Soyuqdəymə əlamətləri hiss edən kimi nə etməli?

Soyuqdəymə əlamətləri hiss edən kimi nə etməli?Qış aylarında insanlar tez-tez kəskin respirator xəstəliklərinə (KRX və ya KRVİ) tutulur. El arasında bu xəstəlikləri "soyuqdəymə" adlandırırlar.

Məsələ burasındadır ki, soyuq hava insan orqanizminin müdafiə imkanlarını kəskin azaldır. Nəticədə selikli qişalarımızda yaşayan və adi vaxtlar bizim üçün nisbətən ziyansız olan müxtəlif zərərli mikroblar kosmik sürətlə çoxalmağa başlayır .

Təbii ki, soyuqdəymə xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha yaxşıdır. Bunun üçün insan öz immun sistemini hər zaman "döyüşə" hazır vəziyyətdə saxlamalıdır. Bu işdə düzgün və xeyirli qidalanma, kifayət qədər yuxu və istirahət, fiziki aktivlik, vitamin-mineral komplekslərin qəbulu (həkimin təyini ilə!) sizə kömək edəcək. İmmuniteti zəiflədən əsas amillərdən biri də stresdir. Bu səbəbdən stresdən uzaq olmağa çalışın.

Əgər profilaktik tədbirlərə baxmayaraq siz özünüzdə xəstəliyin ilkin əlamətlərini hiss etmisinizsə, vaxt itirmədən aşağıda sadaladığımız tədbirlərə başlayın:

- Dərhal isti vanna və ya isti duş qəbul edib yatağa uzanın və yorğana bürünün. Fiziki aktivliyinizi minimuma endirin.

- İsti maye qəbul edin. Ən yaxşı variant moruqlu və ballı isti çaydır. Moruğu "təbii aspirin" adlandırırlar. Məsələ burasındadır ki, moruqda aspirin preparatınının tərkibinə daxil olan salisil turşusu var. Moruq immun sistemini stimullaşdırır, mikroblarla mübarizə aparır, qızdırmanı aşağı salır. Zəncəfil və bal qatılmış çay da yaxşı təsir edir.

- Əgər sizdə zökəm başlayıbsa, yatmamışdan əvvəl ayaqlarınızı 10-15 dəqiqə ərzində (bundan artıq yox!) isti kəklikotu dəmləməsi qatılmış suda saxlayın. Əgər sizdə allergiya yoxdursa, suya bir qədər xardal da əlavə edə bilərsiniz. İsti suyun təsirindən qan aşağı ətraflara axır, baş hissəsində isə damarlar daralır və nəticədə zökəm keçir. Zökəm zamanı istifadə olunan burun damcıları da bu prinsip əsasında işləyir. Vannadan sonra ayaqlarınızı yaxşı qurulayın və yun corab geyinin. Nənələrimiz corablara da xardal tökürdülər.

- Öskürək və zökəm zamanı inhalyasiyalar yaxşı təsir edir. Bir neçə kartof qabıqda (!) bişirib suya evkalipt bitkisinin yarpaqları və 1 damcı ağ şam ağacı ("pixta") yağı əlavə edin. Sonra başınızı dəsmalla örtüb qazanın üzərində bir qədər nəfəs alın (çalışın ki, selikli qişalarınız yanmasın!).

- Zökəm zamanı burnunuzu yod-duz məhlulu ilə yumaq olar (1/2 stəkan su + 2-3 damcı yod + bıçağın ucunda duz). Bu məhlulla burnunuzu gündə 3-4 dəfə yuyun.

- Boğaz ağrısı zamanı boğazınızı duz (1 stəkan ilıq su + 1 ç.q. duz) və ya soda (1 stəkan ilıq su + 1 ç.q. soda) qatılmış su ilə yaxalayın. Belə məhlullar mikrobları və virusları məhv edir, iltihabla mübarizə edir. Bundan əlavə boğazınızı ot dəmləmələri (çobanyastığı, evkalipt, adaçayı) ilə yaxalaya bilərsiniz. Boğazınızı gün ərzində 3-4 dəfə yaxalayın.

- Boğaz ağrısı zamanı bal qatılmış süd yaxşı kömək edir.

- Vitamin C soyuqdəymə ilə mübarizədə orqanizmə böyük kömək edir. Bunun üçün belə bir resept istifadə etmək olar:

1 qaşıq nanə yarpaqlarını 1 st. qaynar suda dəmləyin, ora limonun 1/4 hissəsini sıxın və 1 ç.q. bal əlavə edin.

Əgər bütün bu tədbirlərə baxmayaraq sizin vəziyyətininz yaxşılaşmırsa və ya daha ağırlaşırsa, mütləq həkimə müraciət edin./medicina.az


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 3566   Tarix: 06 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ət yeyənlər vegetarianlardan daha uzun yaşaya bilər - Araşdırmanın nəticəsi

Alimlər 80 yaşdan yuxarı insanlar arasında apardıqları araşdırmada ət yeyən qadınların 100 yaşına çatmaq ehtimalının vegetarianlarla müqayisədə daha yüksək olduğunu müəyyən ediblər. Lakin tədqiqatın nəticələri bütün insanlara şamil edilmir və burada mühüm bir məqam var: qidalanma ilə yanaşı, insanı

16 oktyabr
.

İdman zalına getmədən sağlamlığı yaxşılaşdıran 3 gündəlik vərdiş

Sağlamlığı qorumaq və özünü daha yaxşı hiss etmək üçün mürəkkəb üsullara ehtiyac yoxdur. Alimlər gündəlik həyata asanlıqla daxil edilə bilən üç sadə vərdişin ümumi sağlamlığa və psixoloji vəziyyətə müsbət təsir göstərdiyini bildiriblər. Qaynarinfo xəbər verir ki, "Science Focus" nəşrinin yazdığın

12 oktyabr
.

Alimlər orqanizmin hansı yaşda gücünü itirməyə başladığını müəyyənləşdirdi

Yaşlanma insanın fiziki qabiliyyətlərinə çoxlarının gözlədiyindən daha erkən təsir göstərməyə başlaya bilər. Alimlər müəyyən ediblər ki, yaş artdıqca fiziki göstəricilərin azalması sürətlənir. Bununla belə, yetkin yaşda idmanla məşğul olmağa başlamaq da fiziki göstəriciləri yaxşılaşdıra bilər. Qaynarinf

19 oktyabr
.

Ürək və beyin üçün ən faydalı çərəz

Qoz ürək, beyin və bağırsaq sağlamlığını dəstəkləyən faydalı qida məhsullarından biri hesab olunur. Üç diyetoloqun fikrincə, onun əsas üstünlüklərindən biri digər ağac çərəzləri ilə müqayisədə daha çox omeqa-3 yağ turşusu ehtiva etməsidir. xəbər verir ki, bu barədə "Real Simple" nəşri məluma

2 noyabr
.

Ürək transplantasiyasının icbari tibbi sığorta hesabına icra edilməsi təklif olunub

Ürək transplantasiyası və gözün buynuz qişasının transplantasiyası əməliyyatlarının icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilməsi vacibdir. "Report" xəbər verir ki, bunu Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova Azərbaycand

1 noyabr
.

Yumurta qan şəkərinə necə təsir edir?

Yumurta balanslaşdırılmış qidalanmanın bir hissəsi ola bilər və diabetli insanlar üçün də uyğun məhsullardan sayılır. Tərkibində karbohidratın az olması səbəbindən yumurta qan şəkərinin səviyyəsinə çox cüzi təsir göstərir və yeməkdən sonra qlükozanın kəskin yüksəlməsinə səbəb olmur. Bir iri yumurtanı

17 oktyabr
.

Qışda dəriyə qulluq zamanı edilən əsas səhvlər

İstilik mövsümündə mənzillərdə havanın quruması dərinin daha sürətlə nəm itirməsinə səbəb olur. Bu dövrdə isti su ilə yuyunmaq, skrablardan həddindən artıq istifadə etmək və dərini tez-tez təmizləmək isə qoruyucu baryeri zəiflədərək quruluğu daha da artıra bilər. Qaynarinfo xəbər verir ki, bu barəd

28 oktyabr
.

Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!

Bir çox insan toyuq ətini bişirməzdən əvvəl kranın altında yumağa üstünlük verir. Lakin mütəxəssislər bu vərdişin sağlamlıq üçün təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edirlər. Belə ki, çiy toyuğun yuyulması zamanı su sıçrantıları vasitəsilə bakteriyalar mətbəxin müxtəlif səthlərinə, qab-qacağa v

2 noyabr
.

Payızda "xoşbəxtlik hormonu": Gündə bir ovuc qoz əhval-ruhiyyəni yaxşılaşdıra bilər

Qoz yalnız ürək və beyin sağlamlığı üçün deyil, əhval-ruhiyyənin yaxşılaşmasına da müsbət təsir göstərə bilər. Yeni araşdırmaya əsasən, hər gün bir ovuc qoz yemək əhval pozuntularının azalması ilə əlaqəli ola bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Hazipatika" nəşri yazıb. İspaniyalı alimləri

4 noyabr