Şuşanın fotoları Avropa Parlamentində nümayiş etdiriləcək

Şuşanın fotoları Avropa Parlamentində nümayiş etdiriləcəkİsveçin "Cawa Media" xəbər portalında "Azərbaycanda Şuşa döyüşü" sərlövhəli məqalə yayımlanıb.

Bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsi məlumat yayıb.

Məqalədə Şuşa şəhərinin əsasının Azərbaycanın Qarabağ xanı Pənahəli xan tərəfindən 1752-ci ildə qoyulduğu, bu şəhərin ölkəmiz üçün mədəni və strateji əhəmiyyət daşıdığı, 1992-ci ildə Şuşanın ermənilər tərəfindən işğal olunduğu, Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin Şuşa uğrunda qanlı döyüşlər apardığı və noyabrın 8-də şəhəri azad etdiyi barədə ətraflı məlumat verilib. Şuşanın bölgənin "döyünən ürəyi" adlandırıldığını vurğulayan müəllif qeyd edib ki, şəhərin əksər hissəsi dağıntı içindədir, burada bərpa və yenidənqurma işləri aparılır.

Məqalədə 2021-ci ilin sentyabrında "Cawa Media" əməkdaşlarının azad edilmiş ərazilərə səfər etmək üçün Azərbaycan dövlətinin icazəsini alan ilk isveçli jurnalistlər olduğu, Füzuli Beynəlxalq Hava Limanında və Zəngilanda aparılan işlərə, ANAMA əməkdaşlarının əraziləri minalardan təmizləməsi prosesinə şahid olduqları bildirilib.

Qeyd edilib ki, "Cawa Media" əməkdaşlarının Şuşa şəhərində və ətrafında çəkdikləri şəkillər Avropa Parlamentində nümayiş etdiriləcək. Bu xüsusi sərgi barədə ətraflı məlumat isə oktyabr-noyabr aylarında saytda yerləşdiriləcək.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 966   Tarix: 05 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Əməkdar artist Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək

Almaniyanın Fulda şəhərində vəfat edən bəstəkar, orqan ifaçısı və pianoçu-improvizator, Əməkdar artist Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək. Bu barədə Qaynarinfo-ya Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, komitənin tabeliyindəki Azərbayca

12 noyabr
.

Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir

"Əmək bazarında qısamüddətli əmək müqavilələrinin, natamam iş vaxtı rejiminin və ayrı-ayrı sahələrdə çevik məşğulluq formalarının mövcudluğu minimum əməkhaqqına yanaşmanın təkmilləşdirilməsini zəruri edir". "Qafqazinfo" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirini

11 noyabr
.

Bakıda mənzil alarkən tıxac probleminə innovativ həll: "Prayk.com" süni intellekt dəstəkli interaktiv xəritəsini təqdim etdi

Bakıda mənzil seçimi edən alıcıların və kirayə axtaranların ən böyük çətinliklərindən biri - büdcəyə uyğun tapılan evin gündəlik saatlarla tıxacda qalmaqla nəticələnməsidir. Azərbaycanda fəaliyyət göstərən innovativ " platforması daşınmaz əmlak axtarışında yeni mərhələ açaraq süni intellekt əsasl

12 noyabr
.

Boşanma zamanı evin taleyi necə həll olunur? - Əmlak bölgüsünün qaydaları - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Boşanma zamanı ər-arvad arasında yaranan ən ciddi mübahisələrdən biri nikah dövründə əldə edilmiş əmlakın bölüşdürülməsi ilə bağlı olur. Xüsusilə ailə qurduqdan sonra alınan evin kimin mülkiyyətində qalacağı, mənzilin yalnız bir tərəfin adına rəsmiləşdirilməsinin bölgüyə necə təsir edəcəyi və ipotek

12 noyabr
.

Musiqi adı altında uşaqlara hansı dəyərlər aşılanır? - PSİXOLOQDAN AÇIQLAMA

Son dövrlər azyaşlı uşaqlar arasında narkotik maddələri, cinayətkar həyat tərzini və həbsxana mühitini təbliğ edən mahnılara maraq diqqət çəkir. Xüsusilə sosial şəbəkələr və musiqi platformaları vasitəsilə yayılan bu cür mahnılar uşaqların gündəlik dinlədiyi musiqilərin bir hissəsinə çevrilir. Mahnıları

11 noyabr
.

Sabah Azərbaycanda 16 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin noyabrın 12-də dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qər

11 noyabr
.

TikTok moderasiya effektivliyini artırır: 2026-cı ilin ikinci rübündə Azərbaycanda 570 mindən çox video silinib

Video yaratmaq və izləmək üçün aparıcı platformalardan biri olan TikTok üçün istifadəçilərin təhlükəsizliyinin təmin edilməsi əsas prioritet olaraq qalır. Şirkət məzmunun moderasiyası texnologiyalarını davamlı olaraq təkmilləşdirir və İcma Qaydalarına əməl olunmasına dair hesabatları mütəmadi dərc edir

11 noyabr
.

Qəfil vəfat edən vəzifəli şəxs bacısı oğlunun toyuna hazırlaşırmış

Cahangir Alıyevin ölümü ilə bağlı bəzi məqamlar üzə çıxıb. -a istinadən xəbər verir ki, bu günlərdə 44 yaşlı məmurun bacısı oğlunun toyu olacaqmış. Bu məqsədlə, o, Bərdənin Soğanverdilər kəndinə - bacısıgilin yaşadığı evə gedib. Orada özünü narahat hiss edən C.Alıyev daha sonra öz evinə yollanıb, laki

11 noyabr
.

Eyni binada mənzillərin qiyməti niyə kəskin fərqlənir? - EKSPERTDƏN AÇIQLAMA

Eyni binada yerləşən mənzillərin qiymətləri arasında bəzən ciddi fərqlər müşahidə olunur. Bu fərqə mənzilin yerləşdiyi mərtəbə, sahəsi, otaqların planlaşdırılması, təmiri, mənzərəsi, günəş işığı alması, binanın infrastrukturu və sənədləşmə vəziyyəti kimi amillər təsir edə bilər. Lakin bəzi hallarda oxşa

11 noyabr