Vəzifəsindən suistifadə edən məmurlar hissə-hissə dəyişməlidir-DEPUTAT

Vəzifəsindən suistifadə edən məmurlar hissə-hissə dəyişməlidir-DEPUTAT"Bu gün bütün sahələrdə islahatların aparılmasına ehtiyac var".

Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə deyib.

Deputat qeyd edib ki, cənab prezident tərəfindən bir çox sahələrdə aparılan islahatlar davam etməkdədir:

"Bir müddət əvvəl icra başçıları, nazir müavinləri və digər vəzifəli şəxslər həbs edildi.
Düşünürəm ki, səlahiyyətindən sui istifadə edib, vətəndaşları incidən, onların mallarını, pullarını mənimsəyən hər bir məmur üçün bu həbslər davam edəcək.Təəssüf ki, vəzifələrini doğru icra etməyən və verilən tapşırıqları zamanında yerinə yetirməyən bəzi məmurlar var. Belə ki, suvarma suyu ilə bağlı dövlətdən vəsait ayrılır. Bir neçə müddətdir ki, su problemi ortaya çıxdı. Cənab prezident tapşırıq verəndən sonra bu məsələyə məsuliyyət artdı. Artıq xəbərlərdə eşidirik ki, flan rayonun və kəndin su ilə bağlı problemi həll edildi. Problem necə həll olundu?

Hansı kanalın qarşısı açıq idisə onun tutub yönləndirdilər həmin rayona. Təbii ki,bunu cənab prezident deməmişdən öncə də edə bilərdilər. O biri işlər də eləcə. Xatırlayırsınızsa bizim işıqla bağlı problemimiz hər zaman gizlədilirdi. Lakin bütün ölkə üzrə işıqlar sönən zaman problemlər aşkara çıxdı. Ona kimi cənab prezidentə informasiya çatdırılırdı ki, hər şey yaxşıdı. Sonra bəlli oldu ki, ayrılan vəsaitlər adiyyəti üzrə xərclənməyibdir. Cənab prezidentin apardığı islahatlardan sonra bu sahədə olan problem aradan qaldırıldı. Yenə də insan faktoru öz sözünü dedi".

Deputat vurğulayıb ki, cənab prezident hər dəfə keçirdiyi müşavirələrdə problemlərlə bağlı suallar verir:

"Bəzi məmurlar cənab prezidentin problemlərlə bağlı verdiyi sualı cavablandıra bilmir. Bu bir daha onu göstərir ki, bəzi məmurlar öz vəzifələrinin öhtəsindən gələ bilmirlər. Əgər bu kimi hallar olmasaydı bugünkü həbslər də olmazdı. İcra başçısı hansı yollarla o qədər milyonlara sahib ola bilir? Kimə havayı gətirib milyonlar verirlər?

Bir də görürsən qanunsuz villalar və binalar tikilir. Amma nədənsə bunlardan icra başçısının xəbəri olmur. Bu gün heç kim evində bir mismar vura bilmir. O saat vətəndaşın başının üstünü kəsdirirlər. Necə ola bilər ki, o boyda bina və vilalar tikilir, amma xəbərləri olmur.

Dağda yaşayan kəndçi kimin nə aldığından xəbəri olur. Amma onların heç nədən xəbərləri olmur. Belə şey olar. Ona görə də hesab edirəm ki, səlahiyyətindən suistifadə edən, ona tapşırılan işi zamanında görməyi bacarmayan və ancaq öz maddi təminatını düşünən məmurlar hissə-hissə dəyişməlidir. Yerlərinə savadlı, vətənpərvər və xalqı üçün çalışan gənclər gəlməlidir. Gənclərimiz üçün yaşamağa və işləməyə münasib şərait olsa, onlar üçün yetərlidir. Bu gün o məmurlardan fərqli olaraq gənclərimiz vətəndaşlarımızın problemləri ilə yaxından maraqlanaraq, ən qısa müddətdə problemin aradan qaldırılması üçün çalışırlar. Ona görə də düşünürəm ki, aparılan islahatların davam etdirilməsi vacibdir".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1840   Tarix: 14 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto

Noyabrın 6-da Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin təşəbbüsü və Sevilya Şəhər Şurasının dəstəyi ilə İspaniyanın Sevilya şəhərində möhtəşəm aksiya keçirilib. xəbər verir ki, Azərbaycan xalqı üçün ən əziz və qürurverici tarixlərdən biri olan 8 Noyabr - Zəfər Gününə həsr olunmu

7 noyabr
.

PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI

Məlum olduğu kimi, 2027-ci ildə Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının artırılması nəzərdə tutulur. Belə ki, gələn il üçün ölkə üzrə yaşayış minimumu 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat müəyyənləşdiriləcək. Ehtiya

8 noyabr
.

Şuşanın işğaldan azad olunmasından altı il ötür - Video

Bu gün Şuşanın işğaldan azad olunmasından altı il ötür. Şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub. Beləliklə, erməni işğalçılarından təmizlənən şəhəri

8 noyabr
.

SOCAR Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx paylaşdı

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 8 Noyabr - Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, videoçarx şirkətin sosial şəbəkə hesabında paylaşılıb. "Qarabağda yenidən canlanan həyatda, sevincdən dolan gözlərdə, dalğalanan bayrağımızda - Zəfərimizin bütün rənglər

7 noyabr
.

Mənzillərdəki kompüter, notbuk, planşetlər qeydiyyata alınacaq

Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. -a istinadla xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internetə çıxışı

8 noyabr
.

Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Noyabr ayının pensiyalarının ödəniləcəyi tarix məlum olub. -ın əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfndən Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının noyabrın 13-də ödənilməsi nəzərd

8 noyabr
.

"Haber Global": 44 gündə yazılan dastan - Video

"Qəhrəman Azərbaycan Ordusunun 44 gün ərzində torpaqlarını işğaldan azad etdiyi 8 Noyabr qardaş ölkənin ən xoşbəxt və mübarək günüdür. Eyni zamanda, bütün Türk dünyasının qürur günüdür". xəbər verir ki, bu fikirlər "Haber Global" telekanalının 8 Noyabr - Zəfər Günü münasibətilə hazırladığ

7 noyabr
.

Azercell Zəfər Gününə həsr olunan videoçarx hazırlayıb

44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümü ilə əlaqədar Azercell şirkəti xüsusi videoçarx təqdim edib. xəbər verir ki, videoçarxda baba və nəvənin Qarabağa səfərindən bəhs olunur. Süjet xətti iki nəslin nümayəndələrinin birlikdə Qarabağa yollanması və doğma torpaqlarla bağlı yaşantılar

7 noyabr
.

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı

6 noyabr