Ağstafada qanunsuz fəaliyyət göstərən limonad və spirtli içkilərin istehsalı müəssisəsi aşkarlanıb - FOTO
5
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Agentlik əməkdaşları tərəfindən Ağstafa rayonu, Həsənsu kəndində fəaliyyət göstərən fiziki şəxs İsmayılov Əli Arzu oğluna məxsus limonad və spirtli içkilərin istehsalı müəssisəsinə baxış keçirilib.
Müəssisədə 14.09.2020-ci il tarixdə keçirilən yoxlama zamanı müəssisənin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətinin qeyri qənaətbəxş olmasına və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulmasına görə qanunvericiliyin tələblərinə uyğun olaraq müəssisənin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edilib. Lakin, təkrar baxış zamanı sahibkar tərəfindən həmin qərara riayət edilmədiyi və müəssisənin qeyri-qanuni yollarla fəaliyyət göstərdiyi məlum olub.
Yoxlama zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik qaydalara, eləcə də qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi, istehsal zamanı texnoloji ardıcıllıq prinsipinin pozulduğu məlum olub.
Eyni zamanda, müəssisədə xammalların və hazır məhsulların saxlama rejimlərinə riayət edilmədən saxlanıldığı, həmçinin çalışan işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi müəyyən edilib.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.







Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 952 Tarix: 03 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda tıxacları azaldacaq YENİ AVTOMOBİL YOLU çəkilir - VİDEO
Abşeronun şimal-qərb hissəsini şəhərin şərq və cənub-qərb istiqamətləri ilə birbaşa birləşdirəcək yeni Mehdiabad-Baksol-Ziya Bünyadov prospekti avtomobil yolunun inşası və Heydər Əliyev prospektinədək əlaqələndirməsi nəzərdə tutulur. xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİİN
16 iyunBakcell "AI Strategy Summit | Baku 2026" tədbirinin əsas tərəfdaşı olub
Bakcell süni intellekt və rəqəmsal transformasiya sahəsində təşəbbüslərə dəstəyini davam etdirir. Şirkət 13 iyun tarixində Avropa Azərbaycan Məktəbində (EAS) keçirilən "AI Strategy Summit | Baku 2026" tədbirinin əsas tərəfdaşı qismində çıxış edib. Qafqaz və Mərkəzi Asiya IB Dünya Məktəblər
16 iyunTəhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır
Dövlət ümumi təhsil müəssisələrində müəyyən edilmiş geyim tələblərinə riayət olunması hüquqi müstəvidə təsbit edilir. xəbər verir ki, bununla bağlı "Ümumi təhsil haqqında" qanuna dəyişiklik təklif edilir. Qanun layihəsi Milli Məclisin Elm və təhsil komitəsinin bugünkü iclasında müzakirə olunub
16 iyunBəzi rayonlarda külək güclənəcək - Sarı XƏBƏRDARLIQ
İyunun 17-18-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Tovuz, Gəncə, Mingəçevir, Qazax, Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Kəlbəcər, Naftalan, Sabirabad, Salyan, Şirvan
16 iyunİranla saziş Netanyahu və Tramp arasında qarşıdurma yaradıb?
İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ Prezidenti Donald Tramp İran üzrə sülh sazişi məsələsində fikir ayrılıqları səbəbindən münaqişə astanasındadırlar. İki siyasətçinin bu məsələdə hədəfləri olduqca fərqlidir. -ın xəbərinə görə, bu barədə "Reuters" nəşri yazıb. Belə ki, Netanyahu AB
16 iyun