Allergiyası olanlar COVID-19-dan müalicə ala bilər?
Koronavirusa yoluxan xəstə ilk olaraq həkim tərəfindən müayinə olunmalı, xəstəliyin ağırlıq dərəcəsi və klinik formaları müəyyən edilməlidir. Ağırlıq dərəcəsinə görə isə yüngül, orta ağır, ağır və çox ağır olaraq bölünür. Burada da hər birinə ayrıca yanaşma olur. Üstəlik də hər bir xəstənin yanaşı xəstəliyi mütləq nəzərə alınmalı və bundan sonra dərman təyin olunmalıdır.
Bunu Publika.az-a açıqlamasında tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə deyib.
O bildirib ki, xəstəliyi yüngül keçirən şəxsə ağır antibiotiklər verməyin heç bir mənası yoxdur: "Bu xəstələr ancaq bol maye, meyvə-tərəvəz qəbul etməli, rejimi gözləməlidirlər. Ehtiyac olarsa, antibiotik yazmaq olar. Xəstəliyi yüngül keçirənlərə ciddi narahatlıqları yoxdursa, vitaminlər, polvitaminlər, müəyyən minerallar təyin oluna bilər. Bəzən görürsən ki, gənc şəxs xəstəliyi yüngül keçirir, ona qandurulaşdırıcılar, yüksək dozada klepsan yazırlar ki, bu da yolverilməzdir".
Ağır xəstələrə gəlincə, infeksionist qeyd edib ki, onlar ilk olaraq laborator müayinələr, orta ağır xəstələr üçün isə nonlaborator müayinələrdən keçirilməlidir: "Qanın ümumi analizi və digər müayinələr həyata keçirilərək dərmanlar təyin olunmalıdır. Antibiotiklər də təyin olunarkən qanın müəyyən göstəricilərinin nəticələri nəzərə alınmalıdır. Bu preparatların necə gəldi təyinatı düzgün deyil. İnsanlar bəzi məqamlarda diqqətli olmalıdır. Təzyiqi olanlara, böyrək çatışmazlığından əziyyət çəkənlərə deyə bilmərik ki, çoxlu maye qəbul et. Və yaxud da ki, qaraciyər problemi olan insana çoxlu yağlı qida qəbul etməsi ilə bağlı göstəriş verə bilmərik. Hər bir xəstəyə fərdi yanaşılmalıdır".
V.Cavadzadə allergiyası olanların da müalicəsini aparmağın mümkün olduğunu əlavə edib: "O halda müalicə oluna bilərlər ki, xəstələrə antihistamin preparatlar təyin olunsun. Əgər antibiotiklər təyin olunarsa, onlara ilk olaraq sınaq qoyulur, bundan sonra tətbiq olunur".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1402 Tarix: 21 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
General Natiq Əliyevin qızı saxlanıldı (FOTO)
General-mayor Natiq Əliyevin mediator qızı Türkər Əliyeva saxlanılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, general qızı xüsusilə külli miqdarda dələduzluqda və nüfuz alverində şübhəli bilinir. İttihama görə, Türkər Əliyeva torpaq sahəsinin sənədləşdirilməsinə kömək etmək adı ilə bir nəfərdə
12 noyabrNazir pensiya artımı ilə bağlı ŞAD XƏBƏR VERDİ
Cari ildə Azərbaycanda inflyasiya gözləntisi və faktiki rəqəm artıq 5,6 % təşkil edir, 10 aylıq məlumatlar əsasında növbəti il üçün proqnozlaşdırılan göstərici isə 5,3 %-dir. report-a istinadən xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə
11 noyabrAzərbaycanda Konstitusiya Günüdür
Bu gün Azərbaycan Respublikasının əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür. Ölkə Konstitusiyası 30 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu vasitəsilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ilk Konstitusiyası idi. Azərbaycan dövlətinin ilk Konstitusiyas
12 noyabrBakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında noyabrın 11-i gündüzdən 12-dək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var
10 noyabrMaşında musiqiyə qulaq asanlar cərimələnəcək
Gecə saatlarında avtomobillərdə yüksək səslə musiqi dinlənilməsi, eləcə də mənzillərdə səsin həddindən artıq artırılması sakinlərin narahatlığına səbəb olur. Xüsusilə gecə istirahət etmək istəyən insanlar bu cür hallarla tez-tez qarşılaşırlar. -a istinadən xəbər verir ki, Azərbaycanda gecə saatlarınd
12 noyabrGecə səs-küy salan qonşuları hansı cəza gözləyir? - AÇIQLAMA
Gecə saatlarında yaşayış binalarında yüksək səslə musiqi dinlənilməsi, təmir işlərinin aparılması və digər səs-küy yaradan hallar sakinlər arasında narazılığa səbəb olur. İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsi gecə vaxtı dincliyin pozulmasına görə məsuliyyət nəzərdə tutur. Lakin bu normanın tətbiqind
12 noyabr