Açıq-saçıq mesajlar, ikinci xəyanət və atanın qatil olması – İSTİNTAQ MATERİALLARI

Açıq-saçıq mesajlar, ikinci xəyanət və atanın qatil olması – İSTİNTAQ MATERİALLARI1954-cü ilin Xaçmaz rayonunun Nərəcan kəndində anadan olan F. Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (Qəsdən adam öldürmə) təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib.

Öldürdüyü şəxs isə öz doğma qızıdır. Qızını (İ.) ona görə öldürüb ki…

Oxu.Az həmin cinayət işi üzrə istintaq materiallarını incələyib.

F. və X. (arvadı) ailə qurublar, nikahlarından 6 övladları dünyaya gəlib. Biri qız, digərləri isə oğlan.

Qızın bəxti elə ilk ailə həyatından gətirmir, onun birinci ailə həyatı boşanma ilə nəticələnir. 2004-cü ildə İ. ikinci dəfə ilə ailə həyatı qurur. İ.-nin R. ilə nikahı onlara iki oğul övladı bəxş edir. Bakıda, Xətai rayonunda həyət evində yaşayırlar, hər şey yaxşıdır. Normal ailə həyatı 2018-ci ilin fevral ayına qədər davam edir.

Həmin ildə ərin arvadının ona xəyanət etməsindən şübhələnməsi ilə münasibətlərdə aqressiv davranışlar yaranır.

İstintaq materiallarına əsasən, ər həmin tarixdə arvadının telefonuna çoxlu mesaj və zənglərin gəldiyini, İ.-nin həmin mesajları ondan gizlətdiyini, zənglərə isə başqa otağa gedib cavab verdiyini görür.

Həyat yoldaşından telefonunu istədikdə isə o, müxtəlif bəhanələr gətirərək telefonunu ondan gizlədir.

Ər isə nəhayət fürsət tapıb arvadının telefonuna baxa bilir, şübhələrində yanılmadığına əmin olur. Görür ki, arvadına başqa kişilərdən çoxlu sayda mesajlar və zənglər gəlib. Aralarında mübahisə yaranır, ər fiziki güc tətbiq etmir, sakit şəkildə evi tərk edib gedir. Söhbət İ.-nin atasına çatır, o, arvadını götürüb Bakıya gəlir və kürəkəni ilə qızını barışdırır.

İ. üzr istəyir, bir daha belə şeylər etməyəcəyinə söz verir. R. həm İ.-ni sevdiyindən, həm də uşaqları balaca olduğundan onu bağışlayır.

Bu tempdə münasibətləri davam edir, lakin bu xoş münasibətin ömrü çox çəkmir.

Ər təxminən 2020-ci ilin avqustunda yenidən arvadının telefonuna çoxlu zənglər və mesajlar gəldiyini hiss edir.

Həyat yoldaşı hamamda olduğu zaman döşəyin altından onun telefonunu tapıb götürür. Telefondakı məlumatlarla tanış olduqda onun çox sayda kişilərlə açıq-saçıq söhbətlər etdiyini, həmin şəxslərlə ünsiyyətdə olduğunu görür, həmin yazı və məlumatları onun telefonundan öz telefonuna ötürür.

İ. hamamdan çıxdıqdan sonra ər onu sual yağışına tutur. Qadın cavabında ərinin ünvanına nalayiq sözlər işlədir.

R. yenə də zora əl atmır, uşaqlarını da götürüb anasıgilə gedir. Vəziyyət barədə qayınatasını da məlumatlandırır.

R. bu müddətdə qaynına da xəbər verir, ona yazışmaların mətnini göndərir.

İ.-nin atası Bakıya gəlir, qızının evinə gedir, normal danışırlar. İ. ərinə xəyanət etmədiyini deyir. Bir gün keçdikdən sonra, 2020-ci ilin dekabrın 30-da qızına israr edir ki, ağlını başına yığsın və ərinə geri qayıtsın.

Qız isə atasına pis cavab verir, ona "alçaq", "vicdansız" deyərək təhqir edir, "mənim işimə burnunu soxma, nə istəyirəm edirəm" deyir. Ata qızının ərinə xəyanət etdiyinə əmin olur, əsəbiləşir, səbrinin daşdığını görür, qızını öldürmək qərarına gəlir.

Dəhlizdə yerdən dəmir materiallı idman qantelini götürüb mətbəxə keçir, arxadan İ-nin başının ənsə nahiyəsindən bir dəfə vuraraq yerə yıxır.

Niyyətini başa çatdırmaq üçün hərəkətlərini davam etdirib sinəsində oturaraq əlləri ilə boğur.

Qəsdən qızını həyatdan məhrum edir və könüllü şəkildə polisə təslim olur.

F. haqqında Bakı Ağır Cinayətlər Məhkəməsi 2021-ci ilin 24 sentyabrında hökm çıxarıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1991   Tarix: 21 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İşə qəbulda 30 yaş məhdudiyyəti, pensiyada 65 yaş - Vətəndaş 35 il necə dolanmalıdır? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda əmək bazarında işə qəbul zamanı yaş amili yenidən müzakirə mövzusuna çevrilir. İstər dövlət, istərsə də özəl sektorda bir çox vakansiyalarda 18-30 yaş aralığında namizədlərə üstünlük verilməsi daha yaşlı işaxtaranların məşğulluq imkanlarını məhdudlaşdırır. Halbuki ölkədə pensiya yaşı 6

12 noyabr
.

General Natiq Əliyevin qızı saxlanıldı (FOTO)

General-mayor Natiq Əliyevin mediator qızı Türkər Əliyeva saxlanılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, general qızı xüsusilə külli miqdarda dələduzluqda və nüfuz alverində şübhəli bilinir. İttihama görə, Türkər Əliyeva torpaq sahəsinin sənədləşdirilməsinə kömək etmək adı ilə bir nəfərdə

12 noyabr
.

Nazir pensiya artımı ilə bağlı ŞAD XƏBƏR VERDİ

Cari ildə Azərbaycanda inflyasiya gözləntisi və faktiki rəqəm artıq 5,6 % təşkil edir, 10 aylıq məlumatlar əsasında növbəti il üçün proqnozlaşdırılan göstərici isə 5,3 %-dir. report-a istinadən xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə

11 noyabr
.

Azərbaycanda Konstitusiya Günüdür

Bu gün Azərbaycan Respublikasının əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür. Ölkə Konstitusiyası 30 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu vasitəsilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ilk Konstitusiyası idi. Azərbaycan dövlətinin ilk Konstitusiyas

12 noyabr
.

Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında noyabrın 11-i gündüzdən 12-dək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var

10 noyabr
.

Azərbaycançılıq ideyası - milli birliyimizin, dövlətçilik ənənələrimizin və gələcəyimizin əsas təməli

". Azərbaycançılıq ideyası xalqımızın milli kimliyini, tarixi yaddaşını, mənəvi dəyərlərini, dövlətçilik ənənələrini və müstəqillik iradəsini özündə birləşdirən fundamental ideoloji məfkurədir. Bu ideya yalnız milli mənsubiyyətin ifadəsi deyil, eyni zamanda Azərbaycan cəmiyyətinin vahid amal, ümum

12 noyabr
.

Maşında musiqiyə qulaq asanlar cərimələnəcək

Gecə saatlarında avtomobillərdə yüksək səslə musiqi dinlənilməsi, eləcə də mənzillərdə səsin həddindən artıq artırılması sakinlərin narahatlığına səbəb olur. Xüsusilə gecə istirahət etmək istəyən insanlar bu cür hallarla tez-tez qarşılaşırlar. -a istinadən xəbər verir ki, Azərbaycanda gecə saatlarınd

12 noyabr
.

Gecə səs-küy salan qonşuları hansı cəza gözləyir? - AÇIQLAMA

Gecə saatlarında yaşayış binalarında yüksək səslə musiqi dinlənilməsi, təmir işlərinin aparılması və digər səs-küy yaradan hallar sakinlər arasında narazılığa səbəb olur. İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsi gecə vaxtı dincliyin pozulmasına görə məsuliyyət nəzərdə tutur. Lakin bu normanın tətbiqind

12 noyabr
.

"Vital Hospital"da laborant baş tibb bacısı işləyib - Klinika cərimələndi

Bakıda "Vital Hospital" kimi tanınan "Sağlamlıq və Gözəllik Mərkəzi" MMC-də aparılan plandankənar yoxlama zamanı qanun pozuntusu aşkarlanıb. Qaynarinfo-nun məlumatına görə, yoxlama nəticəsində laborant ixtisası üzrə sertifikatı olan şəxsin klinikada əvvəlcə tibb bacısı, daha sonr

11 noyabr