Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilə bilər - AÇIQLAMA
Avqustun 14-də Azərbaycanda gündəlik yoluxanların sayı 3 rəqəmliyə yüksəlib. Belə ki, 103 nəfər koronavirusa yoluxub, 221-i isə sağalaraq evə buraxılıb. Gündəlik yoluxanların sayı artma dinamikası ilə davam edərsə Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilə bilərmi?
Bununla bağlı Sonxeber.az-a danışan deputat Cavid Osmanov bildirib ki, Operativ Qərargahın və Milli Məclisin deputatlarının bəziləri də qeyd etmişdi ki, yumşalmalar olanda sonra yoluxanların sayı arta bilər:
"Təəssüf ki, deyilənlər öz əksini tapdı. İstənilən ölkədə sərt karantin rejimi yumşalmalara doğru gedəndə belə hallar baş verir. Çünki bəzi insanlar hələ də öz sağlamlığını qorumaq düşüncəsi ilə deyil cərimə ödəməmək üçün maskanı çənəsinə və boğazına taxır. Təəssüf ki, belə insanlar hələ də var.
Yumşalmaya gediləndə insanlarda 3 sadə qaydalara əməl etməsi istənilmişdi. O qaydalar maska taxmaq, sosial məsafəni qorumaq və sanitar gigyenik qaydalara əməl etmək idi. Bu 3 məsələ vacibdir. Ancaq bu qaydalara riayət edərək xəstəlikdən az itkilərlə qurtula bilərik. Təəssüf ki, yumşalmalara gediləndən sonra görürük ki, insalar qaydalara əməl etmir.
Bu da təbii olaraq gündəlik yoluxanların sayını artıra bilər. Əslində bugünkü rəqəm o qədər də qorxulu deyil. Amma bu mənfi dinamika davam edərsə,
Operativ Qərargah bütün məsələləri analiz etdikdən sonra yenidən sərtləşməyə doğru gedə bilər. Bu gün dövlətin qarşıya qoyduğu əsas məsələ insanların sağlamlığını qorumaqdır. Əlbəttə dövlət istəməz ki, sərt karantin rejimi tədbiq etsin.
Çünki belə olan halda bütün müəssisələr bağlanılır, sahibkarlıq fəaliyyəti dayanır. Bu da iqtisadiyyata mənfi təsir edir. Bu gün Azərbaycan dövlətinin apardığı siyasətin mərkəzində vətəndaş amili dayanır. Dövlət sərt karantin rejimi tədbiq edilən zaman insanlarımızın sosial vəziyyətinin yaxşılaşdırmaq üçün çox mühüm addımlar atır. Sahibkarlara da dövlət dəstəyi göstərilir. Mənfi dinamika inkişaf edərsə sərt karantin rejimin yenidən tədbiq edilməsi istisna deyil. Hazırda Nazirlər Kabineti yanında Operativ Qərargah vəziyyəti nəzarətdə saxlayır".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 5143 Tarix: 15 avqust 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Zibil qutusunu dolmasını gözləməyin: mütəxəssislərdən xəbərdarlıq
Mətbəxdə zibil torbasını tam dolana qədər saxlamaq gigiyena baxımından düzgün deyil. xəbər verir ki, xüsusilə qida tullantıları olan zibil torbasını uzun müddət evdə saxlamaq bakteriyaların, pis qoxunun və xırda həşəratların yaranmasına səbəb ola bilər. Mütəxəssislərə görə, adi şəraitdə zibil torbasın
13 avqust60 yaşdan yuxarı şəxslər bu səbəbdən BOŞANIR - AÇIQLAMA
Azərbaycanda son illərdə boşanmaların ümumi sayının artması ilə yanaşı, daha yaşlı şəxslər arasında da nikahların pozulması halları diqqət çəkir. Dövlət Statistika Komitəsinin məlumatlarında boşanmaların yaş qrupları üzrə ayrıca izlənildiyi və 2025-ci il üzrə də bu göstəricilərin təqdim edildiyi görünür
13 avqustQeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?
Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraitinin avqustun 17-dək davam edəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, şimşə
13 avqustSabah 37 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında avqustun 15-i hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündü
14 avqustBu şəxslər vergi və ciddi hüquqi risklərlə qarşılaşa bilər - XƏBƏRDARLIQ
Əmlakın, xüsusilə də qeyri-yaşayış sahəsinin fərdi sahibkara icarəyə verilməsi zamanı tərəflər arasında yazılı müqavilənin olmaması həm hüquqi, həm də vergi baxımından müəyyən risklər yarada bilər. İcarə münasibətlərinin rəsmiləşdirilməsi, ödənişlərin sənədləşdirilməsi və vergi öhdəliklərinin düzgü
14 avqustSabah çimərliklərdə hava şəraiti necə olacaq?
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, avqustun 14-ü çimərliklərdə şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində: (Sumqayıt
13 avqustŞamil Əliyevə Naxçıvanda yüksək VƏZİFƏ VERİLDİ - FOTO
Şamil Məmmədsaleh oğlu Əliyev Naxçıvan Regional DOST Mərkəzinə direktor müavini təyin edilib. xəbər verir ki, bu barədə DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov əmr imzalayıb. Əmrə əsasən, Şamil Əliyev, həmçinin Naxçıvan Regional DOST Mərkəzinin direktorunun səlahiyyətlərini icra edəcək
13 avqust