Yol polisi tədrisin bərpası ilə bağlı vətəndaşlara müraciət etdi
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi ali və orta təhsil müəssisələrində tədrisin tam bərpası ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
Sonxeber.az-ın məlumatına görə, Bakı şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli Trend-ə açıqlamasında bildirib ki, istər ali, istərsə orta məktəblərin qarşısındakı yolun hərəkət hissəsində sıxlığın yaranmasına əsas səbəblərdən biri həmin ərazilərdə dayanma-durma və düzgün olmayan parklanmalardır:
"Bu qaydalara riayət olunmur, yolun hərəkət hissəsi zəbt olunur. Bu, hazırda paytaxtda ən ciddi problemlərdən biridir.
Şəhərin mərkəzi küçə və prospektlərində, dayanma-durma qaydalarına əməl olunmasını sürücülərdən xahiş edirik.
Hesab edirik ki, inzibati tənbeh tədbirlərinin görülməməsi və narazılıqların yaranmaması, məsələnin həlli üçün ictimai məsuliyyət artırılmalıdır.
Nəzərə almaq lazımdır ki, paytaxt ərazisində 3 minə yaxın yolayrıcı və keçidlər var. Yol polisi əməkdaşları gün ərzində yollarda hərəkətin düzgün nizamlanması və tənzimlənməsi istiqamətində mütəmadi xidmətlər aparırlar. Biz hər məktəb, hər küçəyə bir polis əməkdaşı təyin edə bilmərik.
Buna fiziki baxımdan da imkan yoxdur. Ona görə də vətəndaşlardan xahiş edirik ki, fərdi rahatlıqlarını düşünüb avtomobilləri yolun hərəkət hissəsində saxlamasınlar. Bu, keçiriciliyə böyük təsir göstərir".
A.Əsgərli bildirib ki, bunun üçün vətəndaşlar məsuliyyətli olmalı, qaydalara əməl etməlidirlər:
"Valideyn uşağını məktəbə gətirirsə, maşını yolun hərəkət istiqamətində saxlayıb, uşağını məktəbə təhvil verib qayıdır və ya şəxsi avtomobili olan tələbə avtomobilini təhsil müəssisəsinin qarşısında, yolun ortasında saxlayıb gedir.
Bu da problemə səbəb olur. Problemin əsas həlli üçün ictimai məsuliyyət olmalı, paytaxt sakinləri qaydalara daha ciddi əməl etməlidir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 712 Tarix: 29 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
Torpaqları tullantılarla zibilləndirən, çirkab sularla çirkləndirən və münbit qatını korlayan şəxslər minlərlə manat cərimələnə bilər. Trend-ə istinadla xəbər verir ki, hüquqi şəxslər üçün cərimənin məbləği 10 min manata qədər yüksəlir. Belə ki, torpaqların, o cümlədən meşə fondu torpaqlarının tullantılarl
10 noyabrGeneral Natiq Əliyevin qızı saxlanıldı (FOTO)
General-mayor Natiq Əliyevin mediator qızı Türkər Əliyeva saxlanılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, general qızı xüsusilə külli miqdarda dələduzluqda və nüfuz alverində şübhəli bilinir. İttihama görə, Türkər Əliyeva torpaq sahəsinin sənədləşdirilməsinə kömək etmək adı ilə bir nəfərdə
12 noyabrMinimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
"Əmək bazarında qısamüddətli əmək müqavilələrinin, natamam iş vaxtı rejiminin və ayrı-ayrı sahələrdə çevik məşğulluq formalarının mövcudluğu minimum əməkhaqqına yanaşmanın təkmilləşdirilməsini zəruri edir". "Qafqazinfo" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirini
11 noyabrGecə səs-küy salan qonşuları hansı cəza gözləyir? - AÇIQLAMA
Gecə saatlarında yaşayış binalarında yüksək səslə musiqi dinlənilməsi, təmir işlərinin aparılması və digər səs-küy yaradan hallar sakinlər arasında narazılığa səbəb olur. İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsi gecə vaxtı dincliyin pozulmasına görə məsuliyyət nəzərdə tutur. Lakin bu normanın tətbiqind
12 noyabrMusiqi adı altında uşaqlara hansı dəyərlər aşılanır? - PSİXOLOQDAN AÇIQLAMA
Son dövrlər azyaşlı uşaqlar arasında narkotik maddələri, cinayətkar həyat tərzini və həbsxana mühitini təbliğ edən mahnılara maraq diqqət çəkir. Xüsusilə sosial şəbəkələr və musiqi platformaları vasitəsilə yayılan bu cür mahnılar uşaqların gündəlik dinlədiyi musiqilərin bir hissəsinə çevrilir. Mahnıları
11 noyabrSabah bu ərazilər üzrə pensiyalar ödəniləcək
Noyabrın 13-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub. xəbər verir ki, bununla bağlı Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzr
12 noyabrTeymur Musayevə yeni vəzifə verildi
Nazirlər Kabineti yanında uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri dəyişib. "Qafqazinfo" xəbər verir ki, baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, komissiyanın yeni sədri baş nazirin müavini Teymur Musayev təyin olunub. Qeyd edək ki, bu təyinatadək Nazirlə
12 noyabr