Gecə səs-küy salan qonşuları hansı cəza gözləyir? - AÇIQLAMA
Gecə saatlarında yaşayış binalarında yüksək səslə musiqi dinlənilməsi, təmir işlərinin aparılması və digər səs-küy yaradan hallar sakinlər arasında narazılığa səbəb olur. İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsi gecə vaxtı dincliyin pozulmasına görə məsuliyyət nəzərdə tutur. Lakin bu normanın tətbiqində səs-küyün necə qeydə alınması, şikayətin hansı quruma ünvanlanması və pozuntunun hansı sübutlarla təsdiqlənməsi mühüm əhəmiyyət daşıyır.
Bəs, gecə saatlarında səs-küydən narahat olan sakinlər hara müraciət etməli və şikayətlərini necə rəsmiləşdirməlidirlər? Polis belə hallarda pozuntunu hansı qaydada qeydə alır və cərimə tətbiq etmək üçün hansı sübutlar əsas götürülür?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən vəkil Cavanşir Qasımzadə bildirib ki, səs-küyə səbəb olan hüquqpozmalarla qarşılaşdıqda yaşadıqları ərazi üzrə polis idarəsinə və ya ən yaxın polis bölməsinə müraciət edə bilərlər.
"Eyni zamanda, 102 xidmətinə zəng edərək şikayətlərini bildirə bilərlər. 102 xidmətinə edilən müraciət müvafiq polis idarəsinə, oradan isə aidiyyəti polis bölməsinə yönləndirilir. Bundan sonra polis əməkdaşları hadisə yerinə gəlir və ya ərazi üzrə sahə inspektoruna məlumat verilir. Hadisə ilə bağlı müvafiq akt tərtib olunur, qanunvericiliyə uyğun cərimə tətbiq edilir və hüquqpozmanı törədən şəxsin üzərinə həmin hərəkəti dayandırmaq öhdəliyi qoyulur.
Sübut məsələsinə gəldikdə, müvafiq polis orqanının əməkdaşları tərəfindən tərtib edilən akt mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, polis əməkdaşları hadisə yerinə gələnədək səs-küyü əks etdirən audio və ya video görüntülərin qeydə alınması da sübut baxımından əhəmiyyətli rol oynaya bilər".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 209 Tarix: 12 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Musiqi adı altında uşaqlara hansı dəyərlər aşılanır? - PSİXOLOQDAN AÇIQLAMA
Son dövrlər azyaşlı uşaqlar arasında narkotik maddələri, cinayətkar həyat tərzini və həbsxana mühitini təbliğ edən mahnılara maraq diqqət çəkir. Xüsusilə sosial şəbəkələr və musiqi platformaları vasitəsilə yayılan bu cür mahnılar uşaqların gündəlik dinlədiyi musiqilərin bir hissəsinə çevrilir. Mahnıları
11 noyabrTeymur Musayevə yeni vəzifə verildi
Nazirlər Kabineti yanında uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri dəyişib. "Qafqazinfo" xəbər verir ki, baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, komissiyanın yeni sədri baş nazirin müavini Teymur Musayev təyin olunub. Qeyd edək ki, bu təyinatadək Nazirlə
12 noyabrGecə səs-küy salan qonşuları hansı cəza gözləyir? - AÇIQLAMA
Gecə saatlarında yaşayış binalarında yüksək səslə musiqi dinlənilməsi, təmir işlərinin aparılması və digər səs-küy yaradan hallar sakinlər arasında narazılığa səbəb olur. İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsi gecə vaxtı dincliyin pozulmasına görə məsuliyyət nəzərdə tutur. Lakin bu normanın tətbiqind
12 noyabrNazir pensiya artımı ilə bağlı ŞAD XƏBƏR VERDİ
Cari ildə Azərbaycanda inflyasiya gözləntisi və faktiki rəqəm artıq 5,6 % təşkil edir, 10 aylıq məlumatlar əsasında növbəti il üçün proqnozlaşdırılan göstərici isə 5,3 %-dir. report-a istinadən xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə
11 noyabrPolad Həşimovun anasının son durumu (AÇIQLAMA)
Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. xəbər verir ki, Sumqayıt Tibb Mərkəzindən -a verilən məlumata görə, 1949-cu il təvəllüdlü şəxsin müalicəsi Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasında davam etdirilir:. "Hazırd
12 noyabrƏməkdar artist Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək
Almaniyanın Fulda şəhərində vəfat edən bəstəkar, orqan ifaçısı və pianoçu-improvizator, Əməkdar artist Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək. Bu barədə Qaynarinfo-ya Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, komitənin tabeliyindəki Azərbayca
12 noyabrMənşəyi bilinməyən toyuq əti hansı təhlükələri yaradır? - EKSPERTDƏN AÇIQLAMA
Zabrat qəsəbəsindəki ət emalı müəssisəsində mənşəyi məlum olmayan və müşayiətedici sənədləri olmayan toyuq ətinin aşkarlanması qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Mənşəyi və saxlanma şəraiti bilinməyən məhsullar bakterial çirklənmə, qida zəhərlənməsi və müxtəlif infeksiyalar baxımında
12 noyabr