Ərdoğandan Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA - VİDEO
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ səfəri öncəsi media əməkdaşları üçün mətbuat konfransı təşkil edib.
Yeniacg.az "Haber Global"a istinadən xəbər verir ki, dövlət başçısı Ermənistan Baş naziri Nikol Paşinyan və Yunanıstan Baş naziri Kiryakos Miçotakisin açıqlamalarına münasibət bildirib.
Ərdoğan Paşinyanın Zəngəzur dəhlizinin açılması əlehyinə səsləndirdiyi fikirləri belə şərh edib.
"Bir tərəfdən bunu deyib, digər tərəfdən mənlə görüşmək istəməsi hər halda düşündürücü məqamdır. Əgər Tayyip Ərdoğanla görüşmək istəyirsənsə, bəlli addımlar atılmalıdır. Biz görüşlərə qapalı deyilik. Gürcüstan baş naziri Ermənistan baş nazirinin görüşməklə bağlı təklifini mənə çatdırıb. Ancaq bunun üçün Ermənistan müsbət addımlar atmalıdır. Bu görüş baş tutarsa, Türkiyə də diplomatik əlaqələrə başlayar. Zəngəzur koridorunun açılması siyasi məsələdir. Ümid edirəm ki, sözügedən dəhlizin açılması ilə Azərbaycan-Ermənistan münasibətlərindəki çətinlik aradan qalxacaq", - deyə Ərdoğan bəyan edib.
Türkiyə prezidenti Yunanıstanın baş naziri Kiryakos Miçotakisin açıqlamalarıyla bağlı da öz fikrini bildirib.
"Miçotakisin ABŞ-da görüş istəyini qarşılayacağıq. Təəssüf ki, verdiyi bu açıqlamada arzuolunmaz ifadələr var. Bununla bağlı Xarici İşlər Nazirliyimiz lazımi izahat verib. Bu işdə nə qədər səmimi olduqlarını və müqavimət göstərəcəklərini görəcəyik. Türkiyə heç kimin qapısının qulu deyil. Qarşımızda vicdanla atılacaq addımları görməliyik", - deyə dövlət başçısı qeyd edib.
Xatırladaq ki, Ərdoğan BMT Baş Assambleyasına qatılmaq üçün ABŞ-a yollanıb.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 5264 Tarix: 19 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Zəfərin Xankəndidən ucalan səsi
Elə tarixi anlar var ki, sanki zaman dayanır, keçmişin ağrıları, bugünün qüruru və gələcəyin əzəməti göz önündə canlanır. Elə məkanlar var ki, oradan səslənən sözlər adi müraciət çərçivəsini aşaraq bütöv bir xalqın tarixi yaddaşına, milli iradəsinə və dövlətçilik salnaməsinə həkk olunur. 8 Noyabr - Zəfə
11 noyabrXankəndidə qələbə təntənəsinin nümayişi
Zəfər Gününün altıncı ildönümü ərəfəsində Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzura səfəri bir daha göstərir ki, Azərbaycan üçün 8 Noyabrın mahiyyəti azad edilmiş torpaqlarda hər gün yenidən təsdiqlənir. Bir vaxtlar düşmənin viran qoyduğu kəndlərdə evlərin işıqları yanır, məktəblərin qapılar
11 noyabrAzərbaycan XİN Türkiyəyə başsağlığı verdi
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin İzmir şəhərində baş verən partlayışla bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "Qardaş Türkiyənin İzmir şəhərində fabrikdə baş vermiş partlayış nəticəsində insan tələfatı və xəsarət alanların olması xəbəri bizi dərində
9 noyabrTürkiyə Prezidenti Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib. xəbər verir ki, Prezident bu barədə Azərbaycana rəsmi səfərindən dönərkən təyyarədə jurnalistlərə açıqlamasında danışıb. "Mən azərbaycanlı qardaşlarımızı Zəfər Günü münasibətilə bir dah
9 noyabrİki qardaş dövlətin sarsılmaz birliyinin təsdiqi
8 Noyabr 2026-cı il - Zəfər Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə görüşü iki qardaş dövlətin sarsılmaz münasibətlərini, tarixi bağlılığını və gələcəyə yönələn strateji iradəsini bir daha nümayiş etdirdi. Azərbaycanın dövlətçilik tarixind
11 noyabrÖzgür Özəl Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Türkiyə Yeni Partiyasının sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. APA xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyevin sosial media hesabında paylaşım edilib. Qeyd olunub ki, Özgür Özəl Zəfər Günü münasibətilə dövlətimizin başçısına və Azərbaycan xalqına təbriklərini çatdırmışdır. Dövlətimizi
9 noyabr