"Ordan bir yox, dörd-beş meyit çıxa bilərdi"- SENSASİYALI AÇIQLAMA + FOTO

"Ordan bir yox, dörd-beş meyit çıxa bilərdi"- SENSASİYALI AÇIQLAMA + FOTO"Son iki gündür sosial şəbəkələrdə paylaşılan, müzakirə edilən hadisə məni çox sarsıtdı. Xüsusilə də uşaqların vəziyyəti, onların aqibəti nə olacaq? Hadisənin baş verdiyi yer - Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi ilə əlaqə saxladım və mənə qısa məlumatlar verildi".

Bu sözləri Oxu.Az-a açıqlamasında "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə sentyabrın 30-da Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin Post Patrul Xidmətinin serjantı İsmayıl Məmmədovun xidməti silahla 27 yaşlı həyat yoldaşı Xanım Məmmədovanı qətlə yetirdiyi hadisə ilə bağlı deyib.

O təəssüflə bildirib ki, dəhşətli faciə baş versə də, kütlə qadının əxlaqını, kişinin isə şəhid ailəsi olması ilə bağlı müzakirələr aparır:

"Hadisə barədə sosial şəbəkədə oxuduğum şərhlər məni dəhşətə gətirib. Tanımadığınız, bilmədiyiniz insanların əxlaqı, yaşayış tərzi barədə necə fikir bildirə bilirsiniz? Qadının əxlaqı barədə bilib-bilmədən danışmaq olmaz. Polis şəhid ailəsidir deyə, onun etdiyi cinayətə haqq qazandırılmalıdır? Hər kəs istədiyini danışır, yazır. Belə olmaz, çünki heç bir qurum ideal deyil, ola da bilməz. 10 il Daxili İşlər Nazirliyində İnsan Alverinə qarşı Baş İdarəsi ilə əməkdaşlıq etmişəm. Təqsirləndirilənlə, zərərçəkmişlə də işləmişəm. Hazırda istintaq gedir. Qadının ailəsində böyük bir faciə yaşanır, onları da başa düşmək lazımdır. İki uşaq var ortada, onların aqibətini düşünmək, onlara psixoloji yardım edilməlidir. "Polis hara baxır" ifadəsi heç nəyi həll etmir. Mən sizə deyim, polis hara baxır.

Bu hadisənin və ya bənzər hadisələrin - hansılara ki, reaksiya vermişəm, - heç biri mənim əzizim, yaxınım deyil. Mən sizə prosesin gedişatını deyirəm. Əgər hər hansı polis əməkdaşı barəsində, üstəlik həmin şöbədə çalışan şəxs barəsində şikayət varsa, bu işi tədqiqatçı apara bilməz. İzahatı başqa qurum aparmalıdır. Mənə verilən məlumata görə, qadın izahatını yazmağa gələndə həyat yoldaşının polis əməkdaşı olduğunu deməyib".

K.Ağazadə bildirir ki, əldə etdiyi məlumatlara görə, şikayət zamanı ünvan məsələsində yanlışlıq olub:

"Ünvan məsləsində yanlışlıq olduğu üçün qadın öz istəyi ilə gedib izahat yazmağa. Bildiyim qədər bu gün qadın dəfn edilməli idi, ailənin dərdini anlamaq lazımdır. Fikir yazan hər kəs birinci bunu düşünməlidir, sonra isə instintaqın gedişinə mane ola biləcək şərhlərdən çəkinməlidir. Heç bir halda insan döyülməməlidir. Adi bir şillə belə varsa, bunun ardınca təpik gələcək. Bu şiddətə, zorakılığa bir son verilməlidir. Bu qətl hadisəsi artıq yuxarı səviyyədə araşdırılır".

K.Ağazadə qeyd edir ki, onda olan məlumatlara görə, İ.Məmmədov hadisə yerinə gələndə artıq həyat yoldaşının orada olduğundan məlumatlı olub:

"Təəssüf ki, bu hadisə öz-özlüyündə bəzi boşluqları da ortaya çıxardı. Ümumiyyətlə, bəzi qurumlarda qaydalar var, içəri daxil olanda telefonlar təhvil verilir. Əgər söhbət silahdan gedirsə, (ÇPA, PPX, Əməliyyat qrupları və s. - Oxu.Az) güc strukturlarında xidməti silahların saxlanması üçün yerlər var. O gün polislər də öldürülə bilərdi. Bu hadisə güc strukturlarında bəzi boşluqlarla bağlı ciddi siqnal oldu. Ümid edirəm ki, bundan sonra bəzi məsələlər öz həllini tapacaq, yenidən baxılacaq.

Qadının yoldaşı həmin gün növbədə olub. Növbətçi hissə məlumatlı olsaydı, silahını almalıydı. İndi növbətçi hissəni günahlandırırsızsa, deyin görək yaxşı, silahı alıb hara qoymalıydı? Tədqiqatçı bilməyib axı gələn kimdir, görəndə ki, gələn polisdir, dərhal bildirib ki, içəriyə girə bilməzsiniz, sizin izahatınız sonra alınacaq. Tədqiqatçı onu içəri buraxmadığı halda, "oğlumu görüm çıxım" deyərək, qəfl içəri daxil olub və atəş açıb.

Mən öyrəndim ki, tədqiqatçı olmasaydı, ordan bir yox, bəlkə də 4-5 meyit çıxa bilərdi. Tədqiqatçı cəld oğlanı - İsmayılı tutub ki, ətrafa saçılan güllələr uşaqlara, özünə və ya ordakı başqa kiməsə dəyməsin. Hadisəyə kənardan baxıb əsassız fikirlər yazmaq lazım deyil. Bu, birinci hadisə olmayıb, əvvəllər də qadını döyürdü. Ailələri də bu hadisələri bilirdi.

Əgər burada günahkar axtarılırsa, o da qətli törədəndir. Onun da bu vəziyyətə gəlməsinin səbəbi var. İllər əvvəl adamın atası Xocalıda şəhid olub. Bu travma ilə ona kim kömək etmişdi? Qətli görən bir uşaq onu illər sonra özü ailə münaqişəsində həyata keçirdi. Amma bizim düşmənimiz erməni idi, ailə yox. Həmin travma bu gün o oğlanın qatil olmasına gətirib çıxardı. İndi isə onun 7 yaşlı və 3 yaşlı iki uşağı qətlə şahid oldu. O uşaqların psixologiyasına bu həkk olundu. İndi o uşaqlara psixoloji yardım edilməsə sonu yaxşı olamayacaq. Uşaqları hadisə şahidi olan xalaya veriblər. O qadın da travma yaşayıb, ona da kömək lazımdır. Uşaqların bir müddət reabilitasiyası üçün şərait yaradılmalıdır. Amma uşaq bu gün anasının dəfnini görür. Sadəcə olaraq cəmiyyət olaraq bilib-bilmədən fikirlər yazmaqsansa, istintaqın sonlanmasını gözləməliyik".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 7437   Tarix: 02 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanda ən çox və ən az maaş verilən sahələr

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz artaraq 1172,7 manat təşkil edib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, oktyabrın 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçiləri

12 noyabr
.

Bakıda mənzil alarkən tıxac probleminə innovativ həll: "Prayk.com" süni intellekt dəstəkli interaktiv xəritəsini təqdim etdi

Bakıda mənzil seçimi edən alıcıların və kirayə axtaranların ən böyük çətinliklərindən biri - büdcəyə uyğun tapılan evin gündəlik saatlarla tıxacda qalmaqla nəticələnməsidir. Azərbaycanda fəaliyyət göstərən innovativ " platforması daşınmaz əmlak axtarışında yeni mərhələ açaraq süni intellekt əsasl

12 noyabr
.

TikTok moderasiya effektivliyini artırır: 2026-cı ilin ikinci rübündə Azərbaycanda 570 mindən çox video silinib

Video yaratmaq və izləmək üçün aparıcı platformalardan biri olan TikTok üçün istifadəçilərin təhlükəsizliyinin təmin edilməsi əsas prioritet olaraq qalır. Şirkət məzmunun moderasiyası texnologiyalarını davamlı olaraq təkmilləşdirir və İcma Qaydalarına əməl olunmasına dair hesabatları mütəmadi dərc edir

11 noyabr
.

Nazir pensiya artımı ilə bağlı ŞAD XƏBƏR VERDİ

Cari ildə Azərbaycanda inflyasiya gözləntisi və faktiki rəqəm artıq 5,6 % təşkil edir, 10 aylıq məlumatlar əsasında növbəti il üçün proqnozlaşdırılan göstərici isə 5,3 %-dir. report-a istinadən xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə

11 noyabr
.

Aslan Fətullayevin nəşi Bakıya gətirildi

Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayevin nəşi Moskvadan Bakıya gətirilib. xəbər verir ki, bu məlumatı -a açıqlamasında Azərbaycan Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova verib. "Aslan müəllimin nəşi bu gün səhər saat 05:30-da Moskvadan gətirilib. Direktorumuz

12 noyabr
.

Sabah bu ərazilər üzrə pensiyalar ödəniləcək

Noyabrın 13-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub. xəbər verir ki, bununla bağlı Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzr

12 noyabr
.

Qırmızıbazarda yaxınlığında mina partladı - Yaralı var

İşgaldan azad edilmiş Xocavənd rayonunun Qırmızıbazar kəndi yaxınlığında 11 noyabr tarixində mina hadisəsi baş verib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb. Məlumata görə, 1984-cü il təvəllüdlü Bərd

11 noyabr
.

Eyni məhsul, fərqli qiymətlər: PRAYK süni bahalaşmaya qarşı yeni həll təqdim etdi

Eyni daşınmaz əmlak, avtomobil və ya məhsul internetdə fərqli qiymətlərlə qarşınıza çıxa bilər. Bəs ilkin elan hansıdır və real bazar qiyməti nə qədərdir?. xəbər verir ki, PRAYK internetdəki açıq məlumatları davamlı analiz edərək eyni təklifin müxtəlif saytlardakı elanlarını müqayisə edir, ilkin mənbən

12 noyabr
.

Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq

Torpaqları tullantılarla zibilləndirən, çirkab sularla çirkləndirən və münbit qatını korlayan şəxslər minlərlə manat cərimələnə bilər. Trend-ə istinadla xəbər verir ki, hüquqi şəxslər üçün cərimənin məbləği 10 min manata qədər yüksəlir. Belə ki, torpaqların, o cümlədən meşə fondu torpaqlarının tullantılarl

10 noyabr