Maksimum lif verən 1 nömrəli səhər yeməyini açıqlandı

Maksimum lif verən 1 nömrəli səhər yeməyini açıqlandıYulafdan əlavə, liflə zəngin və asan hazırlanan başqa bir səhər yeməyi də var - çia toxumu pudinqi.

Qaynarinfo xəbər verir ki, bu barədə "EatingWell" platformasında qeyd edilir.

Qeyd olunur ki, bu yemək yalnız bir neçə inqrediyentdən ibarətdir və onun dadını şəxsi zövqə uyğun dəyişmək mümkündür. Əlavə üstünlüyü isə əvvəlcədən, axşamdan hazırlanabilməsidir. Diyetoloq və resept müəllifi Makkenzi Berjess bu səhər yeməyinin 4 əsas üstünlüyünü açıqlayıb.

1. Yüksək miqdarda lif

ABŞ Kənd Təsərrüfatı Departamentinin məlumatına görə, 30 qram çia toxumunda təxminən 10 qram lif var ki, bu da gündəlik normanın təxminən 36 faizinə bərabərdir. Meyvələr əlavə edildikdə lif miqdarı daha da artır.

Çia toxumunda olan lifin böyük hissəsi həll olunan lifdir və bağırsaqda gelə bənzər kütlə əmələ gətirir. Bu isə həzmi yavaşladır və toxluq hissini uzadır.

Həkim və diyetoloq Vendi Bazilianın sözlərinə görə, aparılan araşdırmalar bu gelvari strukturun bağırsaq fəaliyyətini tənzimlədiyini və yeməkdən sonra toxluq hissini gücləndirdiyini göstərir. "Molecules" jurnalında dərc edilən tədqiqatda çia toxumunun qlükozanı daha yavaş buraxan karbohidrat formasına çevirdiyi və toxluq hissini uzatdığı qeyd olunur.

2. Omeqa-3 yağ turşuları

Çia toxumu bitki mənşəli ən zəngin omeqa-3 mənbələrindən biridir. Xüsusilə alfa-linolenik turşu (ALA) ilə zəngindir. Orqanizm bu turşunu EPA və DHA kimi digər omeqa-3 formalarına çevirə bilir.

"Advances in Nutrition" jurnalında dərc edilən araşdırmaya əsasən, ALA iltihabı azalda, xolesterini tənzimləyə və ürək-damar xəstəlikləri riskini aşağı sala bilər. 28 qram çia toxumunda təxminən 5 qram ALA olur ki, bu da gündəlik normanı əhəmiyyətli dərəcədə qarşılayır.

3. Asan hazırlanır

Çia pudinqi ən sadə səhər yeməklərindən biri hesab olunur. Sadəcə toxumu süd və ya bitki mənşəli içki ilə qarışdırıb bir neçə saat və ya gecə boyunca soyuducuda saxlamaq kifayətdir. Bu müddətdə toxum mayeni udur və kremvari tekstura yaranır.

Hazırlanan qarışıq soyuducuda üç günə qədər saxlanıla bilər, bu da onu əvvəlcədən porsiyalara bölmək üçün əlverişli edir.

4. Zövqə uyğunlaşdırıla bilir

Bu səhər yeməyinin əsas üstünlüklərindən biri də çox yönlü olmasıdır. Baza reseptə müxtəlif əlavələr etmək mümkündür.

Banan, giləmeyvə və ya şaftalı kimi meyvələr, badam, fıstıq və qoz kimi quru meyvələr, həmçinin darçın, kakao və ya fıstıq yağı əlavə etməklə dad və qida dəyəri artırıla bilər.

Qidalanmada liflə bağlı digər tövsiyələr

Mütəxəssislər gündəlik lif normasının yaş və cinsə görə 25-38 qram arasında olduğunu bildirirlər. Lif yalnız səhər yeməyində deyil, gün ərzində mütəmadi şəkildə qəbul edilməlidir.

Qidalanma mütəxəssisi Vendi Bazilianın sözlərinə görə, gün ərzində kiçik, davamlı lif qəbulu həzm sistemi, qan şəkərinin tarazlığı və toxluq hissi üçün daha faydalıdır.

Lif qəbulunu artırmaq üçün tövsiyələr:

* Çia, kətan, çətənə və balqabaq toxumlarını salat, yoqurt və smuzilərə əlavə etmək
* Tam taxıllı məhsullara üstünlük vermək (kinoa, qəhvəyi düyü, bulqur və s.)
* Meyvə və tərəvəzləri qabıqlı şəkildə yemək
* Paxlalı bitkiləri (mərcimək, noxud, lobya) rasiona daxil etmək

Mütəxəssislər bildirirlər ki, bu qidalar həm lif, həm də bitki mənşəli zülal baxımından zəngindir və gündəlik rasionu asanlıqla zənginləşdirir.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1097   Tarix: 27 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Beyin üçün zərərli qidalar açıqlandı

Düzgün qidalanmamaq beyində iltihabı proseslərə, yaddaş pozulmasına və digər əqli problemlərə gətirib çıxara bilər. Buna yol verməmək üçün, ilk növbədə şəkər tərkibli məhsulların istifadəsini azaltmaq vacibdir. Lakin şəkərdən imtina etmək də olmaz. Belə ki, bu, əqli imkanların zəifləməsi və hətta qısamüddətl

17 sentyabr 2021
.

Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq

COVID-19-u yarım saatdan az müddətdə yüksək dəqiqliklə aşkar edə biləcək cihaz hazırlanıb. İxtiranın müəllifi Rusiya Federal Tibbi və Bioloji Agentliyinin (FTBA) Fiziki və Kimya Tibb İnstitutundan olan rusiyalı mütəxəssislərdir. Bildirilir ki, cihaz virus antigeninin varlığını 27 dəqiqədə aşkarlayır

8 sentyabr 2021
.

Hər kəs vaksin vurdursa, pandemiya bitəcək? - AÇIQLAMA

Digər ölkələrlə yanaşı, Azərbaycanda da vaksinasiya prosesi davam edir. İnsanların bir çoxu vaksin olunduqdan sonra pandemiyanın bitəcəyinə ümid etsələr də, bir müddət əvvəl ÜST açıqlama vermdi ki, vaksinasiya prosesi bitəndən sonra belə, virusu tam şəkildə məğlub etmək mümkün olmayacaq. Bəs vaksinasiy

14 sentyabr 2021
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

15 sentyabr 2021
.

Koronavirusun simptomları dəyişdi

Böyük Britaniyadan verilən son hesabata əsasən, peyvənd edilən insanlarda koronavirusun fərqli simptomları onların dəyişdiyini göstərir. Burun axması, baş ağrısı, asqırma, boğaz ağrısı və qoxu itkisi son dövrün ən çox görülən 5 simptomu arasındadır və mütəxəssislər bu simptomları olan insanların peyvən

14 sentyabr 2021
.

Goji cavanlaşdırıcı kremi ilə cavanlaşın!

Çökmə (Göz Qapaqları). Genetik və ya yaşlanmağa bağlı olaraq göz qapaqlarının çökmüş olması və göz uçurumun daha diqqətə çarpan hala gəlməsi xəstəni daha yaşlı və əsəbi göstərməkdədir. Bu xəstələrdə Goji Kremi ilə xəstənin baxışları daha gənc və canlı hala gətirmək mümkündür. Üzdə Boşalma və sallanmalar

13 sentyabr 2021
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -ya istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

12 sentyabr 2021
.

Son sutkada peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus əleyhinə 52 386 vaksin vurulub. Bu barədə -a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 108, ikinci mərhələ üzrə 34 278 nəfərdir. Vaksinlərin ümumi sayı 7 609 940, birinci mərhələ üzrə vaksinasiy

12 sentyabr 2021
.

Bronxlarda olan problemlər üçün sınanmış məcun

Məhsul Haqda Ətraflı. Yuxarı tənəffüs yollarının xəstəliklərindən daha çox bronxitlər, faringit, bronxial. astma, laringit və kəskin respirator virus infeksiyalarıdır. Bronxların qıcıqlanması,. tez-tez bəlğəmin xaric olunması, təngənəfəslik, boğulma hissi və xüsusilə gecələr. baş verən öskürək tutmalar

17 sentyabr 2021