Hamlet Musayevin qızı həbs edildi
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin sabiq rəis müavini Hamlet Musayevin qızı həbs edilib.
Sonxeber.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, M.Musayeva bir nəfərin yarım milyon manatdan çox pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur.
İlkin ittihamda yazılıb ki, M.Musayeva əvvəldən tanıdığı Ü.Quliyevanı iş görmək vədi ilə aldadıb. Bu məqsədlə əlbir olduğu digər şəxslərlə birlikdə zərərçəkmişdən ümumilikdə 610 min manat pul alıb.
Ü.Quliyevanın polis idarəsinə şikayətindən sonra istintaq başlanılıb.
Şikayətçinin sözlərinə görə, M.Musayeva qanunsuz fəaliyyətlə məşğul olarkən yüksək vəzifədə çalışan yaxın qohumlarının adlarından istifadə edib. Bu isə zərərçəkmiş şəxsdə əlavə inam yaradıb.
Təqsirləndirilən şəxs əvvəlcə istintaqdan yayınsa da, qısa müddətdə polis əməkdaşları tərəfindən tutulub.
Ona Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb, məhkəmənin qərarı ilə barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Hazırda təqsirləndirilən şəxsə qarşı başqa şikayətçilərin də olduğu bildirilir.
Qeyd edək ki, M.Musayevanın atası Hamlet Musayev uzun illər ədliyyə sistemində fəaliyyət göstərib. O, bir müddət Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəis əvəzi vəzifəsini də icra edib.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 931 Tarix: 22 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qobustanda ağır qəza - 27 yaşlı sürücü öldü
Dünən saat 23 radələrində Qobustan rayonunun Təklə kəndi ərazisində ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb. Nəticədə, sürücü 27 yaşlı Emil Əmralıyev hadisə yerində ölüb. Araşdırma aparılır
8 avqustProkurorluq İlkini toyda öldürən şəxsə verilən cəzaya etiraz etdi
Ağdaşda yerləşən "Səma" şadlıq sarayında 1996-cı il təvəllüdlü İlkin İsgəndərlini qətlə yetirən Qadir Məmmədova verilən cəza narazılığa səbəb olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, dövlət ittihamçısı Şəki Ağır Cinayətlər Məhkəməsinin 1970-ci il təvəllüdlü Q.Məmmədovun 10 i
15 sentyabr21 yaşlı gənc ürəyindən bıçaqlandı - Hərbçi saxlanıldı-Yenilənib
Ağstafa sakini ürəyindən bıçaqlanıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Qırılı kəndi ərazisində qeydə alınıb. Belə ki, 2005-ci il təvəllüdlü Ayxan Budaqlı ürək nahiyəsindən bıçaqlanıb. Adıçəkilən şəxs xəstəxanaya yerləşdirilib. Hadisənin hansı şəraitdə və kim tərəfindən törədilməs
14 iyulBakıda 1 ildir yoxa çıxan qadın qətlə yetirilibmiş - Oğlu tutuldu
Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən birgə və koordinasiyalı şəkildə aparılmış kompleks istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il itkin düşmüş, 1954-cü il təvəllüdlü Timofeyeva Lyudmila Veniaminovnanın qəsdən öldürülməsi müəyyə
11 avqustƏvvəl bacısını, sonra özünü bıçaqladı
Bakıda bacı və qardaşı bıçaq xəsarətləri alıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 16 radələrində Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində qeydə alınıb. 1990-cı il təvəllüdlü Rəfael Səfərəli oğlu Qurbanov və 1992-ci il təvəllüdlü bacısı Sura Qurbanova bıçaq xəsarətləri ilə Sabunç
2 sentyabrƏrini öldürüb basdırdığı yerdə güllər əkmişdi - 12 il həbs verildi
Ərini öldürməkdə ittiham olunan Elmira Əliyevanın məhkəmə prosesi başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Səbinə Məmmədzadənin sədrlik etdiyi məhkəmə kollegiyası qənaətə gəlib ki, xanım müttəhimə verilmiş ittiham təsdiqin
11 sentyabrHavvaxanım Rüstəmovaya hökm oxundu
"Moon Kids" Uşaq Bağçasının külli miqdarda dələduzluqda ittiham olunan direktoru Havvaxanım Rüstəmovanın iki ildən çoxdur davam edən məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Hökmə əsasən, ev dustaqlığınd
16 sentyabrUniversitetdə təmir işləri görərkən qəfil öldü
Mingəçevirdə usta iş yerində qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə avqustun 17-si saat 08 radələrində Mingəçevir Dövlət Universitetinin inzibati binasında baş verib. Şəhər sakini 1983-cü il təvəllüdlü Ruslan Tərlan oğlu Seyidzadə usta işlədiyi Dilarə Əliyeva küçəsində yerləşə
18 avqustGədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açıldı
Gədəbəy rayonunda 1992-ci ildə törədilən qətlin üstü açılıb. "Qafqazinfo" xəbər verir ki, rayonun Çayrəsullu kənd sakini Şahbaz Məmmədovu ağac parçası ilə döyərək qətlə yetirməkdə şübhəli bilinən onun oğlu, 59 yaşlı Polad Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma davam etdirili
31 avqust