Vəfat edən qalmaqallı deputat Astan Şahverdiyev kimdir?

Vəfat edən qalmaqallı deputat Astan Şahverdiyev kimdir?Milli Məclisin Cəbrayıldan seçilən deputatı Astan Şahverdiyev ara-sıra mətbuata verdiyi açıqlamaları ilə qalmaqallara səbəb olur.

Bundan əvvəl Rusiyada işləyən azərbaycanlıları "otxod" adlandırmaqla ölkədə böyük əks-səda doğuran deputat yenidən mətbuatın və sosial şəbəkə istifadəçilərinin tənqid hədəfinə tuş gəlib. Buna səbəb onun avqustun 3-də Bakıda iki nəfərin ölümü, iki nəfərin ağır yaralanması ilə nəticələnən qəzada baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevi müdafiə etməsidir.

Vəziyyət artıq həddə çatıb ki, Şahverdiyevin sərgilədiyi mövqe, səsləndirdiyi fikirlər onun deputat həmkarlarını da qəzəbləndirib.

Milli Məclisin İntizam komissiyasının sədri Ağacan Abıyev bildirib ki, həmkarı Astan Şahverdiyevin deputat mandatı əlindən alına bilər.

"İntizam Komissiyası onu deputatlıq mandatından məhrum edə bilər. Komissiya bu məsələyə baxdıqdan sonra görsə ki, Astan Şahverdiyevin bu çıxışı heç bir çərçivəyə sığmır, sözsüz ki, Astan Şahverdiyev deputat mandatını itirəcək" - A.Abıyev açıqlamasında deyib.

Sosial şəbəkələrdə də Şahverdiyevin deputat mandatından məhrum edilməsi təklif olunur.

Qalmaqallara səbəb olan Astan Şahverdiyev kimdir? O, indiyədək hansı fəaliyyətlə məşğul olub?

-Şahverdiyev Astan Nüşrəvan oğlu 15 fevral 1947-ci ildə Fizuli şəhərində anadan olub. 1964-cü ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kənd orta məktəbini bitirib. Həmin ildə Azərbaycan Neft və Kimya İnstitutuna qəbul olub və 1970-ci ildə İnstitutu bitirib. 1972-1974-cü illərdə hərbi xidmətdə olub. 1978-ci ildə Azərbaycan Texniki Universitetinin aspiranturasına daxil olub və 1981-ci ildə İstilik fizikası üzrə namizədlik dissertasiyası müdafiə edib. 1982-ci ildə müsabiqə yolu ilə Azərbaycan Texniki Universitetinin "İstilik texnikası və istilik qurğuları" kafedrasına assistent vəzifəsinə seçilib.

Şahverdiyev elmi fəaliyyətimi davam etdirərək 1992-ci ildə Moskva Energetika İnstitutunda doktorluq dissertasiyası müdafiə edib, texnika elmləri doktoru alimlik dərəcəsi və 1994-cü ildə professor elmi adı alıb. 1995-ci ildə Nyu-York elmlər akademiyasının həqiqi üzvü seçilib.

2001-ci ildə Azərbaycan Texniki Universitetinin "İstilik və soyuqluq texnikası" kafedrasının müdiri vəzifəsinə seçilib. Dünyanın aparıcı jurnallarında ingilis, türk və rus dillərində çap olunmuş 300-dən çox elmi əsərin, o cümlədən Moskva və Londonda çap olunmuş 5 monoqrafiyanın, 2 ixtiranın, 10 dərslik və dərs vəsaitinin müəllifidir. Elmi rəhbərli altında 9 namizədlik və 3 doktorluq dissertasiyası müdafiə olunub.

1998-ci ildən 2003-cü ilə kimi Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit və İnkişaf Proqramının Azərbaycan ofisində koordinator vəzifəsində işləyib. 2004-cü ildən UNESCО-nun EURONETRES bərpa olunan enerji resursları üzrə işçi qrupun və idarəedici Komitənin üzvüdür. Avropa ölkələri universitetləri üçün nəzərdə tutulan "Günəş enerjisi" dərsliyinin müəlliflərindən biridir.

ABŞ, Kanada, Hindistan, Misir, İsveçrə, Almaniya, İngiltərə, İtaliya, Şotlandiya, Portuqaliya, Çin, Rusiya, Türkiyə, Slovakiya, Yunanıstan, Özbəkistan, Belarus, Ukrayna, Fransa və s. ölkələrdə keçirilən Beynəlxalq konfrans, simpozium və assambleyalarda məruzələrlə çıxış edib.

Azərbaycan Texniki Universitetinin nəzdində fəaliyyət göstərən Doktorluq Müdafiə Şurasının sədr müavini və bir neçə il Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü olub.

Elm sahəsində Z. Tağıyev adına mükafatın laureatıdır. İngilis və rus dillərini bilir.

2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü, 2005-ci ildən isə Milli Məclisin deputatıdır.

Evlidir. 2 övladı var.

Qeyd edək ki, A. Şahverdiyev bu gün səhər saatlarında Qusar rayonunda dünyasını dəyişib.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 3744   Tarix: 15 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Azərbaycan ilə Çexiya arasında münasibətlər son illərdə dinamik inkişaf yolu keçib" - DEPUTAT

"Azərbaycan ilə Çexiya arasında münasibətlər son illərdə dinamik inkişaf yolu keçmişdir. Prezident İlham Əliyevin 2026-cı il 27 aprel tarixli bəyanatı bu münasibətlərin məzmun və mahiyyət baxımından daha da zənginləşdiyini göstərir. Müasir dövrdə enerji təhlükəsizliyi beynəlxalq siyasətin əsas istiqamətlərində

28 aprel
.

İlham Əliyevdən Ələt azad iqtisadi zonası ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Ələt azad iqtisadi zonasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadən xəbər verir. Sərəncama əsasən, "Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında" Azərbaycan Respublikas

24 aprel
.

İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM

1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək. -a istinadən xəbər verir ki, Prezident İlham Əliye

24 aprel
.

General Bərxudarov 50-yə çatdı!

Aprel döyüşləri və 44 günlük Vətən müharibəsinin komandanlarından biri - general-leytenant Mais Bərxudarovun doğum günüdür. "Qafqazinfo" xəbər verir ki, general Bərxudarovun 50 yaşı tamam olur. 18 yaşından ordu sıralarına daxil olan Mais Bərxudarov bu yaşa qədər bir sıra məsul vəzifələrdə xidmə

20 aprel
.

Prezident: "Çexiya ilə çox fəal siyasi dialoqumuz var"

"Bu, (Çexiyanın baş nazirinin səfəri - re.) iki ölkə arasındakı əlaqələrin dinamik şəkildə inkişafını göstərir. Bizim çox fəal siyasi dialoqumuz var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Çexiyanın Baş naziri Andrey Babişlə mətbuata bəyanatında söyləyib. "B

27 aprel
.

"Dövlət başçımızın uzaqgörən siyasəti Azərbaycanın beynəlxalq aləmdəki mövqeyini daha da gücləndirir" - DEPUTAT

"Türkiyədə keçirilən dünyanın ən genişmiqyaslı diplomatiya platformalarından biri olan Antalya Diplomatiya Forumu beynəlxalq münasibətlər, regional təhlükəsizlik və qlobal əməkdaşlıq məsələlərinin müzakirə olunduğu mühüm platformalardan biri hesab olunur". Bu sözləri -a Milli Məclisin deputat

20 aprel
.

Azərbaycanın beş gəmisi Avropa İttifaqının sanksiya siyahısından çıxarıldı - FOTO

Avropa İttifaqı Şurasının 23 aprel 2026-cı il tarixli müvafiq qərarı ilə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə (ASCO) məxsus "Zaqatala" gəmisi, eləcə də ASCO ilə SOCAR-ın birgə müəssisəsinə məxsus "Şuşa", "Qarabağ", "Xankəndi" və "Zəngəzur"

24 aprel
.

"Bu görüş Azərbaycan-Latviya münasibətlərinin yeni mərhələyə keçidini göstərən mühüm siyasi hadisədir" - AÇIQLAMA

"Aprelin 22-də İlham Əliyev ilə Edqars Rinkeviçs arasında Bakıda keçirilən görüş Azərbaycan-Latviya münasibətlərinin yeni mərhələyə keçidini göstərən mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər. Bu təmas, ilk növbədə, iki ölkə arasında siyasi dialoqun intensivləşdirilməsi və qarşılıqlı etima

23 aprel
.

İlham Əliyev: "Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir"

"Hərbi-texniki əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı və burada da çox böyük perspektivlər var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenski ilə mətbuata bəyanatında bildirib. "Həm Azərbaycanda, həm də Ukraynada hərb

25 aprel