Gəncədə ''Lotu Quli'' və Lənkəranskinin qruplaşmasının qanlı davası - GİZLİ VİDEO ÜZƏ ÇIXDI

Gəncədə ''Lotu Quli'' və Lənkəranskinin qruplaşmasının qanlı davası - GİZLİ VİDEO ÜZƏ ÇIXDIKriminal qruplaşmalar arasında baş vermiş kütləvi davanın aylardır gizli saxlanılıan görüntüləri üzə çıxıb. Qanlı dava 2018-ci il fevralın 7-də ''Qızıl ev'' may evində Rövşən Lənkəranski və Lotu Quluya yaxın qruplaşmalar arasında baş verib.

Dava baş verən kafenin sahibi Gülnar İbadova Criminal.az saytına açıqlamasında bildirdi ki, ''Qızıl ev'' restoranında baş verən davadan hər kəs xəbərsizdir: ''Bu haqda nə daxili işlər naziri Ramil Usubova, nə də Baş Prokuror Zakir Qaralova məlumat çatdıra bilirəm. Bir müddət əvvəl mənə məxsus ''Miraj'' çay evində dəhşətli dava olmuşdu. Həmin hadisə ictimailəşdi. ''Qızıl ev''də baş verənlərdən isə insanlar xəbərsizdir. Hadisəyə gəlincə, Gəncədə Rövşənçi və Quluçular iki qruplaşmaya bölünüb. Hər iki qruplaşma arasında münaqişə yaranmışdı. 25 nəfər arasında kütləvi dava olub. Armaturla, küqabı ilə bir-birini qana bulaşdırdılar. Dava zamanı obyektimə 8 min manat ziyan dəydi, ancaq heç nə istəmirəm. Amma məni rahat buraxsınlar''.

G.İbadova deyir ki, dava edən tərəflərdən biri ona problem yaradır: ''İstəkləri odur ki, davanın video görüntüsünü siləm. Evimə girib altını üstünə çeviriblər, maşınımı Rusiya nömrəli avtomobil vurub. Polisə deyirəm, bildirir ki, başqa ölkənin nömrəsi olan maşını necə tapım. Valideynim prokurorluğa mənim həyatımın təhlükədə olması ilə bağlı şikayət etdi. Prokurorluq araşdırma aparanda məlum oldu ki, həmin dava sənədləşdirilməyib. Prokurorluq polisi silkələyəndən sonra ərazi Kəpəzin olsa da, Nizami Polis Şöbəsinə bir neçə nəfəri aparıb saxladılar. Sonra ümumilikdə 45 min manat alaraq sərbəst buraxıblar. Hazırda çox böyük narahatlıq keçiriəm. 25 nəfərin qanı gedib, polis deyir xəbərim yoxdu. Polisə videonu təqdim edirəm, əməliyyatçı Xanlar, əqməliyat üzrə rəis müavini Müqabil Abdiyev yaxın durmur. İşi bağlayanlar Müqabil Abdiyev, rəis Faiq Şabanovun qardaşı İlqardır. Gəncə polisi bu günə düşməzdi. Ramil Usubovun bundan xəbəri yoxdu, özüm də polisdə xidmət göstərmişəm. Kimsə kiməsə bir şillə vurusa, canın alırlar. Bu hadisə isə göz yumurlar. Hazırda prokurorluq cinayətişi başlayıb, yenidən polisə göndərib. Gəncədə polislə kriminal aləm o qədər dostlaşınb ki, vətəndaşları razı sala bilmirlər''.

G.İbadova qrpulaşmalar arasındakı davanın necə baş verməsindən də danışdı: ''Bu qruplar olan yeri od yandırır. Bu il fevralın 7-də Rövşən Lənkəranskinin qruplaşmasının üzvü mənim kafemdə istirahə etdirmiş. Ayaqyoluna düşüb. Onun ayaqyolunun qapısını bağlamamağını mübahisəyə çevirdilər. Razborka 3 gün davam etdi, həmin oğlana 18 min tavan qoyuldu.

Quluçu hesab olunan ''Ramoş'' ləqəbli Bəhrama dedim ki burda belə davalar etməyin. Həmin günü gedib Xanlarda 30 nəfərin iştirakı ilə dava etdilər. Bu söhbət mənim obyektimdəki davadan 12 gün qabaq olub. Fevralın 7-də isə Ramoş Rövşənçi hesab olunan Mirağaya söyüş söydü. O da gedib öz dəstəsini gətirdi. Videoda 28 nəfərin görüntüsü var. Bir nəfərin başın partlatdılar. Dava barədə polisə məlumat verdim, amma kitaba salmadılar. Ondan sonra dedim ki, özləri bilər. 7 il günə-gün Gəncənin keçmiş rəisi general Rasim Musayevin yanında əməliyat üzrə inspektor işləmişəm, amma belə şey görməmişəm''.

G.İbadova qanlı davanın görüntülərini Criminal.az-a təqdim edib:


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 3616   Tarix: 29 may 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ərini öldürən qadına və sevgilsinə AĞIR CƏZA

Sevgilisi ilə birlikdə ərini öldürməkdə təqsirləndirilən Leyla Abbasovanın və Zahir Soltanovun cinayət işləri üzrə məhkəmə prosesi yekunlaşıb. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən son iclasda hökm oxunub, Leyla Abbasova 15 il, Zahi

16 aprel
.

Azərbaycanda qadın tiktoker insan alverinə görə HƏBS OLUNDU

Sosial şəbəkələrdə "Enoor" adı ilə tanınan Elnar Quliyeva cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"ya istinadla xəbər verir ki, o, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb. Elnar Quliyevaya qarşı Cinayə

11 aprel
.

70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu

İstanbul Hava Limanında 70 kiloqram qaçaqmal qızılla tutulan polkovnik-leytenant Qəhrəman Məmmədov barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılmış cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində keçirilən iclasda hökm oxunub

27 aprel
.

Əhməd Əhmədov tibb müəssisəsindən azadlığa buraxılıb? - RƏSMİ

"Bəzi sosial şəbəkə subyektləri tərəfindən 13.02.2024-cü il tarixdə paytaxtın Xətai rayonunda 5 nəfər ailə üzvünü qəsdən öldürmüş Əhməd Əhmədovun saxlanıldığı tibb müəssisəsindən azad olunması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb". xəbər verir ki, bu barədə Baş Prokurorluq məluma

21 aprel
.

Yanğın təhlükəsi olan mağaza bağlandı - Video

Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər küçəsi, 2 ünvanında fəaliyyət göstərən topdansatış mağazasında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Məlumata görə, mağazada aşağıdak

30 aprel
.

Gəncədə məktəbdə şagirdin bıçaqlandığı hadisənin TƏFƏRRÜATI

Gəncədə məktəblilər arasında baş verən bıçaqlanma hadisəsinin bəzi təfərrüatı məlum olub. Bu barədə -ə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, aprelin 29-da Gəncə şəhər 9 nömrəli məktəbin iki şagirdi arasında məktəbdənkənar ərazidə mübahisə yaşanıb:. "Mübahis

30 aprel
.

Bakıda ər-arvad bıçaqlandı - 18 yaşlı övladları tutuldu

Bu gün səhər saatlarında paytaxtın Binəqədi rayonunda ər və arvadı bıçaqlanıb. -a istinadən xəbər verir ki, Biləcəri qəsbəsində yerləşən mənzildə 1971-ci il təvəllüdlü kişiyə və 1978-ci il təvəllüdlü həyat yoldaşına bıçaqla xəsarət yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən, xəsarət alan şəxsləri

2 aprel
.

Hamlet Musayevin qızı həbs edildi

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin sabiq rəis müavini Hamlet Musayevin qızı həbs edilib. "Qafqazinfo"ya istinadla xəbər verir ki, M.Musayeva bir nəfərin yarım milyon manatdan çox pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur. İlkin ittihamda yazılıb ki, M.Musayev

22 aprel
.

21 yaşlı oğlan sosial şəbəkədə əxlaqsız təkliflərinə görə - Həbs olundu

Sosial şəbəkələrdə intim xidmətlər təklif edən şəxs inzibati məsuliyyətə cəlb olunub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, paytaxtda yaşayan İsmayıllı rayon sakini 2005-ci il təvəllüdlü M.Məmmədovun (şərti) "TikTok" və instaqramda cinsi azlığı və əxlaqsızlığı təbliğ edən videola

13 mart