Gəncənin yeni icra başçısı kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Niyazi Bayramovun icra başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sonxeber.az xəbər verir ki, sərəncamla Niyazi Müzəffər oğlu Bayramov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
Niyazi Müzəffər oğlu Bayramov 1956-cı il martın 26-da Bakı şəhərində anadan olub. 1980-ci ildə Bakı Dövlət Universitetini bitirib, ixtisasca hüquqşünasdır. 1980-1986-cı illərdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü kimi 4 saylı Hüquq məsləhətxanasında vəkil işləyib.
1986-1992-ci illərdə Səbail Rayon İcra Hakimiyyətində şöbə müdiri, 1992-1995-ci illərdə Səbail Rayon İcra Hakimiyyəti Başçısının müavini, 1995-1997-ci illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri yanında İnspeksiyanın rəisi, 1997-2001-ci illərdə Gəncə Şəhər Gömrük İdarəsinin rəisi, Dövlət Gömrük Komitəsində Baş İdarə Rəisinin müavini, 2009-2012-ci illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin, 2012-ci ildə Sumqayıt Regional Mərkəzinin rəisi, 2012-2018-ci illərdə isə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Yeni Azərbaycan Partiyasının üzvüdür. Qarabağ müharibə iştirakçısıdır. Polkovnikdir.
Ailəlidir, 2 övladı var.

Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 12778 Tarix: 28 avqust 2018
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Trampdan Çin lideri Si Cinpinə Ağ Ev dəvəti
ABŞ Prezidenti Donald Tramp ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin 8,5 ildən sonra ilk dəfə görüş keçiriblər. İki saat davam edən ikitərəfli görüşdən sonra liderlər birlikdə şam yeməyinə qatılıblar və mətbuata açıqlamalar veriblər. türk mediasına istinadən xəbər verir ki, Donald Tramp görüş zaman
14 mayİlham Əliyev Baxış Babayevlə bağlı SƏRƏNCAM imzaladı
Baxış Abutalıb oğlu Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, o, B.Babayev Azərbaycan Respublikasının elektroenergetika sahəsinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətin
14 mayHərbi qulluqçuların Kəlbəcərdə minaya düşməsi ilə bağlı araşdırma aparılır
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçularının Kəlbəcər rayonu ərazisində minanın partlaması nəticəsində xəsarət almaları faktı ilə bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma aparılır. xəbər verir ki, bu barədə Hərbi Prokurorluğundan məlumat verilib. Qeyd edək ki, mayın 11-d
12 mayKaya Kallas Azərbaycana səfərə gəldi
Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının Vitse-Prezidenti Kaya Kallas Azərbaycanda səfərdədir. Qaynarinfo xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin məlumatında qeyd olunub. Məlumata əsasən, Kaya Kallas bildirib ki
5 mayİlham Əliyev bp şirkətinin baş icraçı direktorunu qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 12-də bp şirkətinin baş icraçı direktoru Meq O’Nili qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Meq O’Nili bp şirkətinin baş icraçı direktoru vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, onun rəhbərliyi ilə SOCAR-b
12 mayPrezident və birinci xanım Cəbrayıla səfər etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Cəbrayıl rayonunun Şükürbəyli kəndinin açılışında iştirak ediblər. Qaynarinfo xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım 360 şagird yerlik məktəb binasında və kənddə inşa edilmiş fərdi evlərdə yaradılmı
9 mayBütün maneələrə baxmayaraq Azərbaycan sülh gündəliyinə sadiqdir
May ayının 4-də Ermənistanın paytaxtı İrəvan şəhərində "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısı keçirilib. Avropa İttifaqına daxil olan, eləcə də Kanadanın dövlət və hökumət başçılarının iştirak etdiyi bu toplantıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev videobağlantı formatınd
5 may