Azərbaycan polisinin qurucusu Məhəmməd Sadıq bəy Ağabəyzadə haqqında BİLMƏDİKLƏRİMİZ

Azərbaycan polisinin qurucusu Məhəmməd Sadıq bəy Ağabəyzadə haqqında BİLMƏDİKLƏRİMİZAzərbaycan polisinin qurucusu Məhəmməd Sadıq bəy Ağabəyzadənin anadan olmasının 155-ci ildönümüdür.
Məhəmməd Sadıq bəy Ağabəyzadə 15 mart 1865-ci ildə dünyaya gəlib. Azərbaycan Xalq Cümhuriyyəti daxili işlər nazirinin müavini vəzifəsini tutmuş general-mayor M.S.Ağabəyzadənin müstəqil Azərbaycanın daxili işlər orqanları strukturunun formalaşdırılmasında, milli polisimizin yaradılması və inkişafında misilsiz xidmətləri vardır. Onun gərgin əməyi nəticəsində Azərbaycan polisinin təşəkkülünə dair hüquqi baza - "Polis idarələrinin təşkili haqqında", "Polis departamenti haqqında", "Ümumi, qəza və şəhər polisi haqqında" və başqa normativ sənədlər hazırlanmışdır. Həmçinin general-mayor M.S.Ağabəyzadənin təşkilatçılığı ilə Bakıda polis məmurları hazırlayan məktəb açılıb.
M.S.Ağabəyzadə həm də böyük alim-şərqşünas idi. Cümhuriyyətin süqutundan sonra mühacirətdə yaşayıb fəaliyyət göstərmiş Məhəmməd Sadıq bəy Krakov, Poznan, Lvov universitetlərində, eləcə də Lvov Ali Ticarət məktəbində müəllimlik edib. O, polyak dilində türk dili dərsliyinin, fars dili qrammatikasına və elementar ərəb dili qrammatikasına dair kitabların müəllifidir. M.S. Ağabəyzadə şərqşünaslıq elmində Lvov-Peterburq məktəbinin banilərindən biri kimi şöhrət qazanıb.

Azərbaycan polisinin qurucusu Məhəmməd Sadıq bəy Ağabəyzadənin anadan olmasının 155-ci ildönümü ilə bağlı tarixçi-alim Dilavər Əzimli Sonxeber.az-a danışıb.
Dəfələrlə yazmışam, yenə də yazıram ki, biz Azərbaycan Cümhuriyyəti qurucuları qarşısında borcluyuq. Bu borcu qaytarmalıyıq. Bilirsiniz bu borc nədir? Bu borc odur ki, nə yaxşı ki, başda Azərbaycan Cümhuriyyətinin banisi olan M.Ə.Rəsulzadə olmaqla onlar 1918-1920-ci illərdə Azərbaycan dövlətini yaratdılar. Təsəvvür edin ki, bu dövlət yaranmasaydı, ərazilərimiz Rusiya, Gürcüstan və Ermənistan arasında bölüşdürüləcəkdi. Necə ki, İrəvan və ətrafını zorla bizdən aldılar. Yəni, elə dilemma qarşısında qaldılar ki, dövlətçilik naminə torpaq itkisi ilə razılaşdılar. Güc yox, vuruşacaq ordu yox... İki yüzə ilə yaxın da Rusiya işğalı altında. İnsanların əksəriyyətinin də təfəkkürü dəyişmiş və rusofil olmuşlar.Qardaş Türkiyə də öz başının hayında... Belə vaxtda bizə təklif olunur ki, ermənilərə mərkəz kimi tarixi torpaqlarınızdan verməlisiniz. Bütün Avropa, ABŞ da erməniləri dəstəkləyir. Rusiya isə birbaşa Ermənistan dövlətinin yaradıcısdır. O zaman türk xalqlarının qatilləri olan bolşeviklər tərəfindən ermənilərə artıq zəmanət verilmişdi ki, "etdikləri xidmət müqabilində" onlara dövlət yaradacaqlar. O zaman belə bir dilemma qarşısında qalan Cümhuriyyət rəhbərləri dövlətə sahib olmaq naminə şərtlər daxilində İrəvanı güzəşt etdilər. Amma dövlətə nail oldular. Bu gün bəzi ağzıgöyçək adamlar da onları ittiham edirlər ki, nəyə görə İrəvanı güzəştə getdilər... O adamlara üz tutub deyirəm ki, o zaman İrəvan sənin idinmi... İrəvan iki yüz ilə yaxın idi ki, Rusiya tərəfindən işğal olunmuşdu və İrəvan quberniyası Rusiyanın müstəmləkə ərazisi idi...O zamankı Azərbaycan Cümhuriyyəti yarandı, İrəvan daxil olmaqla, Tiflis, Batuma qədər ərazilərimizə sahib çıxmaq istədi. Bunu sübut edən Cümhuriyyət dönəmi xəritə də vardır ki, Ə.Topçubaşı tərəfindən Versala aparılmışdı. Bu adamlara bir sual vermək istəyirəm: Nəyə görə biz Qarabağı və ətraf rayonlarını işğaldan azad edə bilmirik? Yaxud işğal olunan Qazax rayonunun kəndlərini niyə azad edə bilmirk? Düşünürsünüzmü? Yox, düşünmürsünüz.
Düşünməlisiniz ki, bizim bu əraziləri geri qaytarmağa gücümüz yetər, amma biz bunu ona görə edə bilmirik ki, çünki bu erməni tarakanlarını Rusiya, Avropa, ABŞ dəstəkləyir. Bizə imkan vermirlər. Bizim də onlara təsir etməyə gücümüz yetmir. O zamankı yetəcək, biz bunu edəcəyik. Bunları ona görə yazdım ki, bizim bəzi tədqiqatçılar özlərini gözə soxmaq üçün daha çox Cümhuriyyət qəhrəmanlarımızın eiyblərini ağardır və milləti də səhv istiqamətə yönəldirlər. Məni də ağrıdan budur. Amma biz Cümhuriyyət qəhrəmanlarının Dövlətə, Vətənə, Millətə canı ilə bağlılıqlarını unuduruq... Nəyə görə bu qəhrəmanlarımız məktəblərimizdə, Ali təhsil ocaqlarında tədris olunmur? Nəyə görə M.Ə.Rəsulzadə irsi məktəblərdə və Ali məktəblərdə tədris edilmir? Hansı məktəbdə Cümhuriyyət qəhrəmanlarımızın hamısının şəkilləri asılıbdır? Hansı nazir, yaxud məktəb direktoru, Ali məktəb rektorunun otaqlarında M.Ə.Rəsulzadənin şəkli asılıbdır? Yaxud onların əsərləri niyə kütləvi nəşr olunmur? Bunları düşünmək lazımdır. Məhəmməd Sadıq bəy Ağazadənin əsərlərindən şəxsən mənim xəbərim yoxdur. Onda bu millətin sıravi vətəndaşı ondan necə xəbərdardır? Bu insan təkcə polis sistemi üçün deyil, elmi ictimaiyyət üçün də böyük bir irs qoyub getmişdir. Hardadır o irs? Ağabəyzadə "Türkmenskiy dialekt" kitabının müəllifi olub. Bu kitaba görə Buxara əmiri onu xüsusi mükafatla təltif edibdir. Hardadır o kitab? Böyük elmi yaradıcılığı olan Sadıq bəy Ağabəyzadə polyak dilində özünün bir türk dili dərsliyini, 1932-ci ildə elementar ərəb dili qramatikasını(fonetika və morfologiya) dərsliyini nəşr etdirmişdi. Hardadır o dəsrliklər? Sadıq bəy 1921-ci ildə Fransaya köçərək orada yaşayır, iki il Sorbon şəhərində fars və türk dillərindən(Şərq dilləri)dərs deməyə başlayır. 1927-ci ilin fevralında Ziqmunt Smoqjevskinin dəvəti ilə Ukraynanın Lvov universitetinə Şərq dilləri fakultəsinə professor kimi dəvər edilir. Lvov şəhərinə köcən M.S.Ağabəyzadə Lvov universitetində 17 il işləyir. O, əvvəl Lvov universitetində fəlsəfə fakultəsində işləyir, az sonra isə Lvov ali ticarət məktəbində türk, fars və ərəb dillərindən dərs deyir və eyni zamanda da polyak və ukrayna dillərini öyrənir. Sadıq bəy Ağabəyzadə Ziqmunt Smoqjevski, V.Kotviçlə birlikdə şərqşünaslıq məktəbinin təşkil edilməsində bilavasitə yaxından iştirak edibdir. Bu məktəb sonralar Lvovsko-Peterburqskiy adlandırılır. Sadıq bəy Ağabəyzadənin Ukraynada şərqşünaslıq elminin inkişafında xüsusi xidməti olub. Bunları bilirikmi? Sonra da deyirik ki, ermənilər təbliğatda bizi udur.... S.Ağabəyzadə 1918-1920-ci illərdə daxili işlər orqanlarının təşkil edilməsində fəallıq nümayiş etdirir və ölkə daxilində nizam-intizam, qayda-qanun yaradılmasında, daxili işlər orqanları strukturunun formalaşdırılmasında, kabinetin fəaliyyətinin təşkilində yaxından iştirak edir. Polislərimiz bunu bilirmi? Daxili İşlər orqanlarında bu adamın şəkli asılıbmı? Xahiş edirəm yazdıqlarımı olduğu kimi də verəsiniz.... Bilirsiniz, tarix təkcə ondan ötəri deyildir ki, onu oxuyasan. Tarix odur ki, həm də nəticə çıxarasan... Məşhur bir mütəfəkkirin sözləridir: Bir millət tarixini unudarsa, bir nəsildən sonra kütləyə dönəcək, bir nəslidən sonra kölə olacaq, bir nəslidən sonra da sürüyə çevriləcəkdir.

Fəridə Ağazadə


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 4649   Tarix: 14 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Samir Şərifov Prezidentin Forum iştirakçılarına müraciətini səsləndirdi

Prezident İlham Əliyev Forumun iştirakçılarına müraciət ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısının müraciətini Baş nazirin müavini Samir Şərifov səsləndirib

25 sentyabr
.

İlham Əliyevin sosial media hesablarında 27 Sentyabr - Anım Günü ilə bağlı paylaşım edilib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial media hesablarında 27 Sentyabr - Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

27 sentyabr
.

Dünya mediası Bakıda keçirilən Azərbaycan Beynəlxalq İnvestisiya Forumunu geniş işıqlandırıb

Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu, forumda səslənən fikirlər, imzalanan müqavilələr, investisiya sənədləri və Prezident İlham Əliyevin bu mötəbər tədbirdə iştirakı və keçirdiyi görüşlər dünya mediasının diqqətində olub. Türkiyənin, Rusiyanın, Avropa, Mərkəzi Asiya və digə

26 sentyabr
.

Azərbaycan xalqı işğalla heç zaman barışmayıb

"İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasın

25 sentyabr
.

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub. AZƏRTAC-a istinadən xəbər verir ki, "SOCAR, XRG və "TotalEnergies" şirkətləri arasında "Abşeron" qaz-kondensat yatağını

26 sentyabr
.

Prezidentin sosial media hesablarında "Formula-1"ə dair videoçarx paylaşılıb - VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Bakıda keçirilən "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışını izləməsi ilə bağlı videoçarx paylaşılıb. xəbər verir ki, paylaşımda deyilir:. "Sentyabrın 26-da Bakı şəhər halqasında "Formula-1" Azərbaycan Qran-prisinin əsa

26 sentyabr
.

Ərazi bütövlüyü və suverenliyimiz uğrunda

Torpaqlarımızı 30 ilə yaxın müddətdə işğal altında saxlayan Ermənistan son illər ərzində daha çox təxribatlar törədir, işğalçı ölkənin silahlı birləşmələri təmas xəttinə yaxın ərazilərdə yaşayan mülki əhalini belə hədəf alırdılar. 2020-ci ilin iyul-avqust ayları ərzində Ermənistanın törətdiyi təxriba

25 sentyabr
.

Almaniyanın "sülh" maskası cırıldı: Lazımsız mükafat fonunda Ermənistana dəstək nəyi dəyişir?

Ermənistanın baş naziri Nikol Paşinyan Cənubi Qafqazda sülhün bərqərar olması istiqamətində səylərinə" və "Avropa İttifaqı ilə yaxınlaşmasına" görə Almaniyanın Hessen Sülh Mükafatına layiq görülüb. 1993-cü ildə Hessen əyalətinin keçmiş baş naziri Albert Ossvald və onun adını daşıyan fon

24 sentyabr
.

Qələbəni təmin etmiş Qəhrəman Ordu

27 sentyabr Vətən müharibəmizin başlanma tarixi və Möhtəşəm Qələbə tariximizdir. 2020-ci il təqvimin bu günü Azərbaycana qarşı uzun illər davam edən düşmənçilik və etnik dözümsüzlük siyasətinin yerinə haqlı davamızın gözəl nəticələrini-torpaqlarımızın işğaldan qurtarılması, o minbit torpaqlara əsl sahiblərini

25 sentyabr