Pandemiya ərzağı bahalaşdırdı - VİDEO
Aparıcı ölkələrin bazara təminatsız pul buraxması qiymətləri qaldırdı
Milli.Az Real TV-yə istinadən xəbər verir ki, əksər beynəlxalq analitika qurumları hazırda dünya bazarında tüğyan edən bahalaşmanı pandemiyanın yaratdığı iqtisadi tənəzzülü aradan qaldırmaq üçün atılan addımlarla izah edirlər.
Onların fikrincə, ABŞ və Almaniya kimi aparıcı ölkələrin mərkəzi banklarıNIn pandemyanın vurduğu ziyanı kompensasiya etmək üçün iqtisadiyyata milyardlarla təminatsız pul buraxması fond bazarlarında tarazlığı pozub, ərzaq və aqrar xammal qiymətlərini artırıb. Yəni bazarda pul artıb, təklif olunan ərzaq isə pandemiya şəraitində azalıb.
Bu proses 2021-ci ilin əvvəlində qlobal taxıl ehtiyatlarının nəzərəçarpacaq dərəcədə azalması ilə daha da kəskinləşdi. Üstəlik, Rusiya və bir sıra başqa ölkələr ixrac kvotaları tətbiq etməyə başlayıblar və xarici bazarlara ixrac olunan buğda üçün gömrük rüsumlarını artırıblar. Nəticədə, dünya üzrə taxıl məhsullarının qiyməti avqustda 2020-ci ilin avqust ayı ilə müqayisədə 31 faiz artıb.
Bu marafonda buğdanın qiyməti xüsusilə bahalaşıb və ötən ilin avqustu ilə müqayisədə 43,5 faiz artım qeydə alınıb. Məsələn, keçən ilin avqustunda dünya bazarında buğdanın tonu 190 dollardan satılırdısa, bu il avqustunda birja qiymətləri 290 dollara qədər qalxıb. Azərbaycanın əsas buğda təchizatçılarından biri olan Rusiyada isə ərzaq buğdasının qiyməti 300 dollara çatıbı.
Taxılın bahalaşması avtomatik olaraq heyvandarlıq məhsullarını da bahalaşdırıb. Məsələn, dünya bazarında ət məhsullarının qiymətləri 2020-ci ilin iyul ayı ilə müqayisədə 22 faiz artıb. Bu, digər aqrar məhsulların da bahalaşmasına səbəb olub. Təkcə avqust ayında bitki yağları 6,7 faiz, şəkər isə 9,6 faiz bahalaşıb.
Lakin beynəlxalq analitiklər bunu bahalaşmanın son həddi saymırlar. Ərzaq sektorunda fəaliyyət göstərən iri şirkətlərin ekspertləri düşünürlər ki, yaxın iki - dörd il ərzində qarğıdalı, soya paxlası və buğda bazarlarında qiymətlər artmaqda davam edəcək. Çünki pandemiyanın təsirlərini aradan qaldırmaq üçün dünya iqtisadiyyatına uzun illər lazım gələcək.
Analitiklər öz fikirlərini tutarlı səbəblərlə izah edirlər. Birincisi, 2021-2022-ci illər mövsümündə heyvandarlıqda yemə tələb artacaq, həmçinin ərzaq istehlakında da artım gözlənilir, insanlar immuniteti yüksəkltmək üçün daha yaxşı və kalorili qidalanmağa üstünlük verirlər. Beynəlxalq analitkilərin fikrincə, bahalaşma həmçinin nəqliyyat xərclərindəki kəskin artımla bağlı olacaq ki, bu da idxal edilən ərzağın qiymətini daha da artıracaq./milli.az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
Azərbaycanın bu şəhərində 40-a yaxın bina söküləcək - 2000 AZN kompensasiya...
10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
2027-ci ildə pensiyalar 7,5 faiz artacaq: Pensiyaçılar nə qədər qazanacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Nazir pensiya artımı ilə bağlı ŞAD XƏBƏR VERDİ
Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
Fatma Mahmudova: "Qızıma aldığım mebellərin qapısı açılmamış qaldı"
Bakıda BMW-nin körpüdən aşmasının anbaan görüntüləri
Qonşunuz həyətinizin bir hissəsini zəbt edibsə, torpağınızı necə geri ala bilərsiniz? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
9 gün iş olmayacaq
Arvadının iynə vurduğu kişi öldü
Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib
Alman və fransız dili tədrisi, ingilis dili tələbi: Bölgə gənclərinin iş tapmaq problemi - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Səudiyyədə nikahdankənar uşaq dünyaya gətirən qadına 100 şallaq cəzası verildi
General Natiq Əliyevin qızı saxlanıldı (FOTO)