İran generalının ölümündən sonra hansı faktlar ortaya çıxdı?
"Vətən müharibəsindən sonra bir sıra məsələlər üzə çıxıb. Təəssüf doğuran məqam ondan ibarətdir ki, İran hər vəchlə Ermənistanı müdafiə edir. Bununla da regional sabitliyi pozur".
Bu sözləri Sonxeber.az-a açıqlama verən politoloq İlyas Hüseynov deyib. O bildirib ki, İran Azərbaycana qarşı əssasız iddialar səsləndirməkdən çəkinməlidir:
"İslam dəyərlərindən çıxış edən bir dövlətin müsəlman qardaşı olan Azərbaycana qarşı bu cür münasibəti heç cür anlaşılan deyil. Eyni zamanda, Azərbaycana qarşı müxtəlif əsassız iddialar da irəli sürülür. Azərbaycanı sionist, terroru dəstəkləyən dövlət kimi qələmə verirlər. Belə iddialar səsləndirəndə faktlara əsaslanmaq lazımdır. Bu cür yanaşmanın sərgilənməsi mehriban qonşuluq siyasətinə də ziddir. Halbuki Azərbaycanla İran arasında uzun illər ərzində balanslaşdırılmış və qarşılıqılı faydaya əsaslanan əməkdaşlıq münasibətləri olub. Bütün bu illər ərzində qurulan münasibətləri pozmaq və destruktiv siyasət həyata keçirmək regionda təhlükənin və təhdidlərin artırılmasına xidmət edir. Buna görə də, Azərbaycanı İsraillə əməkdaşlıqda günahlandırmaq və bu tip açıqlamalar vermək Azərbaycanla İran arasındakı münasibətlərə köklü şəkildə mənfi təsir göstərən amillərdir.
İran tərəfi özü dəfələrlə müxtəlif 3-cü dövlətlərdə terroru dəstəkləyən qruplaşmalar yaradıb və bu qruplaşmaları öz marağı naminə yaxın şərqin müxtəlif dövlətlərində istifadə edib. İran generalı Qasim Süleymaninin öldürülməsi zamanı da bu cür faktlar üzə çıxmağa başladı.
Buna görə də İran həm regional siyasətə, həm də ümumən regionda həyata keçirdiyi öz siyasətinə nəzər salmalı, Azərbaycan kimi sülhpərvər dövləti ittiham etməkdən çəkinməlidir".
Ekspertin sözlərinə görə, İranın Ermənistanı dəstəkləməsi və ermənipərəst siyasət yürütməsi İslam dövləti üçün baş ucalığı gətirmir:
"Uzun illər ərzində Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və digər müsəlman dövlətlərinin Ermənistanla diplomatik siyasi münasibətlərinin olmaması zəmnində biz müşahidə edirik ki, İranla Ermənistan arasında çox sıx münasibətlər var. Nikol Paşinyanın İrana səfəri, eləcə də Ermənistanın xarici işlər naziri Armen Qriqoryanın İrana səfərləri bunu göstərir ki, hətta regional müstəvidə gərginliyin yaşandığı dövrdə İran Ermənistana "qucaq açır" və onu himayə edir. Bu, heç cür anlaşılan münasibət deyil.
Digər tərəfdən, Fars körfəzi, Qara Dəniz İqtisadi Əməkdaşlıq münasibətlərinin yaradılması üzərində də müxtəlif planlar həyata keçirilir. Azərbaycan ərazisindən keçən indiki strateji magistral xəttinə alternativ yolun inşası üçün investisiya imkanları dəyərləndirlir. Bütün bunlar onu göstərir ki, "3+3" formatında əməkdaşlıq münasibətlərinin qurulması ilə bağlı irəli sürülən tezis İran tərəfindən birmənalı şəkildə qəbul edilmir. Buna alternativ əlavə yollar axtarırlar. "3+3" layihəsi bütün regional dövlətlərin əməkdaşlığını özündə əks etdirir və regionda rifahın hökm sürməsinə xidmət edərək, xalqların gələcəyini üçün ümumi konseptual yanaşma sərgiləyir.
İranın isə daha çox iqtisadi mənfəət üzərində siyasət yeritməsi önəmli xarakter daşıyır. "Şimal-Cənub" nəqliyyat dəhlizi böyük uğurla istifadəyə verilib. Bu magistral xətt üzərindən yük daşımaların həcmi ilbəil artmaqdadır. İran tərəfindən daha çox proqmatik siyasətin yürüdülməsi tələb olunur. Sülhü pozan addımların atılması, hərbi təlimlərin keçirilməsi, siyasi və dini xadimlərin regional sabitliyə təhdid yaradacaq açıq bəyanatlar verməsi gərginliyin artırılmasına xidmət edən addımlar kimi dəyərləndirilir".
Aytəkin CƏLALİ
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
Azərbaycanın bu şəhərində 40-a yaxın bina söküləcək - 2000 AZN kompensasiya...
Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
2027-ci ildə pensiyalar 7,5 faiz artacaq: Pensiyaçılar nə qədər qazanacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Nazir pensiya artımı ilə bağlı ŞAD XƏBƏR VERDİ
Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
Fatma Mahmudova: "Qızıma aldığım mebellərin qapısı açılmamış qaldı"
Bakıda BMW-nin körpüdən aşmasının anbaan görüntüləri
Qonşunuz həyətinizin bir hissəsini zəbt edibsə, torpağınızı necə geri ala bilərsiniz? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
9 gün iş olmayacaq
Arvadının iynə vurduğu kişi öldü
Alman və fransız dili tədrisi, ingilis dili tələbi: Bölgə gənclərinin iş tapmaq problemi - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Səudiyyədə nikahdankənar uşaq dünyaya gətirən qadına 100 şallaq cəzası verildi