Monteneqrodan sığınacaq istəyən Telman İsmayılov iki aylıq həbs olundu
Monteneqroda saxlanılan Çerkizovski bazarının keçmiş direktoru Telman İsmayılov barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Bunu T. İsmayılovun vəkili Marina Rusakova deyib.
Onun sözlərinə görə, qərardan artıq apellyasiya şikayəti verilib:
"Telman İsmayılov siyasi sığınacaq üçün müraciəti yoxlanılan zamanı saxlanılıb. Bu da şikayət üçün əsaslardan biridir. Həbs olunmasına baxmayaraq, Monteneqro İsmayılovun apellyasiya şikayəti ilə bağlı hələ bir qərar verməyib, ona siyasi sığınacaq verilməsi məsələsi ölkə hakimiyyəti tərəfindən baxılmaqdadır"
Vəkil bildirib ki, Monteneqro hökuməti T. İsmayılova siyasi sığınacaq verməkdən imtina edərsə, onun Rusiyaya təhvil verilməsi məsələsi iki aya qədər çəkə bilər.
Qeyd edək ki, Rusiyanın ən varlı iş adamları siyahısında olan Telman İsmayılov iki sahibkarın qətlini təşkil etməkdə ittiham olunur. İsmayılova 11 noyabr 2017-ci ildə ittiham irəli sürülüb, azərbaycanlı iş adamının axtarışı İnterpol vasitəsilə həyata keçirilib./Report/
***
Tanınmış azərbaycanlı iş adamı, milyarder Telman İsmayılov Monteneqrodan siyasi sığınacaq istəyib.
Sonxeber.az-ın məlumatına görə, "İsmayılov Rusiyada siyasi təqiblərə məruz qaldığı üçün Monteneqrodan sığınacaq istədi. Bu səbəbdən onun Rusiya Federasiyasına ekstradisiyası şübhəli olacaq", - deyə "Vijesti" portalı hüquq-mühafizə orqanlarına istinadən xəbər yayıb.
Bir müddət əvvəl Moskvadakı "Çerkizov" bazarının keçmiş sahibi T.İsmayılovun Rusiya Federasiyası tərəfindən verilən axtarış qərarı ilə Podqoritsada saxlanıldığı xəbəri yayılıb.
Rusiya səfirliyindən bildiriblər ki, T.İsmayılovun Monteneqroda saxlanılması barədə rəsmi məlumat almayıblar.
Sahibkarın oğlu Ələkbər İsmayılovun 2018-ci ildə Budvada eyni adlı hoteldə "Casino Avala"nın səhmlərinin yarısını əldə etdiyi aydınlaşdırılır. Ancaq "Vijesti"nin mənbələri bu vaxta qədər İsmayilovlar ailəsinin bu aktivi müəyyən edilməmiş üçüncü tərəfə verdiyini bildirib.
Rusiyanın ən varlı iş adamları reytinqinə daxil olan T.İsmayılov 2009-cu ildə hüquq-mühafizə orqanlarından əsas aktivinin - o vaxt paytaxtın ən böyük topdansatış mərkəzi olan "Çerkizov" bazarının fəaliyyətinə qarşı genişmiqyaslı iddialar aldı. Səhiyyə orqanları orada çoxsaylı pozuntular aşkar etdikdən sonra bazar bağlandı.
Telman və qardaşı Vaqif hazırda beynəlxalq axtarışdadır. Rusiyada onlar qətl və qanunsuz silah alverində ittiham olunublar və məhkəmə onları qiyabi həbs edib. İstintaq Telman İsmayılovu iki sahibkarın qətlinin təşkilatçısı hesab edir, cinayəti törədən Mehman Kərimov isə 13 il sərt rejimli koloniyada həbsə məhkum edilib./Unikal/
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
Azərbaycanın bu şəhərində 40-a yaxın bina söküləcək - 2000 AZN kompensasiya...
10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
2027-ci ildə pensiyalar 7,5 faiz artacaq: Pensiyaçılar nə qədər qazanacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
Fatma Mahmudova: "Qızıma aldığım mebellərin qapısı açılmamış qaldı"
Bakıda BMW-nin körpüdən aşmasının anbaan görüntüləri
Qonşunuz həyətinizin bir hissəsini zəbt edibsə, torpağınızı necə geri ala bilərsiniz? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
9 gün iş olmayacaq
Arvadının iynə vurduğu kişi öldü
Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib
Alman və fransız dili tədrisi, ingilis dili tələbi: Bölgə gənclərinin iş tapmaq problemi - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Səudiyyədə nikahdankənar uşaq dünyaya gətirən qadına 100 şallaq cəzası verildi
General Natiq Əliyevin qızı saxlanıldı (FOTO)