İyunun 15-indən sonra xarici ölkələrə uçuşlar bərpa olunur?-İbrahim Məmmədovdan AÇIQLAMA
Macarıstanın "Wizzair" aviaşirkəti Bakıdan uçuşları elan edib.
Artıq şirkətin saytında biletlər satışa çıxarılıb. Hazırda təqdim olunan biletlər arasında ilk uçuş iyunun 19-na təyin olunub. Daha sonra isə iyunun 22-si, 26-sı və 29-na biletlər təklif olunur. İlk uçuş üçün biletin qiyməti 100 avrodan başlayır. Lakin 29 iyun tarixinə biletlər 50 avrodan satışa çıxarılıb.
Artıq Macarıstan iyunun 15-dən sonra Azərbaycanla sərhədlərini açır və gediş-gəlişə start verir.
Budapeştdən Bakıya ilk uçuş iyunun 18-də baş tutacaq. Bu reys ilə biletin qiyməti 120 avrodan başlayır. İyunun 21-i, 25-i və 28-dəki uçuşlar üçün biletlər 100 avrodan təqdim olunur.
Çernoqoriya hökuməti iyunun 1-dən etibarən bir sıra ölkə vətəndaşlarına karantinə riayət etmədən və koronavirus testindən keçmədən ölkəyə gəlmələrinə icazə verir. Bu barədə "Vijesti" yazıb. Nəşr qeyd edir ki, bazar ertəsindən etibarən ölkəyə Azərbaycan, Albaniya, Avstriya, Bolqarıstan, Danimarka, Misir, Finlandiya, Gürcüstan, Xorvatiya, Çexiya, İslandiya, İsrail, Latviya, Litva, Lüksemburq, Macarıstan, Monako, Almaniya, Norveç, Slovakiya, Sloveniya, İsveçrə və bir sıra digər dövlətlərdən turistlər gələ bilərlər.
Qeyd edək ki, Operativ Qərargahın son yaydığı məlumatda Azərbaycanın sərhədinin iyunun 15-dək bağlı olacağını açıqlanmışdı.
Məsələ ilə bağlı Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Sonxeber.az-a açıqlama verib.
İbrahim Məmmədov bildirib ki, uçuşların dayandırılması və sərhədlərin bağlı olması rejimi də iyunun 15-nə qədər uzadılıb. Ondan sonra nə olacağı hələ bilinmir.
Uçuşlarla bağlı AZAL-ın mətbuat xidməti ilə əlaqə saxladıq. Şirkətin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski Sonxeber.az-a açıqlama verib. O, bildirib ki, sərhədlərin açılması ilə bağlı hökumətin qərarı olmalıdır və AZAL olaraq biz də hökumətin qərarını gözləyirik.
F.Ağayeva
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 14255 Tarix: 02 iyun 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Səhiyyə Nazirliyindən Səyyad Arana - Cavab
Xəbər verdiyimiz kimi, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında millət vəkili Səyyad Aran səhiyyə naziri ilə bağlı tənqidi fikirlər səsləndirib. "Qafqazinfo" xəbər verir ki, Səhiyyə Nazirliyindən deputatın bu fikirlərinə cavab verilib. "Səhiyyə Nazirliyind
21 sentyabrBakının iki rayonunda İŞIQ OLMAYACAQ
Bu gün Bakı şəhərinin Yasamal və Nizami rayonlarının bəzi ərazilərində təmir-təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərini
21 sentyabrOktyabrın 1-dən bahalaşır - 25 manatdan UCUZ OLMAYACAQ
Oktyabrın 1-dən Azərbaycanda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit genişzolaqlı internet tarifləri vahid minimum həddə - 25 manata keçiriləcək. Dəyişiklik mobil rabitə və mobil internet paketlərinə şamil edilmir, yalnız fiber-optik və ADSL kimi sabit xətt xidmətlərini əhatə edir. Rəsmi iza
20 sentyabr"Sənə hansısa Həsən, Hüseyn yox, deputat zəng edib"
"Mən iki aydır Emin Əmrullayevə zəng edirəm, onu tapa bilmirəm". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Qaradonlu məktəbinin 120 illiyi olacaq. Düzdür, mənə çatan məlumata görə, oktyabrı
21 sentyabrEv təmiri zamanı ən çox hansı problemlər çıxır?
Ev təmiri zamanı köhnə hissələr söküldükcə divar, döşəmə, elektrik və su xətləri ilə bağlı problemlər üzə çıxır. Buna görə ev təmiri etməzdən əvvəl evin vəziyyətini yoxlamaq və görüləcək işləri müəyyən etmək vacibdir. Bu yoxlama hansı hissələrin dəyişdirilməli, hansı hissələrin isə sadəcə təmir edilməl
21 sentyabrİş dəftərləri alınmalıdır, yoxsa yox? Rəsmi qurumdan cavab - Video
Yeni tədris ili başlasa da, valideynləri narahat edən əsas məsələlərdən biri iş dəftərləri və onların qiymətləridir. İTV-yə istinadla xəbər verir ki, valideynlər övladları üçün bu vəsaitləri almaqda çətinlik çəkdiklərini bildirirlər. Məsələ ilə bağlı danışan təhsil eksperti Elçin Əfəndi qeyd edib ki
20 sentyabrBu köhnə 250 manat hərracda YÜKSƏK QİYMƏTƏ SATILDI - VİDEO
Azərbaycanın 1992-ci ildə dövriyyəyə buraxılmış 250 manatlıq köhnə əskinaslarından biri eBay hərracında 169 avroya, yəni təxminən 329 manata satılıb. Bunu -a Azərbaycanlı numizmat Fərhad Məmmədov bildirib. Onun sözlərinə görə, 250 manatlıq əskinas ilk dəfə 1992-ci ildə təqdim edilib və yalnız bir dəf
20 sentyabr