Həddindən çox tərləyənlərin diqqətinə: bu xəstəliyin əlamətidir

Həddindən çox tərləyənlərin diqqətinə: bu xəstəliyin əlamətidirBir çox şəxslərdə mütəmadi olaraq tərləmə problemi olur. Tər ifrazı ən vacib funksiyalardan biri olub orqanizmdən toksinlərin xaric olunmasına və bədən temperaturunun stabil saxlanılmasına yönəlib. Lakin bəzi hallarda havanın hərarəti yüksək olmayanda da tər ifrazı artır. Fəslindən asılı olmayaraq, əllərinin içi, ayaqlar, qolların altı daim tərləyir. Tibdə həmin hal hiperhidroz adlanır. Milli.Az ailem.az-a istinadən problemin yaranma səbəbləri ilə bağlı türkiyəli həkim Erdal Okurun fikirlərini diqqətinizə çatdırır.

Həkim deyir ki, hiperhidroz aşırı dərəcədə tər ifrazı ilə xarakterizə olunan xəstəlikdir. Xəstələr qoltuqaltı, ovuc və pəncə nahiyələrinin, bəzən də ümumilikdə bədənin daim səbəbsiz olaraq tərləməsindən şikayətlənir. Əl və ayaqlar həmişə nəm olur. Xüsusən də xoşagəlməz qoxulu tər ifrazı, yəni osmidroz xəstələrin sosial həyatını çətinləşdirir. Bunun səbəbi bakteriya və göbələklərin nəm dəri üzərində daha tez aktivləşməsidir. Tərin təsiri nəticəsində xəstələrin dərisində bişməcə və dermatitlər yarana bilir: "Həddindən çox tərləmə bütün bədəndə və ya lokal olaraq görülə bilir. Əgər ümumiyyətlə, həddindən çox tərləmə varsa, altında yatan səbəb adətən metabolik, hormonal xəstəlik, yaxud istifadə edilən dərmanlar ola bilər. Əl, ovuc içi, qoltuqaltı, üz ilə ayaqlarda yaranan aşırı tərləmənin altında isə adətən hər hansı bir səbəb olmur. Ancaq bütün bədəndə olan tərləmənin infeksiya, ürək xəstəliklərindən ağciyər problemlərinə qədər bir çox xəstəliyin xəbərçisi ola bilər. Ona görə də belə probleminiz olanda əvvəlcə həkimə müraciət etməlisiniz ki, altında yatan səbəb müəyyən olunsun".

Həkim bildirir ki, klassik dərman müalicələri, bəzi həblər və kremlər müəyyən zaman problemi aradan qaldıra bilər: "Amma lazımi effekti verməməsi həmin üsulların o qədər də yayılmasına səbəb olmur. Daha qalıcı və təsirli müalicə üçün son illər botoks tətbiq olunur. Həddindən çox tərləyən əl və qoltuq altı nahiyələrə gedən simpatik sinirlər blok edilir və tərləmə kəsilir. Bu, təsirli üsul olsa da, qalıcı deyil. İldə 2-3 dəfə təkrar tətbiq olunmalıdır".

E. Okurun sözlərinə görə, bu problemin aradan qalxması üçün ən təsirli yol cərrahi üsuldur: "Endoskopik Torakal Simpatektomiya (ETS) adı verilən və ümumi anesteziya altında aparılan bu əməliyyat hər iki qoltuqaltında 1 sm-lik kiçik kəsimlərdə həyata keçirilir. Video-endoskopla girilərək, sinə boşluğu içində, qol və qoltuqaltındakı tər vəzilərini xəbərdar edən sinirlər kəsilir və ya klipslə əzilərək bloklanır. Ümumi 1 saatdan artıq sürən bu əməliyyat zamanı və sonra xəstə heç bir ağrı hiss etmir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 4499   Tarix: 01 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Niyə vaksin vurdurmazdan öncə insanlardan "COVID-19" analizi götürülmür? - AÇIQLAMA

İnsanlar arasında vaksin vurdurduqdan sonra yoluxanların sayı artmaqda davam edir. Bunu vaksinasiya ilə əlaqələndirənlər var. Düşünürlər ki, məhz vaksin vurdurduqları üçün virusa yoluxublar. Bəziləri isə vaksin vurdurduqda artıq koronavirus xəstəsi olduqlarını güman edirlər. Bəs niyə vaksin vurdurmazda

17 sentyabr 2021
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

17 sentyabr 2021
.

Azərbaycanda daha 34 nəfər vəfat etdi - Koronavirusla bağlı SON VƏZİYYƏT

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 372 yeni yoluxma faktı qeydə alınıb, 4 211 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib. İndiyədə

11 sentyabr 2021
.

Yatmazdan 1 saat əvvəl süd için

Çoxları rahat yata bilməməkdən, yuxusuzluqdan, gecələr tez-tez oyanmaqdan şikayət edir. Yuxu pozuntusunu yaradan səbəblər arasında qidalanma birinci yerdədir. Belə ki, gün ərzində yediklərimiz yuxu rejimini tənzimləyir. Axşam.az-a istinadən xəbər verir ki, insan sağlamlığı üçün yuxu ən önəmli faktordur

15 sentyabr 2021
.

Smartfonu yatağınıza yaxın qoymayın - SƏBƏB

Bir smartfondan gələn radiasiya xərçəng xəstəliyi ilə təhdid edə bilər, buna görə də cihazı uzun müddət başınızın yanında saxlamayın. Bu barədə rusiyalı mütəxəssis Anton Yastrebtsev bildirib. Onun sözlərinə görə, telefonun orqanizmə təsiri mobil rabitənin baza stansiyasından olan məsafəyə mütənasib olara

17 sentyabr 2021
.

Vitamin və minerallarla zəngin QİDALAR

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan -a bildirilib ki, gündəlik qida rasionda super qidaların istehlakına üstünlük verilməs

11 sentyabr 2021
.

Bütün xəstəliklərin çarəsi - Məşhur professorun resepti

Məşhur rusiyalı həkim, sovet dövründə 30 il ərzində kosmonavtların sağlamlığına nəzarət edən professor İvan Neumıvakin qeyri-adi müalicə metodikaları ilə tanınır. -a istinadən bildirir ki, professorun fikrinə görə, xəstəliklərin əksəriyyətinin səbəbi orqanizmin Ph balansının pozulmasıdır. Müasir insanları

9 sentyabr 2021
.

Məşhur alimdən daha bir İNANILMAZ TÖVSİYƏ: Ağsaqqallar zeytun yağı içərsə...

a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Aydın şəhərində keçirilən "Zeytun Yağı Günləri" proqramında qonaq olan professor Canan Karatay deyib. Aydın Böyükşəhər bələdiyyə sədri Özlem Çerçioğlu ilə fincana zeytun yağı töküb içən kardioloq bildirib ki, zeytun yağı təbiətin bəxş etdiy

16 sentyabr 2021
.

Ağıl dişi problemi - Kökündən çıxartmaq, yoxsa müalicə?

Stomatoloqların baş bəlası olan "Ağıl dişi" mövzusu hələ də mübahisəlidir:çünki bir çoxları onları lazımsız artıq bilib çəkdirməyi, digərləri isə saxlamağı vacib sayır. dişlərin içində ən çətini olan müdriklik dişləri haqqında pasiyentləri maraqlandıracaq 3 əsas məsələyə aydınlıq gətirir. Müdrikli

17 sentyabr 2021