Şuşaya gedən tunellərin tikintisi ilə bağlı AÇIQLAMA - FOTO

Şuşaya gedən tunellərin tikintisi ilə bağlı AÇIQLAMA - FOTOAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən iyunun 14-də yeni Əhmədbəyli-Füzuli-Şuşa 1-ci texniki dərəcəli avtomobil yolunun Daşaltı kəndi ərazisindən keçən hissəsində təməli qoyulan tunel də daxil olmaqla yol boyu ümumilikdə yeddi tunelin inşası nəzərdə tutulub ki, onlardan 4-də hazırda tikinti işləri sürətlə davam etdirilir.

Şərti olaraq T5 adlandırılan və 431 metr uzunluğunda olan tunelin sol hərəkət istiqaməti üzrə üst yarı hissəsində qazma işləri artıq tamamlanaraq tuneldə daxili hərəkət təmin olunub.

Tunelin 478 metr uzunluğa malik sağ istiqaməti üzrə qazma işləri isə davam etdirilir və yaxın günlər ərzində sözügedən hissədə də daxili hərəkət təmin olunacaq.

İnşasına başlanılan digər üç tunelin (T1,T2 və T4) giriş hissələrində aparılan işlər də artıq tamamlanıb. Hazırda qazma, partlatma və qırıcı üsulları ilə tunellərdə qaya qruntlardan ibarət hissələrin kənarlaşdırılması davam edir.

Layihə üzrə yeddi tunelin ümumi uzunluğu təqribən 6.5 km təşkil edəcək. Uzunluqları 350-3300 metr arası dəyişən tunellər bir hərəkət istiqaməti üzrə iki hərəkət zolaqlı və 12 metr enində olacaq. Hazırda yol boyu müxtəlif hissələrdə torpaq yatağının inşası işləri davam etdirilir.

Bundan başqa doqquz viadukun, 59 suötürücü borunun və 10 yeraltı keçidin tikintisi də layihə üzrə nəzərdə tutulub ki, bu istiqamətdə də işlərə start verilib.

Qeyd edək ki, dörd və altı hərəkət zolaqlı olmaqla iri yaşayış məntəqələrindən, həmçinin məşhur Topxana meşəliyindən yan keçməklə inşa edilən 81.6 km-lik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun ilk 48 km-i 6, 48-81.6 km arası isə dörd hərəkət zolağından ibarət olacaq. Müvafiq olaraq yol yatağının eni 29.5 və 21.5 metr təşkil edəcək.

Tikinti işləri "İnşaat Norma və Qaydaları"nın tələblərinə əsasən, agentliyin rəhbərliyinin nəzarəti altında həyata keçirilir. Sözügedən yol başlanğıcını M6 Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolundan götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçir.
Şuşaya gedən tunellərin tikintisi ilə bağlı AÇIQLAMA - FOTOŞuşaya gedən tunellərin tikintisi ilə bağlı AÇIQLAMA - FOTOŞuşaya gedən tunellərin tikintisi ilə bağlı AÇIQLAMA - FOTOŞuşaya gedən tunellərin tikintisi ilə bağlı AÇIQLAMA - FOTOŞuşaya gedən tunellərin tikintisi ilə bağlı AÇIQLAMA - FOTOŞuşaya gedən tunellərin tikintisi ilə bağlı AÇIQLAMA - FOTOŞuşaya gedən tunellərin tikintisi ilə bağlı AÇIQLAMA - FOTOŞuşaya gedən tunellərin tikintisi ilə bağlı AÇIQLAMA - FOTOŞuşaya gedən tunellərin tikintisi ilə bağlı AÇIQLAMA - FOTOŞuşaya gedən tunellərin tikintisi ilə bağlı AÇIQLAMA - FOTOŞuşaya gedən tunellərin tikintisi ilə bağlı AÇIQLAMA - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2706   Tarix: 02 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18 sentyabr 2021
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021
.

Əri tərəfindən döyülən hamilə qadın özünü eyvandan atmaq istədi - ANBAAN GÖRÜNTÜLƏR

Əri tərəfindən döyülən hamilə qadın pəncərədən tullanmağa cəhd edib. -a istinadən xəbər verir ki, Braziliyanın Rio-De-Janeyro şəhərində həyat yoldaşına təcavüz edən adamın görüntüləri gündəm olub. Belə ki, əri tərəfindən döyülən 10 həftəlik hamilə qadının evinin pəncərəsindən tullanaraq qaçmağa cəh

17 sentyabr 2021
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17 sentyabr 2021
.

"Ölən öləcək, qalan qalacaq, həyat davam edir" - Rəşid Mahmudov pandemiyadan danışdı

Mütəxəssislər havaların soyuması ilə əlaqədar olaraq yoluxma sayının artacağını proqnozlaşdırırlar. Bununla bağlı artıq həyəcan təbili çalınır. Maraqlıdır insanların qapalı məkanlarda toplaşması, məktəblərin açılması həqiqətənmi yoluxmanı artıracaq?. Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşi

17 sentyabr 2021