığa əsaslanan əməkdaşlıq, birgə icra etdiyimiz strateji layihələr xalqlarımızın rifahını yüksəltməklə yanaşı, həm ölkələrimizdə, həm də regionda sülhü, əmin-amanlığı və sabitliyi daha da möhkəmləndirəcək.
Bu əlamətdar gündə fürsətdən istifadə edərək Sizə xoşbəxtlik, fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına isə davamlı sülh və firavanlıq arzulayıram".
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 610 Tarix: 25 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident Litva XİN rəhbərini qəbul etdi - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Litvanın xarici işlər naziri Kestutis Budrisi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, Kestutis Budris Litva Prezidenti Gitanas Nausedanın salamlarını dövləti başçısına çatdırıb. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun d
25 noyabrPrezident Estoniya XİN rəhbərini qəbul etdi - Foto
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Estoniyanın xarici işlər naziri Marqus Tsahknanı qəbul edib. "Qafqazinfo" xəbər verir ki, söhbət zamanı dövlət başçısı ilə Estoniyanın xarici işlər nazirinin ötən il Bakıdakı görüşü məmnunluqla xatırlandı. Azərbaycanla Estoniya arasında münasibətləri
27 noyabrKəlbəcərin azad edilməsindən 6 il ötür
"Altı il əvvəl noyabrın 25-də Azərbaycan Kəlbəcər rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytardı. 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri ərazisi 3054 kv.km olan və Ermənistanla sərhəddə yerləşən Kəlbəcər rayonunu işğal etdilər. Nəticəd
23 noyabrAzərbaycan və İtaliya arasında Anlaşma Memorandumu imzalandı
Azərbaycan və İtaliya arasında kritik xammal sahəsində üçüncü ölkələrlə birgə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. xəbər verir ki, sənədlərin imzalanması və mübadiləsi Azərbaycan-İtaliya Biznes Forumu çərçivəsində baş tutub. Belə ki, Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə İtaliyanın "Leonard
23 noyabrPrezidentin Vyetnam səfərindən - Görüntülər
Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında Vyetnam Sosialist Respublikasına rəsmi səfərinin yekunlarına dair videoçarx paylaşılıb. "Qafqazinfo" paylaşımı təqdim edir:
21 noyabrİlham Əliyev Trampa təşəkkür etdi
Prezident İlham Əliyev TRIPP layihəsinin işə salınması münasibətilə ona ünvanladığı xoş sözlərə görə ABŞ lideri Donald Trampa təşəkkür edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə İlham Əliyevin "X" sosial şəbəkə hesabında paylaşım edilib. "Hörmətli Prezident Donald Tramp, Beynəlxal
23 noyabr