"OBA" marketlər şəbəkəsi yeni tədris ili münasibətilə şəhid və qazi ailələrinin övladlarına məktəb ləvazimatları paylayıb
Xeyriyyə tədbirləri və sosial aksiyaları ilə seçilən "OBA" marketlər şəbəkəsinin həyata keçirdiyi layihələr içərisində şəhid ailələri və qazilərə dəstək xüsusi yer tutur. Keyfiyyətli məhsullar və münasib qiymətlərlə 5 ildir müştərilərinə qonşu olan "OBA" marketlər şəbəkəsi növbəti layihəsini Ağdam və Beyləqan rayonu ərazisində məskunlaşmış şəhid və qazi ailələrinin övladları üçün keçirib.
Layihə çərçivəsində "OBA" marketlər şəbəkəsi kollektivi yeni tədris ilinin başlaması münasibətilə Ağdam və Beyləqan rayonlarının şəhid və qazi övladları ilə görüşüb. Həmin rayonlarda yaşayan 150-yə yaxın şagirdə məktəb ləvazimatları ilə yanaşı, ərzaq hədiyyələri və oyuncaqlar təqdim edilib.
"OBA" marketlər şəbəkəsinin Marketinq Kommunikasiyaları şöbə müdiri Fəzilət Səmədova bildirib ki, bu layihələrin məqsədi şəhid və qazi ailələrinə dəstək olmaqdır:
"OBA" marketlər şəbəkəsi olaraq korporativ sosial məsuliyyət tədbirlərimiz çərçivəsində Vətən müharibəsində iştirak edən qazi və şəhid övladlarını bilik günü münasibəti ilə təbrik etməyə gəldik. Ağdam rayonunun Quzanlı kəndində və Beyləqan rayonunun Kəbirli kəndində yaşayan 100-dən çox şəhid və qazi övladlarını məktəb ləvazimatları ilə yanaşı ərzaq hədiyyələri və oyuncaqlarla təmin etdik. Bizim üçün hər bir şagirdin sevinci bir hədiyyədir".
Tədbir zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş şəhid və qazilərin övladları onlara təqdim olunan hədiyyələrə sevinib, gətirilən oyuncaqları və məktəb ləvazimatlarını maraqla qarşılayıblar.
Şəhid və qazi ailələri tədbirin sonunda diqqət və qayğıya görə "OBA" marketlər şəbəkəsinə təşəkkürlərini bildiriblər.
"Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "OBA Market" MMC ölkə üzrə 1000-ə yaxın mağazası və 5000-dən çox əməkdaşı ilə vətəndaşlarımıza xidmət etməkdən qürur duyur! "Elimizin hər yanı, "OBA"mızın ünvanı""





Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1343 Tarix: 21 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
General Natiq Əliyevin qızı saxlanıldı (FOTO)
General-mayor Natiq Əliyevin mediator qızı Türkər Əliyeva saxlanılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, general qızı xüsusilə külli miqdarda dələduzluqda və nüfuz alverində şübhəli bilinir. İttihama görə, Türkər Əliyeva torpaq sahəsinin sənədləşdirilməsinə kömək etmək adı ilə bir nəfərdə
12 noyabrNazir pensiya artımı ilə bağlı ŞAD XƏBƏR VERDİ
Cari ildə Azərbaycanda inflyasiya gözləntisi və faktiki rəqəm artıq 5,6 % təşkil edir, 10 aylıq məlumatlar əsasında növbəti il üçün proqnozlaşdırılan göstərici isə 5,3 %-dir. report-a istinadən xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə
11 noyabrAzərbaycanda Konstitusiya Günüdür
Bu gün Azərbaycan Respublikasının əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür. Ölkə Konstitusiyası 30 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu vasitəsilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ilk Konstitusiyası idi. Azərbaycan dövlətinin ilk Konstitusiyas
12 noyabrBakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında noyabrın 11-i gündüzdən 12-dək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var
10 noyabrMaşında musiqiyə qulaq asanlar cərimələnəcək
Gecə saatlarında avtomobillərdə yüksək səslə musiqi dinlənilməsi, eləcə də mənzillərdə səsin həddindən artıq artırılması sakinlərin narahatlığına səbəb olur. Xüsusilə gecə istirahət etmək istəyən insanlar bu cür hallarla tez-tez qarşılaşırlar. -a istinadən xəbər verir ki, Azərbaycanda gecə saatlarınd
12 noyabrGecə səs-küy salan qonşuları hansı cəza gözləyir? - AÇIQLAMA
Gecə saatlarında yaşayış binalarında yüksək səslə musiqi dinlənilməsi, təmir işlərinin aparılması və digər səs-küy yaradan hallar sakinlər arasında narazılığa səbəb olur. İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsi gecə vaxtı dincliyin pozulmasına görə məsuliyyət nəzərdə tutur. Lakin bu normanın tətbiqind
12 noyabr