Səhər yeməyi yeyək, ya yeməyək?
Səhər yeməyinin faydalı olub-olmaması ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bəs görəsən, səhər yeməyi faydalıdır, yoxsa?
Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən qida eksperti Fərid Səfərov deyir ki, bu sualın cavabını bilmək üçün əvvəlcə səhər yeməyinin önəmini bilməliyik: "Səhər yeməyi insan orqanizmində enerji balansını qorumağa, gün ərzində əhval-ruhiyyənin yüksək olmasına kömək edir. İnsan yatanda onunla birlikdə orqanizmin maddələr mübadiləsi də "yuxuya gedir", yəni, əgər səhər yeməyi yeməsək metabolizm də oyanmır, bədənimiz daha az kalori yandırır, nahar zamanı daha artıq kalori qəbul etmiş oluruq. Nəticədə, artıq çəki və ardınca da xəstəliklər yaranmağa başlayır. Səhər yeməyinin bir neçə faydası var:
- İnsanı gün ərzində enerji ilə təmin edir.
- Əhvalımızı yaxşılaşdırır.
- Səhər yeməyi yedikdə gün ərzində yemək istəyimiz az olacaq, aclıq hissimizi daha rahat idarə edə biləcəyik.
- Diqqəti və yaddaşı möhkəmləndirir.
- Artıq çəki almağımıza mane olur.
- Arıqlamağa kömək edir.
- Mədə-bağırsaq sistemində yarana biləcək xəstəlikləri önləyir.
- Düzgün və balanslı səhər yeməyi gün ərzində orqanizmimizi lazımlı qida maddələri ilə təmin edir".
Ekspert deyib ki, səhər yeməyindən əvvəl su içmək çox faydalıdır: "Qəhvə, tünd, şirin çay mədənin selikli qişasını qıcıqlandıra bilər. Təbii kərə yağı, yumurta, pendir yeyə bilərsiniz. Tərkibində bol lif, fol turşusu, vitaminlər, dəmir, kalsium, protein olan qidalar sağlam bir səhər yeməyi hesab olunur. Ona görə də, sağlam, gümrah, pozitiv olmaq istəyirsinizsə hər səhər iştahla və ləzzət alaraq səhər yeməyinizi yeyin və yeni bir günə başlayın".
Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1820 Tarix: 08 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ət yeyənlər vegetarianlardan daha uzun yaşaya bilər - Araşdırmanın nəticəsi
Alimlər 80 yaşdan yuxarı insanlar arasında apardıqları araşdırmada ət yeyən qadınların 100 yaşına çatmaq ehtimalının vegetarianlarla müqayisədə daha yüksək olduğunu müəyyən ediblər. Lakin tədqiqatın nəticələri bütün insanlara şamil edilmir və burada mühüm bir məqam var: qidalanma ilə yanaşı, insanı
16 oktyabrİdman zalına getmədən sağlamlığı yaxşılaşdıran 3 gündəlik vərdiş
Sağlamlığı qorumaq və özünü daha yaxşı hiss etmək üçün mürəkkəb üsullara ehtiyac yoxdur. Alimlər gündəlik həyata asanlıqla daxil edilə bilən üç sadə vərdişin ümumi sağlamlığa və psixoloji vəziyyətə müsbət təsir göstərdiyini bildiriblər. Qaynarinfo xəbər verir ki, "Science Focus" nəşrinin yazdığın
12 oktyabrAlimlər orqanizmin hansı yaşda gücünü itirməyə başladığını müəyyənləşdirdi
Yaşlanma insanın fiziki qabiliyyətlərinə çoxlarının gözlədiyindən daha erkən təsir göstərməyə başlaya bilər. Alimlər müəyyən ediblər ki, yaş artdıqca fiziki göstəricilərin azalması sürətlənir. Bununla belə, yetkin yaşda idmanla məşğul olmağa başlamaq da fiziki göstəriciləri yaxşılaşdıra bilər. Qaynarinf
19 oktyabrÜrək və beyin üçün ən faydalı çərəz
Qoz ürək, beyin və bağırsaq sağlamlığını dəstəkləyən faydalı qida məhsullarından biri hesab olunur. Üç diyetoloqun fikrincə, onun əsas üstünlüklərindən biri digər ağac çərəzləri ilə müqayisədə daha çox omeqa-3 yağ turşusu ehtiva etməsidir. xəbər verir ki, bu barədə "Real Simple" nəşri məluma
2 noyabrYumurta qan şəkərinə necə təsir edir?
Yumurta balanslaşdırılmış qidalanmanın bir hissəsi ola bilər və diabetli insanlar üçün də uyğun məhsullardan sayılır. Tərkibində karbohidratın az olması səbəbindən yumurta qan şəkərinin səviyyəsinə çox cüzi təsir göstərir və yeməkdən sonra qlükozanın kəskin yüksəlməsinə səbəb olmur. Bir iri yumurtanı
17 oktyabrQışda dəriyə qulluq zamanı edilən əsas səhvlər
İstilik mövsümündə mənzillərdə havanın quruması dərinin daha sürətlə nəm itirməsinə səbəb olur. Bu dövrdə isti su ilə yuyunmaq, skrablardan həddindən artıq istifadə etmək və dərini tez-tez təmizləmək isə qoruyucu baryeri zəiflədərək quruluğu daha da artıra bilər. Qaynarinfo xəbər verir ki, bu barəd
28 oktyabrToyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Bir çox insan toyuq ətini bişirməzdən əvvəl kranın altında yumağa üstünlük verir. Lakin mütəxəssislər bu vərdişin sağlamlıq üçün təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edirlər. Belə ki, çiy toyuğun yuyulması zamanı su sıçrantıları vasitəsilə bakteriyalar mətbəxin müxtəlif səthlərinə, qab-qacağa v
2 noyabr