Azərbaycanla bağlı illər öncə dəhşətli faktlar açıqlayan ekstrasens: "Elçibəy bir il hakimiyyətdə qalacaq və ..."

Azərbaycanla bağlı illər öncə dəhşətli faktlar açıqlayan ekstrasens: "Elçibəy bir il hakimiyyətdə qalacaq və ..."Ekstrasens - telepatiya, gələcəyi görmə kimi fövqəltəbii qabiliyyətlərə malik şəxslərə deyilir. Ekstrasens termini eyni zamanda parapsixologoyada telepatiya, telekinez kimi paranormal qabiliyyətlərə sahib olan şəxsləri nəzərdə tutur.

Sonxeber.az bildirir ki, azxeber "Ekstra hissslər" rubrikasında "altıncı hissi" güclü olan, qeyri-adi hərəkətləri ilə kütlənin təəccübünü qazanmış ekstrasenslərin həyatı və fenomenal qabiliyyətlərindən söz açıb.

Rubrikanın ilk qonağı ötən əsrin 80-90-cı illərində məşhurluq qazanmış əfsanəvi ekstrasens Tofiq Dadaşovdur.

Kinoteatra gizlin girən uşaq - Tofiq Dadaşov kimdir?

Sonralar ittifaq səviyyəsində məşhurluq qazanan və günü-gündən şöhrətlənən Tofiq Dadaşov Bakının Novxanı kəndində anadan olub. 1947-ci il təvəllüdlü Tofiq Dadaşov hələ uşaq ikən sinif yoldaşlarını başına yığıb, o zamanlar paytaxtın məşhur "Nizami", "Vətən" və "Araz" kinoteatrlarının qaranlıq zallarına gizlincə keçərmiş. Dostlarının sözlərinə görə, Tofiqin fərqliliyi elə yeniyetmə yaşlarından sezilərmiş: "Çox qəribə adam idi, hamı kimi düşünmürdü, hamı kimi fikirləşmirdi, hərəkətlərində nəsə qəribəliklər var idi".

Tofiq Dadaşov Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Hüquq fakültəsini bitirib. 1967-ci ildə Moskvaya dəvət olunub, Moskonsertdə işə qəbul edilib. 1969-ci ildən Sovet İttifaqının müxtəlif şəhərlərində müəllif proqramı ilə psixoloji təcrübələr aparıb. 1973-cü ildə SSRİ Elmlər Akademiyası nümayəndələrinin tərkibində "Birinci beynəlxalq psixotronik problemlərin araşdırılması konfransı"na dəvət olunub. Məhz bu konfrans onun həyatında ciddi dönüş mərhələsi olub. Dünyanın müxtəlif dövlətlərinin 300-dən çox aliminin gözü qarşısında aparılan təcrübədən sonra onu dünyanın güclü mediumu (ruhlarla insanlar arasında vasitəçilik edən adam) kimi təsdiq etdilər ki, bu da dünya mətbuatinda geniş əks-səda doğurdu.

Kasparova "Şahmat tacı"nı qazandıran adam

Tofiq Dadaşovun böyük auditoriyaya çıxışı 1985-ci ildə şahmat üzrə dünya çempionu titulunu qazanmış və 2000-ci ilə qədər bu titulu qorumuş Harri Kasparovun Anatoli Karpov üzərində qələbəsi ilə gerçəkləşdi. Tofiq Dadaşov mətbuata açıqlamasında bildirir ki, onun şahmatdan bir o qədər də başı çıxmırmış. Bu səbəbdən Kasparov yarışa məşqçiləri ilə birlikdə hazırlaşırmış: "Mən ona dedim ki, sənə iki səbəbdən kömək edəcəm. Biri hər ikimizin Azərbaycanı təmsil etməyimiz, digəri isə insanlıqdır". Karpova 4:0 hesabı ilə məğlub olan Kasparov məhz bu psixoloji dəstəyin sayəsində oyunu 5:3 hesablı qələbə ilə başa vurur. Bunu öz memuarlarında Harri Kasparovun özü də etirafı edir və bu qələbəyə görə, Tofiq Dadaşova borclu olduğunu deyir.

"Əbülfəz Elçibəy prezident seçiləcək, lakin bu bir il sürəcək"

1988-ci ildə Azərbaycanda başlanan müstəqillik hərəkatı 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsinin (AXC) təsis konfransı ilə təşkilatlanmış mərhələyə qədəm qoyur. O zamanlar AXC İdarə Heyətinin üzvü olan Zərdüş Əlizadənin sözlərinə görə, tam təsadüfi seçim nəticəsində Əbülfəz Elçibəy AXC-nin sədri seçilir. Ölkəmiz dövlət müstəqilliyi əldə etdikdən sonra Tofiq Dadaşov daha bir sensasiyalı proqnozla çıxış etdi. O zaman məlum deyildi ki, o zamankı dövlət rəhbəri Ayaz Mütəllibov hakimiyyətdə qalacaq, yoxsa yox? Əbülfəz Elçibəyin özü də prezidentlik iddiasını açıq şəkildə ortaya qoymamışdı. Hələ o dövrdə Tofiq Dadaşov deyirdi ki, AXC Əbülfəz Elçibəyin timsalında iqtidara gələcək, lakin bu cəmi bir ildən artıq sürməyəcək.

"Yeltsinin yerinə heç kimin ağlına gəlməyən şəxs gələcək"

Eynən Əbülfəz Elçibəydə olduğu kimi, Boris Yeltsinlə də bağlı proqnozlar verən Tofiq Dadaşov bu dəfə də yanılmırdı. "Yeltsin prezident seçiləcək, amma onu hökmranlıq edən hakim kimi görmürəm". Ötən əsrin 90-cı illərinin ortalarında Yeltsinin varisi və Kremlin sahibi olacağı gözlənilən baş nazir Viktor Çernomordinlə bağlı "O yəqin ki, heç kimə lazım olmayacaq" proqnozu da düz çıxmışdı. Aleksandr Lebed, Yuri Lujkov, Gennadi Züqanov və digər rus siyasətçilərinin də imkanlarını yüksək qiymətləndirməyən Tofiq Dadaşova görə, Kremlə indiki halda heç kimin gözləmədiyi şəxs yiyələnəcək. Düzdür, o konkret ad çəkmirdi. Lakin o dövr üçün böyük siyasətdə olmayan Vladimir Putinin varis olacağı həqiqətən də heç kimin ağlına gəlməzdi.

"Sən yalançısan, bizim sadəliyimizdən istifadə edirsən"

Populyarlığın pik nöqtəsində olan Tofiq Dadaşov həmin dövrlərdə Azərbaycanın rayonlarına səfər edərmiş. Onun gəlişini eşidən insanlar onunla görüşər, həqiqətən fövqəladə hisssiyatı olub-olmadığını dəqiqləşdirməyə çalışarmışlar. Belə səfərlərdən birində kənd adamlarından biri "Sən yalançısan, bizim sadəliyimizdən istifadə edirsən" deyərək, Tofiq Dadaşovu məzəmmət edir. Öz növbəsində ekstrasens "Sən mənim qüvvəmə necə əmin olmaq istəyirsən. Ümumiyyətlə buna ehtiyac varmı" şəklində qarşılıq verir. "Ehtiyac varmı o deməkdir ki, bacarmırsan" deyən kəndliyə ekstrasens "əlindəki açarı get harada istəyirsən gizlət" deyir. Kəndli açarı o qədər dərin yerdə gizlədir ki... Tofiq Dadaşov dərhal həmin açarı tapıb kişiyə verir və bundan sonra həmin kəndli üzrxahlıq edir.

Bütün hallarda fövqəltəbii hisssiyata malik insanların olduğu faktdır. Bu fakt nədən qaynaqlanır, xüsusi hazırlaşdırırlar, sonradan öyrənirlər, yoxsa anadangəlmə qabiliyyətdir, bunu araşdırmaq qalır elm adamlarına.

ütün hallarda yeganə fövqəladə qüvvə Tanrıdır və ümidinizi Allahdan üzməyin!
Azərbaycanla bağlı illər öncə dəhşətli faktlar açıqlayan ekstrasens: "Elçibəy bir il hakimiyyətdə qalacaq və ..."


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 5090   Tarix: 06 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Həqiqət illüziyası effekti: Beynimiz təkrarlanan yalanlara necə inanır?

Yalan iddiaların sistemli şəkildə təkrarlanması insanların onları doğru kimi qəbul etməsinə səbəb ola bilər. Psixologiyada bu hadisə "həqiqət illüziyası effekti" adlanır. xəbər verir ki, bu barədə psixologiya üzrə fəlsəfə doktoru Yelena Şpagina -ya açıqlamasında bildirib. Mütəxəssisin sözlərin

25 oktyabr
.

Kəllə-paçanı əvəz edən təbii möcüzə: Bir çömçəsi bəs edir

Soyuq havalarda xəstəliklərdən qorunmaq, oynaqlardakı ağrılara son qoymaq və immuniteti gücləndirmək istəyənlər üçün təbii kolagen deposu tapıldı. Mütəxəssislər yüksək xolesterin və ağır qoxusuna görə kəllə-paça yeyə bilməyənlərə onu əvəz edən daha faydalı bir alternatif təklif edirlər: İlikli sümü

18 oktyabr
.

Paltaryuyana 1 qaşıq əlavə edin - dəsmaldakı pis qoxunu yox edir

Dəsmallar nə qədər yuyulsa da, üzərindəki narahatverici nəm və rütubət qoxusu getmirsə, problem yalnız yuyucu tozda olmayacağını unutmayın. Qoxunu yumşaldıcılar ilə ört-basdır etmək hər zaman işə yaramır. Dəsmallar niyə yuyulduqdan sonra da qoxuyur?. Dəsmalların uzun müddət nəm qalması, kifayət qədə

24 oktyabr
.

Paltarlardakı tiftikləri saniyələr içində yox edən üsul, təzə alınmış kimi olur

Qış qarderobunun əvəzedilməzi olan palto və yun sviterlərdəki tiftiklənmə problemi xüsusi təmizləyici aparatlara pul xərcləmədən, mətbəxdəki sadə bir vasitə ilə həll olunur. xəbər verir ki, tiftik rulonları və ya xüsusi cihazlar olmadan paltarların ilkin görünüşünü qaytarmağın yolu demək olar ki, hə

18 oktyabr
.

Azərbaycanda ən populyar adlar dəyişdi - Siyahı

8 il əvvəl - 2018-ci ildə Azərbaycanda oğlan uşaqlarına ən çox Yusif, qız uşaqlarına isə Zəhra adı qoyulduğu halda, bu il oğlan uşaqlarına ən çox Uğur, qız uşaqlarına isə Melisa adı qoyulub. -a istinadən xəbər verir ki, 2028-ci ildə 2 505 oğlan uşağına Yusif, 2 511 qız uşağına isə Zəhra adı qoyulub

24 oktyabr
.

Yaşıl ulduz kəşf edildi

Astronomlar atmosferindəki natriumun işıqla qarşılıqlı təsiri nəticəsində yaşılımtıl rəngdə görünən ağ cırtdan ulduz aşkar ediblər. "Qafqazinfo" xəbər verir ki, Süd Yolu Qalaktikasında, Əjdaha bürcündə yerləşən WD J1330+6435 adlı ulduz Yer kürəsindən təxminən 280 işıq ili uzaqdadır. Tədqiqatçıları

21 oktyabr
.

Zaman səyahətinin mümkün və mümkünsüz tərəfləri - Alimlərdən cavab

Gələcəyə getmək, keçmişə qayıdaraq onu dəyişmək - zamanda səyahət təkcə fantastika yazıçılarını deyil, fizikləri də valeh edir. Bəs elm bu barədə əslində nə deyir? Nə vaxtsa keçmişə qayıtmaq və ya uzaq gələcəkdə yaşayan nəsillərimizi görmək üçün əsl zaman maşını yarada biləcəyikmi?. Qaynarinfo "Futura"

26 oktyabr
.

Kartof qızartmasını ət, pomidor və çörəklə yeyənlərin NƏZƏRİNƏ

Kartof qızartmasını ət, pomidor və ya çörəklə yeməyin təhlükəli olduğu barədə müxtəlif iddialar yayılır. Lakin bu birləşmələri hamı üçün zərərli saymaq düzgün deyil. Diqqət yetirilməli məqamlardan biri kartofun nə dərəcədə qızardılmasıdır. xarici mediaya istinadla xəbər verir ki, kartofun tərkibindək

25 oktyabr
.

Alimlər ən bədbəxt nəsli müəyyən etdilər: artıq xoşbəxt mərhələ deyil

Dünyanın 44 ölkəsində bir milyondan çox insanın iştirak etdiyi genişmiqyaslı araşdırma gənclərin psixoloji vəziyyəti ilə bağlı narahatedici nəticələr ortaya qoyub. xarici mediaya istinadən xəbər verir ki, araşdırmaya əsasən, Z nəsli, yəni zumerlər indiyədək görünməmiş səviyyədə psixoloji problemlərl

18 oktyabr