"Bu görüş Azərbaycan-Latviya münasibətlərinin yeni mərhələyə keçidini göstərən mühüm siyasi hadisədir" - AÇIQLAMA
"Aprelin 22-də İlham Əliyev ilə Edqars Rinkeviçs arasında Bakıda keçirilən görüş Azərbaycan-Latviya münasibətlərinin yeni mərhələyə keçidini göstərən mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər. Bu təmas, ilk növbədə, iki ölkə arasında siyasi dialoqun intensivləşdirilməsi və qarşılıqlı etimad mühitinin daha da möhkəmləndirilməsi baxımından diqqət çəkir".
Bu sözləri Sonxeber.az-a politoloq Tural İsmayılov danışıb.
O, açıqlamasında qeyd edib ki, Latviya Avropa İttifaqının üzvü kimi Azərbaycanın Avropa ilə əlaqələrinin genişlənməsində körpü rolunu oynaya bilər:
"Xüsusilə enerji təhlükəsizliyi, nəqliyyat-logistika marşrutları və rəqəmsal transformasiya sahələrində əməkdaşlıq perspektivləri real və praktik xarakter daşıyır. Bakı-Riqa xəttində əlaqələrin güclənməsi Orta Dəhlizin funksionallığını artırmaqla yanaşı, Azərbaycanın Avropa bazarlarına çıxış imkanlarını da genişləndirə bilər.
Digər tərəfdən, bu görüş regional kontekstdə də əhəmiyyətlidir. Baltik regionu ilə Cənubi Qafqaz arasında əməkdaşlığın dərinləşməsi geosiyasi balansın şaxələndirilməsinə xidmət edir. Azərbaycan üçün bu, yalnız iqtisadi deyil, həm də siyasi manevr imkanlarının artması deməkdir. Latviya isə Azərbaycan vasitəsilə Xəzər hövzəsi və Mərkəzi Asiya ilə daha aktiv əlaqə qurmaq imkanı əldə edir.
Ümumilikdə, görüş göstərir ki, Bakı çoxtərəfli və balanslaşdırılmış xarici siyasət kursunu davam etdirir. Bu yanaşma isə həm regional sabitliyə töhfə verir, həm də Azərbaycanın beynəlxalq mövqelərini daha da gücləndirir".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?
"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi
Kəmaləddin Heydərov Biləsuvarın rəisini vəzifəsindən azad etdi
Azərbaycan milli geyim mədəniyyətində xüsusən, qadın baş örtüyü əsrlər boyu xüsusi estetik, fəlsəfi və milli məna daşımışdır
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ifadə verdi: "Mənə bıçaqla hücum edib döydülər"
Bəhruz Quliyev: "Kəlağayı Azərbaycan qadınının milli kimliyi və dünyəvi mədəniyyətimizin rəmzidir"
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
İlk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Məktəb direktorunun maşınını yandıran həbs edildi - Video
136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət aldı
Sergey Lavrov Bakıya gəldi
"Roşka" ləqəbli tiktokerə hökm oxundu