2 şəhidin abidəsi ucaldılan park baxımsız qalıb, yolları kələ-kötürdür - ŞİKAYƏT - FOTO
Daha öncə də xəbər verdiyimiz kimi, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi sakinləri Şəhid Ramiz Aboyev adına mədəniyyət və istirahət parkının baxımsızlığından narazıdırlar.
Sonxeber.az-ın məlumatına görə, sakinlər bildirir ki, günün bütün saatlarında istirahət üçün istifadə etdikləri, uşaqların oynadığı bu məkanda hava qaralandan sonra oturmaq, gəzmək mümkün deyil. Park qaranlıqdır, karusellərin isə bir çoxu işləmir, uşaqlarını araba ilə gəzdirən analar yolların kələ-kötürlüyündən əziyyət çəkirlər.
Şikayətçi bildirir ki, 2-3 karusel var idi, onları da söküblər:
"Parkda olan toklu maşın, yelləncək, "vikinq", delfin və başqa attrksionları çıxarıb aparıblar. Uşaqlar tokla işləməli olan karuselləri əlləri ilə işlədib oynayırdılar. Onları götürüb, parkın düz ortasına başqa 2 ədəd karusel qoyublar, park çox səliqəsiz görünür".
Xatırladaq ki, İ.Hidayətzadə küçəsi 16 ünvanında yerləşən istirahət parkı 1961-ci ildə Sovetlər dövründə yaradılıb. Sahəsi 6 hektardır. Parkda çoxsaylı iaşə və ticarət obyektləri ilə yanaşı, Binəqədi seçki dairəsi də fəaliyyət göstərir.
Bundan əlavə, parkda 2 şəhidin abidəsi var. Biri - şəhid Aboyev Ramiz Nazim oğlu - Qarabağ müharibəsi başlayan zaman, həqiqi hərbi xidmət keçməsinə baxmayaraq, könüllü olaraq özünümüdafiə batalyonunun Şuşa şəhərində ordu sıralarına yazılıb və kəşfiyyatçı olub.
İkinci şəhid isə 1992-ci ildə şəhid olan Hüseynov Arif Qasım oğludur.
Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, cavab verən olmadı. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Aysel Səfərzadə






















Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1752 Tarix: 20 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Fəhmin Hacıyevin həyat yoldaşı vəfat etdi
Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının keçmiş komandanı Fəhmin Hacıyevə ağır itki üz verib. -a istinadən xəbər verir ki, Fəhmin Hacıyevin xanımı Laləzar Hacıyeva uzun illər sürən ağır xəstəlikdən sonra bu səhər dünyasını dəyişib. Məlumat sosial şəbəkədə yayılıb. Allah rəhmət eləsin!. Qeyd edək ki
12 noyabrVəfat edən rəisin yerinə müavini gətirildi (FOTO)
Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinə yeni rəhbər təyin edilib. Qaynarinfo-nun məlumatına görə, bu vəzifəyə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəis müavini Sadıxov Əlisultan Sənan oğlu gətirilib. Qeyd edək ki, Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional Mədəniyyə
12 noyabrEyni binada mənzillərin qiyməti niyə kəskin fərqlənir? - EKSPERTDƏN AÇIQLAMA
Eyni binada yerləşən mənzillərin qiymətləri arasında bəzən ciddi fərqlər müşahidə olunur. Bu fərqə mənzilin yerləşdiyi mərtəbə, sahəsi, otaqların planlaşdırılması, təmiri, mənzərəsi, günəş işığı alması, binanın infrastrukturu və sənədləşmə vəziyyəti kimi amillər təsir edə bilər. Lakin bəzi hallarda oxşa
11 noyabrAslan Fətullayevin nəşi Bakıya gətirildi
Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayevin nəşi Moskvadan Bakıya gətirilib. xəbər verir ki, bu məlumatı -a açıqlamasında Azərbaycan Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova verib. "Aslan müəllimin nəşi bu gün səhər saat 05:30-da Moskvadan gətirilib. Direktorumuz
12 noyabr12-13 yaşlı uşaqların erkən münasibətlərə marağı NƏDƏN QAYNAQLANIR?
Son dövrlər yeniyetmələrin, xüsusilə 12-13 yaşlı uşaqların evdən qaçması və erkən yaşda sevgi münasibətlərinə maraq göstərməsi valideynlər və cəmiyyət arasında narahatlıq yaradır. Bu davranışların arxasında ailədaxili münaqişələr, valideynlərlə ünsiyyətin zəif olması, diqqət və sevgi ehtiyacının qarşılanmaması
12 noyabrNatiq Əliyevin qızından şikayətçi olan da general imiş (FOTO)
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub. "Qafqazinfo"ya istinadla xəbər verir ki, Türkərdən şikayət edənlərdən biri Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyət
12 noyabr