Aprel döyüşləri Ermənistan ordusunda bir sıra problemlərin olduğunu göstərdi
Silahlı Qüvvələrin şəxsi heyətinin artırılması problemi Ermənistanda ordu quruculuğunun aktual məsələlərindən biri olaraq qalır.
Sonxeber.az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiyanın Strategiyaların və Texnologiyaların Təhlili Mərkəzinin "Fırtına gözləyərkən: Cənubi Qafqaz" adlı yeni kitabında deyilir.
Qeyd olunur ki, ölkənin demoqrafik çətinliyi hərbi xidmətə çağırış yaşlı gənclərin sayında da əks olunub və hökumət bu problemin öhdəsindən gəlmək üçün təhsillə əlaqədar hərbi xidmətdən möhlət hüququnu ləğv edərək qanunvericiliyi sərtləşdirib:
"Möhlət hüququ tələbə Müdafiə Nazirliyi ilə tədris müddətində hərbi hazırlıq keçmə və təhsil müəssisəsini bitirdikdən sonra hazırlığın tamamlanması haqqında müqavilə bağlayacağı halda verilir. Yekunda təhsildən sonra vətəndaş orduda iki deyil, üç il xidmət edir".
Müvafiq qanun tənqidə məruz qalıb. Hesab edilir ki, bu, mühacirətə təkan verəcək, Silahlı Qüvvələrə isə daha az ali təhsilli şəxs cəlb olunacaq.
Kitabda Azərbaycan Ordusunun strateji yüksəkliyi ələ keçirdiyi 2016-cı il aprel döyüşlərindən də bəhs olunub. Müəlliflər bildirirlər ki, bu döyüşlər Ermənistan Silahlı Qüvvələrinin texniti təchizatı ilə bağlı bir sıra problemlərin olduğunu nümayiş etdirdi:
"Ümumilikdə aprel döyüşlərinin Ermənistan üçün acı nəticəsi ölkə rəhbərliyini Silahlı Qüvvələrin texniki təchizatı və modernləşdirilməsi işlərini aktivləşdirməyə məcbur etdi. Yekunda aprel döyüşlərindən sonra Ermənistanın kredit hesabına təcili olaraq silahlar alması zərurəti yarandı".
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1096 Tarix: 26 mart 2018
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş
Ağ Evin gizli çatı ilə bağlı daha bir qalmaqal
ABŞ-də "Siqnal" mesenceri ilə bağlı qalmaqaldan sonra rəsmilərinin yazışmasına jurnalistin əlavə edilməsi ilə bağlı daha bir informasiya ortaya çıxıb. NBC telekanalına istinadən xəbər verir. Bildirilir ki, ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin (DHS) əməkdaşı yanvar ayının sonunda səhvən bi
29 martAprelin 1-dən qüvvəyə minəcək YENİ QANUNLAR
Rusiyada bir sıra yeni qanunlar aprelin 1-dən qüvvəyə minəcək. Onlardan biri rus dilini bilməyən miqrant uşaqlarının məktəbə qəbuluna qadağa qoyur. Bunu Dövlət Dumasının spikeri Vyaçeslav Volodin "Telegram" kanalında yazıb. "Onlar ümumtəhsil müəssisəsinə daxil olduqda, ölkəmizin ərazisind
30 martMəhkəmə Sünikin keçmiş qubernatorunun oğlu barəsində hökm çıxarıb
Ermənistanın Sünikin vilayətinin keçmiş qubernatoru Surik Xaçatryanın oğlu Tiqran Xaçatryan 4 il 3 ay azadlıqdan məhrum edilib. "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu vəkil Vaaqn Keşişyan açıqlayıb. Məlumata görə, 2024-cü il dekabrın sonunda o, həbsdən azad edilib. Onu
29 martCənubi Koreyada yanğınlar nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb
Cənubi Koreyada meşə yanğınları nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb. "Report" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb. Hökumət orqanlarının məlumatına görə, hadisə nəticəsində 43 nəfər yaralanıb. Qeyd olunub ki, daha əvvəl təxliyə edilmiş 6 885 nəfər həl
29 martTaylandda güclü zəlzələyə görə məktəbləri bağladılar
Bu gün Taylandda baş verən zəlzələ səbəbindən məktəblər bağlanıb. "Qafqazinfo" yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Phethonqthan Çinavat məlumat verib:. "Bütün dövlət qurumları məlumatlandırılıb və məktəblərə uşaqları erkən evə göndərmək tapşırılıb. Hökumə
28 martBöyük Britaniyada məxfi hərbi sənədlər küçəyə səpələndi
İngiltərənin Nyukasl şəhərində küçələrin birinə səpələnmiş yüzlərlə səhifəlik məxfi hərbi sənədlər tapılıb. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Qeyd olunur ki, zibil torbasından tökülən kağız yığını yoldan keçən bir nəfərin diqqətini çəkib. Böyük Britaniya Müdafiə Nazirliyi insidentin təcil
29 martABŞ ilə Ukrayna arasında vacib sənəd gələn həftə imzalana bilər
ABŞ və Ukrayna nadir torpaq metalları üzrə əməkdaşlıq razılaşmasını gələn həftə imzalaya bilərlər. -ın xəbərinə görə, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent "Fox News" telekanalının efirində məlumat verib. Maliyyə Nazirliyinin rəhbəri bildirib ki, Vaşinqton iqtisadi tərəfdaşlığa dai
27 mart