"Savaş istəmirik, amma olsa da İranın yanında olmayacağıq" - Güneylilər
Rəsmi Tehranın Azərbaycan ərazisində separatçılara razılaşdırılmamış yüklər çatdırması Azərbaycanın haqlı etirazına səbəb olub ki, bu da cənub qonşumuzu hiddətləndirib.
Daha sonra bir-birinin ardınca xoşagəlməz soyuq münasibətlər formalaşıb.
Unikal.org xəbər verir ki, İran vətəndaşları Azərbaycanla İran arasında hadisələrin bu cür inkişafına münasibət bildirib.
"BBC News Azərbaycanca" bildirib ki, müsahiblərin təhlükəsizliyini qorumaq məqsədilə onların ad və soyadı dəyişdirilib.
"Ancaq bu işin sonu savaş olmaz. İran Azǝrbaycanında Azǝrbaycanı sevən milyonlarla insan var və İran dövləti bu riskə getməz. Üstəlik, hər ikisi də şiə toplumudur və dərin ortaq tarixləri var", - deyə Məhəmməd Ğəimi bildirib.
Təbrizdən 43 yaşlı xanım Elnaz Bərği hesab edir ki, İranın özü nə etdiyini bilmir:
"Bilsəydi, Azərbaycana toxunmazdı. Cənubi Azərbaycanda İran və dövlət tərəfdarları olsa da belə, xalq, ümumiyətlə, Azərbaycanın yanındadır. İran Qarabağı İslam torpağı sayır, amma ermənilərə silah verir. Bu hansı məntiqə uyğundur? Bizim şimali azərbaycanlılarla heç bir fərqimiz yoxdur. Bizim bacı-qardaşlarımızdır. Biz necə dil və tariximizdən qopa bilərik ki?
İlham Əliyev gəldi Xudafərində dedi ki, bura qardaşlıq sərhədidir, amma bunlar onu da görmədilər. Ondan sonra Əliyev yumruğunu göstərdi. Biz savaş istəmirik, amma olsa da İranın yanında olmayacağıq".
Güney azərbaycanlı Əlirzaa Bahari isə belə düşünür:
"İranın bütün qorxusu bizik. İran, İrandaki türklərin oyanmasından qorxur. Erməni və İsrail bəhanədir.
Qarabağ zəfərindən sonra sanki farslar uduzmuş kimi bir əhvala girdilər. İran gürültü edər, amma savaşa girə bilməz. Azərbaycanın arxasında Türkiyə, yəhudi lobbisi və müsəlman dünyasında önəmli olan Pakistan kimi ölkə var. Bunlar, sadəcə, bilidiklərimizdir. Bəs İran? Demək istəyirəm ki, İran dünyada yalnızlaşıb və savaşa cəsarət edə bilməz".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
Azərbaycanın bu şəhərində 40-a yaxın bina söküləcək - 2000 AZN kompensasiya...
Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
2027-ci ildə pensiyalar 7,5 faiz artacaq: Pensiyaçılar nə qədər qazanacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Nazir pensiya artımı ilə bağlı ŞAD XƏBƏR VERDİ
Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
Fatma Mahmudova: "Qızıma aldığım mebellərin qapısı açılmamış qaldı"
Bakıda BMW-nin körpüdən aşmasının anbaan görüntüləri
Qonşunuz həyətinizin bir hissəsini zəbt edibsə, torpağınızı necə geri ala bilərsiniz? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
9 gün iş olmayacaq
Arvadının iynə vurduğu kişi öldü
Alman və fransız dili tədrisi, ingilis dili tələbi: Bölgə gənclərinin iş tapmaq problemi - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Səudiyyədə nikahdankənar uşaq dünyaya gətirən qadına 100 şallaq cəzası verildi