Azərbaycanlı professor Operativ Qərargaha müraciət etdi: "Epidemioloji vəziyyətin pisləşməsi proqnozlaşdırılır"

Azərbaycanlı professor Operativ Qərargaha müraciət etdi: "Epidemioloji vəziyyətin pisləşməsi proqnozlaşdırılır"Ölkədə hökm sürən pandemiya şəraiti ilə əlaqəli azərbaycanlı professor Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət edib.
Sonxeber.az sözügedən müraciəti təqdim edir:
"COVID-19 ştamı ilə bağlı hələlik dünyada müşahidə edilən mənzərə ürəkaçan olmasa da, iri əczaçılıq şirkətləri, ABŞ-ın Allergiya və İnfeksion Xəstəliklər Milli İnstitutu vaksin və spesifik dərman preparatlarının yaradılması üzərində ciddi intensiv iş aparmaqdadır. Hemorragik qızdırma törədən Ebola qızdırması zamanı istifadə olunan Remdesevir preparatından tutmuş və monoklonal antitellərə qədər müxtəlif dərmanların tətbiqi ünlü virusoloqlar, molekulyar biologiya mütəxəssisləri, genetiklər, infeksionistlər tərəfindən ciddi şəkildə araşdırılır. Hələlik real nəticə ortada yoxdur.
Pandemiyanın ötən dövrünün retrospektiv təhlili göstərir ki, sərt karantin tədbirlərinin məqsədəuyğunluğuna inam getdikcə sarsılmaqdadır. Çin təcrübəsi göstərdi ki, bütün dünya üzrə bu tədbirlər eyni anda başlasa və sərt şəkildə həyata keçirilsəydi, bu gün biz virusun adı keçən ştamı haqda keçmiş zamanda danışa bilərdik. Amma biz qloballaşan dünyada yaşayırıq. Təyyarə ilə bir neçə saata minlərlə kilometr məsafə qət etmək imkanı virusun qısa müddətdə dünyanın hər yerinə daşınmaq şansı yaradır.
Pandemiya ilə mübarizə tədbirləri çərçivəsində aparılan işlər göstərdi ki, tətbiq eilən karantin şəraiti iki əsas istiqamətdən ibarət oldu. Birincisi hissə, karantin şərtləri adlandırıla bilər. Bunlar evdə qalmaq, sosial izolyasiya, fərdi və sistemli dezinfeksiya tədbirlərini əhatə edir. Digər hissə, karantin davranışları adlandırıla bilər. Karantin davranışlarına sosial məsafə gözləmək, maska taxmaq (ağız və burun dəliklərini bağlamaqla xəstə şəxsdən nəfəs aerozoulunun xaricə atılmasını əngəlləmək və virusun sağlam adamın nəfəs yollarına düşməsinin qarşısını almaq), əllərin sabunla isti su altında yuyulması və dezinfeksiyası aid edilə bilər.
Təəssüf ki, bu gün ölkəmizdə karantin davranışları vətəndaşlarımız tərəfindən sözün həqiqi mənasında "iqnor" olunub.

Tibb üzrə ekspert Azərbaycanda koronavirusun yoluxma dinamikasında nəzərə çarpan artım qeyd olunduğunu, ölüm hallarının isə hələlik epizodik şəkildə olsa da, artmaqda olduğunu bildirib. Professor yay mövsümünün yaxınlaşması ilə ölkədəki epidemioloji vəziyyətin pisləşəcəyini qeyd edib:

"Qarşıdan yay gəlir. İnsanların gözləniən istidən qaçaraq ölkə üzrə rayonlara istirahət səfərləri qaçılmazdır. Bu isə virusun rayonlara transferinin intensivləşməsi deməkdir. Yoluxma sayının artması, infeksiyanın yayılma coğrafiyasının genişlənməsi və bütövlükdə epidemioloji vəziyyətin pisləşməsi proqnozlaşdırılır".

Adil Qeybulla vəziyyətdən çıxmaq üçün təkliflər də verib:

"Düşünürəm ki, qarşıdakı isti yay aylarında karantin tədbirlərinin sərtləşdirilməsi dözülməz olardı. Digər tərəfdən, sərt karantin tədbirləri görülsə belə, SMS icazələrindən sui-istifadə təcrübəsi ortadadır. Belə olarsa, yenə də insanlar bir-birinə qonaq getmək, evlərdə ziyafətlər təşkil etmək, həyətə düşüb söhbət etmək, domino oynamaq, çay içmək, liftdən sürəkli istifadə və s. sui-istifadə yolları ilə infeksiyanın yayılmasına nədən olacaqlar. Ən mühümü karantin davranışlarının sərtləşdirilməsidir. Bu istiqamətdə maarifləndirmə işləri qənaətbəxş hesab edilə bilməz. Verilən informasiyalar, sadəcə, konstatasiya xarakteri daşıyır. Bu istiqamətdə fəaliyyətə yenidən baxılmalıdır. Ya biz bu yolla yoluxma sayını azalda və ağırlaşma, ölüm hallarını minumumda saxlaya bilərik, ya da kollektiv (kütlə) immunitetinə doğru gedəciyik. Kollektiv immunitetin yaranması üçün ən azı 70% əhalinin yoluxması tələb olunur ki, virus tədricən yoxa çıxa bilsin. Bu isə paralel olaraq ciddi itkilər deməkdir.
Təkliflər:
1. Sosial həyatın canlanması və qadağaların ləğvi fonunda karantin davranışlarına (sosial məsafə gözləmək, maska taxmaq, əllərin mütəmadi sabunla yuylması və dezinfeksiya tədbirləri) əməl edilməsinə nəzarətin ciddiləşdirilməsi və sərt qaydaların tətbiqi; Artan xəstə sayı yoluxma mənbəyinin genişlənməsi, itkilərin artması və böyük məsrəflər deməkdir! Karantin davranışlarına sayğısız yanaşmaq genofondun sağlamlığına qəsd deməkdir!
2. Xaricdən ölkəmizə gətirilən vətəndaşlarımıza selektiv yanaşmaq, xəstəlik şübhəsi olanları karantinə, xəstələri müalicəyə götürmək, xəstəlik əlaməti olmayanları və test cavabı mənfi olanları sahə həkiminin nəzarəti altında ev karantininə göndərmək; hamını karantinə göndərməyə qəti ehtiyac duyulmur.
3. Bu istiqamətdə maarifləndirmə və inzibati tədbirlərin gücləndirilməsi".

Şəlalə Babayeva


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 11063   Tarix: 28 may 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

39 yaşlı kişi maşında infarkt keçirib öldü

Lənkəran rayonunda sürücü sükan arxasında ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə avqustun 20-si saat 18 radələrində Lənkəran şəhəri Nizami küçəsində baş verib. Qumbaşı kənd sakini 1987-ci il təvəllüdlü Vüsal Mehman oğlu Nuriyev idarə etdiyi "VAZ 2107" markalı 90 LF 064 nömrə nişanl

21 avqust
.

Yaddaş - dövlət və milli gücün təməlidir

Günay Əfəndiyeva: Mədəni irs gələcək kimliyimizi müəyyənləşdirir. Bu günlərdə Çinin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Bakıda China Media Group tərəfindən xüsusi olaraq hazırlanmış və Azərbaycan dilinə tərcümə edilmiş "İrs Keşikçisi" sənədli filminin təqdimatı keçirilib. İlk dəf

22 avqust
.

İlham Əliyevin UzA müsahibəsi: Azərbaycan-Özbəkistan münasibətlərinin yeni mərhələsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsi iki qardaş ölkə arasında münasibətlərin hansı səviyyəyə yüksəldiyini bir daha nümayiş etdirib. Dövlət başçısının müsahibəsində Azərbaycan-Özbəkistan əlaqələrinin siyasi, iqtisadi, nəqliyyat

21 avqust
.

"M6" bu stansiyada da dayanacaq - Vətəndaşların müraciətindən sonra

Vətəndaş müraciətləri nəzərə alınaraq və aparılan təhlillərə əsasən, metronun "Elmlər Akademiyası" və "Gənclik" stansiyaları arasında fəaliyyət göstərən M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik ediləcək. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliy

22 avqust
.

Özəl xəstəxanada abortdan sonra evə aparılıb, güclü qanaxma olub...

Xəbər verdiyimiz kimi, Bakıda 23 yaşlı qadın hamiləliyini sonlandırdıqdan sonra güclü qanaxmadan vəfat edib. -ın "Bakupost"a istinadən məlumatına görə, Tovuz rayon sakini Lalə Quliyevanın hamiləliyi TƏBİB-in tabeliyində olmayan özəl tibb müəssisələrinin birində sonlandırılıb. Daha sonra qadı

22 avqust
.

Uzaqgörən liderlik və Azərbaycanın uğurlu xarici siyasəti

Müasir dünyanın siyasi mənzərəsi sürətlə dəyişir. Geosiyasi rəqabətin, iqtisadi qarşıdurmaların, təhlükəsizlik çağırışlarının və yeni əməkdaşlıq formatlarının meydana çıxdığı bir dövrdə dövlətlərin qarşısında mühüm vəzifələr dayanır. Belə şəraitdə ölkənin milli maraqlarını qorumaq, beynəlxalq münasibətlə

22 avqust
.

Azərbaycana İKİ XOŞ XƏBƏR BİRDƏN - Pensiya və maaşlar artır?

Dünya bazarında neft və qızılın qiyməti artır. Bu bahalaşmanın Azərbaycan iqtisadiyyatına və vətəndaşlarına müsbət təsiri istisna edilmir. Xüsusilə neftin bahalaşmasının ölkəyə əlavə gəlir gətirəcəyi vurğulanır. Bəs bu artımlar Azərbaycanda iqtisadi fəallığa və vətəndaşlara necə təsir edəcək?. -a danışa

22 avqust
.

Bu il Ukraynada 36 azərbaycanlıya vətəndaşlıq, 194 nəfərə isə daimi yaşamaq icazəsi verilib

2026-cı il yanvarın 1-dən avqust 15-ə qədər 1 396 Azərbaycan vətəndaşı Ukraynada müvəqqəti yaşamaq, 194 nəfər daimi yaşamaq icazəsi, 36 azərbaycanlı isə Ukrayna vətəndaşlığı alıb. Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Kiyevdə azərbaycanlı vəkil Şəmsi Məhərrəmov bildirib. O qey

22 avqust
.

Bakıda rinoplastika əməliyyatından sonra iflic olan 34 yaşlı qadın öldü (FOTO)

Bakıda rinoplastika əməliyyatından sonra iflic vəziyyətinə düşən 34 yaşlı qadın vəfat edib. Qaynarinfo -a istinadən xəbər verir ki, hadisə ötən gün baş verib. Belə ki, ötən ilin aprel ayında Bakıda yerləşən "MedAura" Klinikasında rinoplastika əməliyyatı keçirən 34 yaşlı Nigar Budaqlı daha sonr

22 avqust