Kökəlməyə meyillisən? Gül kələmi ye, gül kimi ol!

Kökəlməyə meyillisən? Gül kələmi ye, gül kimi ol!Gül kələm sağlamlıq üçün ən faydalı qidalardan biridir. Türkiyəli həkim Ayça Kaya da onun məhz yararlı xüsusiyyətlərindən danışıb.

Həkimin məsləhətlərini təqdim edirik:

Doktor Ayça Kaya kökəlməyə meyilli olanlara həftənin 3 günü gül kələm yeməyi tövsiyə edir.

"Qış mövsümündə günlərin qısalması, havanın soyuması, eyni zamanda hərəkətsizlik də maddələr mübadiləsinin sürətini azaldır. Ona görə də insan daha tez kökəlir. Bunun qarışısını almaq üçün qidalanma rejimimizdə bir az dəyişiklik etməliyik. Qoxusuna və köp yaratdığına görə o qədər də sevilməyən gül kələminin faydalarından mümkün olduğu qədər çox yararlanmalıyıq".

Həkimin sözlərinə görə, gül kələmi bel və qarın bölgəsindəki yağları əritmək üçün ən effektli qidadır:

"Bel və qarın bölgəsindəki piylərdən xilas olmaq istəyirsinizsə, həftədə ən az 3 gün gül kələmi yeyin. Liflə zəngin olduğu üçün mədəni doldurur və toxluq hissi yaradır. Süfrəyə oturan kimi əvvəlcə gül kələmindən hazırlanan salatı, xörəyi və ya şorbanı yeyin. Beləliklə, tez doyacaq, daha yemək istəməyəcəksiniz. Nəticədə az kalori alacaqsınız".

Gül kələmin C vitamini və fol turşusu ilə zəngin olduğunu vurğulayan Ayça Kaya bu vitaminlə turşunun da arıqlamağa kömək etdiyini deyir:

"C vitamini və fol turşusu maddələr mübadiləsinin az da olsa, sürətlənməsinə kömək edir. O təkcə arıqlatmır, həm də sağlamlıq üçün olduqca faydalıdır. Gül kələmində kalium və indol‐3 adlı maddə var. Bunlar döş, mədə, yoğun bağırsaq xərçənginə qarşı qoruyucu funksiya daşıyır".

Həkim deyir ki, gül kələmi həm də qan azlığı və təzyiq üçün faydalıdır:

"Dəmir mineralı ilə zəngin olan bu tərəvəz qan azlığına qarşı da təsirlidir. Halsızlığın və yorğunluğun qarşısını alır. Qan təzyiqini stabil saxlayır. Ürək-damar xəstəliklərinə yaxalanma riskini azaldır. Sümük və diş sağlamlığı üçün əhəmiyyətlidir.

Tərkibindəki antioksidantlar sayəsində hüceyrələri təmizləyir, immunitet sistemini gücləndirir".

publika.az


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 2165   Tarix: 04 noyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Vazelinin bilmədiyimiz FAYDALARI

İstər gözəllikdə, istərsə də həyati problemlərdə Vazelinin bilmədiyimiz 20 fərqli istifadə qaydası mövcuddur. həmin faydaları təqdim edir:. - Təraşdan sonra dərinizi yumşaldır. - Gözəl dodaqlar üçün çox effektiv təsir vasitəsidir. - Bədəninizin günəşdə qaralmayan hissələrinə, xüsusilə dizlərinizin arxasın

16 may
.

Yayda vitamin D qəbuluna ehtiyac varmı? - Həkimdən vacib açıqlama

Vitaminin həddindən artıq qəbulu orqanizmə ciddi zərər verə bilər, buna görə normanı aşmaq olmaz. Yay aylarında elə görünür ki, günəş işığı orqanizmin vitamin D ehtiyacını tam qarşılayır. Bəs həqiqətən günəş çatışmazlığın qarşısını alırmı və yayda belə kimlər əlavələri qəbul etməyə davam etməlidir?

24 may
.

İnfarktdan əvvəl ürək necə ağrıyır, nəyi bilmək vacibdir?

Ürək tutmaları dünyada vaxtından əvvəl ölümün ən çox yayılmış səbəblərindən biridir. Həkimə vaxtında müraciət etmək çox vaxt həyatınızı xilas edə bilər. -ın xarici mediaya istinadən xəbərinə görə, həkimlər müntəzəm olaraq ürək sağlamlığınıza qayğı göstərməyin vacibliyini vurğulayırlar: balanslı qidalanma

24 may
.

Günəbaxan toxumu, yoxsa qoz: Beyin sağlamlığı üçün hansı daha faydalıdır?

Günəbaxan tumu və qoz beyin sağlamlığına və ümumi orqanizm fəaliyyətinə faydalı olan yüksək qidalı məhsullar hesab edilir. Qaynarinfo xəbər verir ki, bu barədə "Verywell Health" nəşri yazır. Məqalədə qeyd olunur ki, hər iki məhsul faydalı yağlar, xüsusilə omeqa-3 yağ turşuları, antioksidantlar

25 may
.

Ürək xəstəliklərinin qarşısını alan balıq hansıdır?

Bir çox insan siyənəyi sadəcə adi qəlyanaltı kimi qəbul edir. Halbuki faydalı xüsusiyyətlərinə görə o, hətta bahalı delikatesləri belə geridə qoyur. xarici mediaya istinadən xəbər verir ki, dietoloqlar bu əlçatan balığın unikal qida tərkibi sayəsində ürək-damar xəstəliklərinin profilaktikası üçün ə

24 may
.

Tibb tarixində ilk: 1500 kilometr uzaqlıqdan böyrək daşı əməliyyatı reallaşdı

İstanbul Universiteti İstanbul Tibb Fakültəsi və Muş Dövlət Xəstəxanası tibb dünyasında inqilabi bir uğura imza atıb. Türkiyənin yerli imkanları ilə hazırlanan "Avicenna Roboflex" (İbn-i Sina) robotu və "Turkcell" şirkətinin 5G infrastrukturu vasitəsilə, İstanbuldan Muşdakı xəstəy

24 may
.

İnsanlar qalxanabənzər vəz xəstəliklərində ən çox hansı səhvləri edirlər? - VİDEO

Baku TV-nin "Baku Med" verilişinin yeni buraxılışında qalxanabənzər vəz xəstəlikləri barədə müzakirə aparılıb. - Qalxanabənzər vəzin əsas funksiyası nədir?. - Haşimoto necə inkişaf edir?. - Yod çatışmazlığı bu vəzə necə təsir edir?. - Stres qalxanabənzər vəzə təsir edə bilər?. - Saç tökülməs

30 may
.

Elm adamları açıqladı: Qocalmanın sürətləndiyi iki xüsusi yaş dövrü var

Qocalma prosesi hər zaman eyni sürətlə və düz xətt üzrə getmir. "Stanford Universiteti"nin rəhbərliyi ilə aparılan mühüm bir elmi araşdırma insan bədənində qocalma ilə bağlı molekulyar dəyişikliklərin xüsusilə 44 və 60 yaş civarında kəskin şəkildə sürətləndiyini ortaya qoyub. xəbər verir ki

31 may
.

İsti duş xərçəngi aşkar etməyə kömək edə bilər

Həkimlər su prosedurları zamanı öz vəziyyətinizi izləməyi tövsiyə edirlər - bu, orqanizmdəki problemləri vaxtında aşkar etməyə kömək edə bilər. xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər isti duşun leykoz və ya qan xərçənginin qeyri-adi göstəricilərindən biri ola biləcəyini hesab edirlər

24 may