Bu nazirliyin səlahiyyətləri artırıldı - SƏRƏNCAM
Prezident İlham Əliyev "Azərbaycan Respublikasında yaşıllıqların salınması sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 13 iyun tarixli 2868 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Sərəncama dəyişikliklə 2.1-1-ci bənd əlavə edilib.
Yeni bəndə əsasən, Nazirlər Kabinetinə Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla "Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu" Açıq Səhmdar Cəmiyyətin nizamnaməsinin təsdiq edilməsi və nizamnamə kapitalının miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi və idarəetmə orqanlarının yaradılması tapşırıqları verilib.
Daha bir dəyişikliklə isə Cəmiyyətin nümayəndəlik və filiallarının yaradılması və ya ləğv edilməsinə, tabeliyində olan hüquqi şəxs statuslu qurumların yaradılması, yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi və qanunvericiliklə nəzərdə tutulmuş digər səlahiyyətlərin həyata keçirilməsi səlahiyyəti İqtisadiyyat Nazirliyinə tapşırılır.
Qeyd edək ki, dəyişiklikdən əvvəl bu səlahiyyətlər Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilmişdi.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2563 Tarix: 21 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
General Natiq Əliyevin qızı saxlanıldı (FOTO)
General-mayor Natiq Əliyevin mediator qızı Türkər Əliyeva saxlanılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, general qızı xüsusilə külli miqdarda dələduzluqda və nüfuz alverində şübhəli bilinir. İttihama görə, Türkər Əliyeva torpaq sahəsinin sənədləşdirilməsinə kömək etmək adı ilə bir nəfərdə
12 noyabrNazir pensiya artımı ilə bağlı ŞAD XƏBƏR VERDİ
Cari ildə Azərbaycanda inflyasiya gözləntisi və faktiki rəqəm artıq 5,6 % təşkil edir, 10 aylıq məlumatlar əsasında növbəti il üçün proqnozlaşdırılan göstərici isə 5,3 %-dir. report-a istinadən xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə
11 noyabrAzərbaycanda Konstitusiya Günüdür
Bu gün Azərbaycan Respublikasının əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür. Ölkə Konstitusiyası 30 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu vasitəsilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ilk Konstitusiyası idi. Azərbaycan dövlətinin ilk Konstitusiyas
12 noyabrBakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında noyabrın 11-i gündüzdən 12-dək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var
10 noyabrMaşında musiqiyə qulaq asanlar cərimələnəcək
Gecə saatlarında avtomobillərdə yüksək səslə musiqi dinlənilməsi, eləcə də mənzillərdə səsin həddindən artıq artırılması sakinlərin narahatlığına səbəb olur. Xüsusilə gecə istirahət etmək istəyən insanlar bu cür hallarla tez-tez qarşılaşırlar. -a istinadən xəbər verir ki, Azərbaycanda gecə saatlarınd
12 noyabrGecə səs-küy salan qonşuları hansı cəza gözləyir? - AÇIQLAMA
Gecə saatlarında yaşayış binalarında yüksək səslə musiqi dinlənilməsi, təmir işlərinin aparılması və digər səs-küy yaradan hallar sakinlər arasında narazılığa səbəb olur. İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsi gecə vaxtı dincliyin pozulmasına görə məsuliyyət nəzərdə tutur. Lakin bu normanın tətbiqind
12 noyabr