Ayna Sultanovanın heykəli götürüləcək? – RƏSMİ AÇIQLAMA

Ayna Sultanovanın heykəli götürüləcək? - RƏSMİ AÇIQLAMABakının Atatürk prospektində yerləşən Ayna Sultanova parkı uzun müddətdir əsaslı təmirə bağlanıb.

Sonxeber.az "modern.az"a istinadən xəbər verir ki, parkda yenidənqurma işlərinin ləngiməsi bu ərazidə yaşayanları da narazı salmışdı.

Nəhayət Ayna Sultanova parkı ilə bağlı "buzlar əriməyə" başlayıb. Son günlər burada canlanma müşahidə olunmaqdadır. Bununla yanaşı, Ayna Sultanovanın heykəlinin götürüləcəyi barədə də söz-söhbət gəzir.

Məsələ ilə bağlı Binəqədi rayon İcra Hakimiyyətindən bildirilib ki, ötən ilin dekabr ayında imzalanmış sərəncamla Binəqədi rayonunda abadlıq-quruculuq tədbirlərinin davam etdirilməsi, o cümlədən Ayna Sultanova adına parkda yenidənqurma işlərinin aparılması məqsədi ilə Binəqədi Rayon İcra Hakimiyyətinə 1,5 milyon manat vəsait ayrılıb. Həmin vəsait hesabına Ayna Sultanova parkında yenidənqurma işləri aparılacaq.

Binəqədi Rayon İcra Hakimiyyətidən verilən açıqlamada qeyd edilir ki, parkda ağacların kəsilməsi ilə bağlı son günlər yayılan xəbərlər əsassızdır:

"Ağaclar kəsilmir, sadəcə olaraq budanır. Park təmir olunan zaman orada yeni dekorativ ağaclar da əkiləcək".

Binəqədi Rayon İcra Hakimiyyəti Ayna Sultanovanın heykəlinin parkdan götürüləcəyi barədə yayılmış fikirlərin də yanlış olduğunu bəyan edib:

"Heykəlin götürülməsi müzakirə mövzusu belə ola bilməz. Park Ayna Sultanovanın adınadır. Sadəcə olaraq, heykəlin yenilənməsi işləri gedir".

İcra Hakimiyyətindən deyilib ki, təmir işləri sürətləndirilib və ehtimal ki, iyun ayında açılışı olacaq.

Ayna Sultanovanın parkdakı qranit heykəli 1986-cı ildə ucaldılıb.

O, Azərbaycanda bolşevik partiyasına yazılan ilk azərbaycanlı qadın, uzun illər Azərbaycanda kommunist partiyasının ideyalarını həyata keçirən bolşevik siyasi xadim olub.

1930-1937-ci illərdə Azərbaycan SSR xalq maarif komissarının müavini, maarif komissarı, bir qədər sonra ədliyyə komissarı və digər vəzifələrdə çalışıb.

A.Sultanova məşhur bolşevik Həmid Sultanovun həyat yoldaşı, inqilabçı Qəzənfər Musabəyovun bacısı idi.

A.Sultanova 1938-ci ildə qardaşı Qəzənfər Musabəyov və həyat yoldaşı Həmid Sultanovla birlikdə güllələnib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 937   Tarix: 03 may 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco

17 sentyabr 2021
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021
.

Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO

Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr

17 sentyabr 2021
.

Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO

Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca

17 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18 sentyabr 2021
.

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

18 sentyabr 2021
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18 sentyabr 2021
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17 sentyabr 2021