İcra başçısının oğlu məmura 20 min manat "atdı" — TƏFƏRRÜAT

İcra başçısının oğlu məmura 20 min manat "atdı" — TƏFƏRRÜATMediada Ağdam İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovun oğlu Sənən Məmmədzadənin bir nəfərdən 30 min manat pul alıb qaytarmaması barədə xəbərlər yayıldı.

Ölkə.Az həmin məlumatı araşdıraraq məsələnin tam təfərrüatını öyrənib.

Əldə etdiyimiz məlumata görə, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov rayon sakini Qəmbər Abdullayevi 2015-ci ilin yanvar ayında Ağdam İcra Hakimiyyətinin Bakı şəhər üzrə səlahiyyətli nümayəndəsi təyin edib. Fevral ayında isə Raqub Məmmədovun oğlu Sənan Məmmədzadə Qəmbər Abdullayevdən 20 min manat borca pul istəyib. Borcunu bir ay sonra qaytaracağını deyən icra başçısının oğlu pulun ona maşın almaq üçün lazım olduğunu bildirib.

20 min manatı Sənan Məmmədzadəyə verən Qəmbər Abdullayev bir ay sonra pulunu geri istəyəndə o, hələ pulu düzəldə bilmədiyini bildirib. Özünün dediyinə görə, pulu geri istəyəndən sonra Qəmbər Abdullayevin işində problemlər yaranmağa başlayıb.

Bu hadisədən sonra Ağdam Rayon İcra Hakimiyyətinin Ümumi Şöbəsinin rəisi Ramiz Qədirov öz yeznəsini Kəngərli kəndi üzrə ərazi nümayəndəsinin müavini təyin etdirir. Aradan qısa bir müddət keçdikdən sonra isə Ramiz Qədirov rayon rəhbərliyi tərəfindən Ağdam Rayon İcra Hakimiyyətinin Bakı şəhər üzrə nümayəndəliyinin qərargahına göndərilir ki, orada Qəmbər Abdullayevi əvəz etsin. Artıq "torbasının tikildiyini" hiss edən Qəmbər Abdullayev məsələ ilə bağlı yuxarı instansiyalara məlumat vermək qərarına gəlir. Son dəfə də Raqub Məmmədovun oğlu Sənan Məmmədzadəyə verdiyi 20 min manatı geri almağa cəhd edən Abdullayev bu dəfə konkret rədd cavabı alır. Onun sözlərinə görə, Sənan Məmmədzadə ona "get əlini hara qəlbidir, ora qoy!" deyir.

Əldə etdiyimiz məlumata görə, Ağdam rayon icra başçısı Raqub Məmmədovla ümumi şöbənin rəisi Ramiz Qədirovu sıx bağlar bağlayır. Belə ki, çoxdan Ağdam Rayon İcra Hakimiyyətində çalışan Qədirov əvvəlki başçı Nizami Sadıqovun vəzifədən getməsində və Raqub Məmmədovun vəzifəyə gəlməsində həlledici rol oynamış şəxsdir. Rayondakı etibarlı mənbə bildirir ki, məhz Ramiz Qədirov Ağdam rayonunun keçmiş icra başçısı Nizami Sadıqovun səs yazılarını və videolarını kompromat şəklində Raqub Məmmədova ötürüb. Xatırladırıq ki, bu səs yazılarının və videonun mediada yayılmasından qısa bir müddət sonra Nizami Sadıqov vəzifəsindən kənarlaşdırılmışdı.

Qəmbər Abdullayevin dediyinə görə o, başına gələn bu dələduzluq hadisəsi ilə bağlı Baş Prokurorluğa və Prezident Aparatına şikayət ərizəsi ilə müraciət edib.

Mövzuya qayıdacağıq...


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1866   Tarix: 22 sentyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Konsert zamanı dəhşət: gənc rok müğənnisini səhnədə elektrik cərəyanı vurdu - VİDEO

Perunun paytaxtı Limada keçirilən konsert zamanı qorxulu anlar yaşanıb. türk mediasına istinadən xəbər verir ki, rok qrupu Mi Major Amigo Scott (My Best Friend Scott) qrupunun solisti olan Karlos Suares səhnədə özünü təqdim etdiyi anda mikrofonu əlinə götürüb və bu zaman elektrik cərəyanına məruz qalıb

18 dekabr
.

Oğurladıqları telefonun siqnal vasitəsi ilə aşkar edilməməsi üçün görün nə etdilər

İstanbulun Beyoğlu rayonunda dörd oğrunun oğurladıqları mobil telefonun yerinin müəyyən edilməməsi üçün onu alüminium folqa ilə bükdüyü məlum olub. türk mediasına istinadən xəbər verir ki, hadisə rayonun Kuloğlu məhəlləsində baş verib. Aprelin 6-da gecə saatlarında yolda hərəkət edən İrfan Y.-nin arxasınc

16 dekabr
.

Təzə avtomobil aldı, paspası qaldıranda həyatının şokunu yaşadı - VİDEO

Türkiyədə təzə avtomobil alan bir müştərinin yaşadığı narazılıq sosial şəbəkələrdə gündəm olub. türk mediasına istinadən xəbər verir ki, satın aldığı Hyundai markalı avtomobilin paspaslarını qaldıran müştəri, alt hissənin palçıqlı olduğunu görərək vəziyyətə etiraz edib. Hadisəni mobil telefon kameras

15 dekabr
.

Qonşusuna hirslənib, acısını qaynanasından çıxartdı

Ümraniyədə bir yaşayış binasında baş verən hadisə qonşulara qorxu dolu anlar yaşatdı. türk mediasına istinadən xəbər verir ki, iddiaya görə, maddə istifadə etdiyi iddia olunan bir şəxs, yaşayış binasında qonşusu ilə yaşadığı mübahisənin davaya çevrilməsi nəticəsində birlikdə yaşadığı şəxslərə hücum edib

15 dekabr
.

Baş örtüyü ilə üzlərini gizlədən ana və qız evdən qızıl oğurladılar - VİDEO

Adana şəhərində baş örtüyü ilə üzlərini gizlədən ana və qız iki evə daxil olaraq 670 min lirə dəyərində qızıl, zinət əşyası və pul oğurlayıblar. xəbər verir ki, hadisə ilə əlaqədar 3 şübhəlidən Yeter U. tutularaq həbs edilib. Təhlükəsizlik kameraları vasitəsilə müəyyən edilən Yeter U. ittihamları rəd

18 dekabr
.

Bakıda toy karvanında 6 maşın toqquşdu - Video

Bakıda toy karvanında zəncirvari qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb. Qəza nəticəsində 6 avtomobil toqquşub. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hadisə ilə əlaqədar toy karvanlarında hərəkət edən sürücülərə müraciət edib

15 dekabr
.

Bir kişi yol kənarında ölü tapılıb - VİDEO

Biləcikdə Suriya vətəndaşı olan bir kişi yol kənarında ölü vəziyyətdə aşkar edilib. türk mediasına istinadən xəbər verir ki, hadisə ilə bağlı əldə olunan məlumata görə, saat 20:30 radələrində Ertuğrulgazi məhəlləsində, Kent Ormanı Özgen Villaları yolunda yerdə hərəkətsiz uzanan bir şəxsi görən vətəndaşla

17 dekabr
.

Boşanmaq üzrə olduğu həyat yoldaşına cəhənnəm yaşatdı - VİDEO

İstanbulun Kağıthane rayonunda boşanma mərhələsində olduğu həyat yoldaşı tərəfindən bir qadına küçənin ortasında fiziki və silahlı hücum edilib. türk mediasına istinadən xəbər verir ki, hadisə 13 dekabr, şənbə günü saat 14:00 radələrində Çağlayan məhəlləsində baş verib. Əldə olunan məlumata görə, Yağmu

17 dekabr
.

Mirmahmud Mirəlioğlunun 18 yaşlı nəvəsinin meyiti TAPILDI

Sumqayıt şəhərində 30-cu məhəllə ərazisində 18 yaşlı gəncin meyiti aşkarlanıb. "Teleqraf"a istinadən xəbər verir ki, 2007-ci il təvəllüdlü Müşfiq Mirmehdi oğlu Fəttayevin cansız bədəni yaxınları tərəfindən tapılıb. Hadisə barədə dərhal təcili tibbi yardıma məlumat verilsə də, həkiməqədər ölü

17 dekabr