İran ordumuza dəstək vermiş güneyli soydaşlarımızı cəzalandırdı - 180 ay həbs, 888 qamçı
Onlar ikinci Qarabağ müharibəsi zamanı İranın Ermənistana yardımlarına etiraz etmişdilər.
İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusuna dəstək və İranın Ermənistana yardımlarına etiraz məqsədilə Ərdəbil şəhərinin Cinral parkında aksiya keçirən 12 ərdəbilli fəall barəsində qərar çıxarılıb.
Sonxeber.az xəbər verir ki, oktyabrın 9-da Ərdəbilin Cəza Məhkəməsinin 102-ci bölməsinin başçısı Tahir Rəsulinin çıxardığı qərara görə, fəallar ümumilikdə 180 ay həbs, 888 qamçı cəzasına məhkum ediliblər.
Hüseyn Balaxani, Əsgər Əkbərzadə, Mustafa Pərvin, Murtəza Pərvin, Müctəba Pərvin, Hamed Heidəri, Mohəmməd Colani, Sobhan Bəkhşi, Mehdi Huşmənd, Bəhmən Xeyrcu və Səccad Colani İranın Cinayət Məcəlləsinin beşinci kitabının 607-ci maddəsinə əsasən ittiham olunublar.
Fəallar "hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı itaətsizlik" ittihamına görə 7 ay 16 gün, "ictimai asayişi pozmaq" ittihamına görə 7 ay 16 gün həbs və 74 qamçı cəzasına məhkum ediliblər.
Bununla yanaşı, məhkəmə Pərviz Siyabi, Hüseyn Balaxani, Hamid Heydəri, Məhəmməd Colani, Səccad Colani və Sübhan Bəxşinin yaş, sağlamlıq və ictimai mövqelərini nəzərə alaraq, onların barəsində çıxarılmış olan elektron qandal vasitəsilə nəzarətdə saxlanılmaq cəzasının 4 il müddətinə təxirə salınması barədə qərar çıxarıb.
Eyni halda İran İslam Respublikasının Cinayət Məcəlləsinin 448 və 449-cu maddələrinə və Cinayət Prosessual Məcəlləsinin 427-ci maddəsinə əsasən, Əsgər Əkbərzadə polis məmuruna xəsarət yetirdiyi üçün cərimə ödəməyə məhkum olunub.
Qeyd edək ki, yuxarıda adı sadalanan Güney Azərbaycan fəalları sentyabrın 28-də Ərdəbilin Ciral parkında Qarabağın azadlığı üçün hərbi əməliyyatlar aparan Azərbaycan Ordusuna dəstək verdiklərinə görə İran rejiminin təhlükəsizlik qüvvələri tərəfindən döyülərək həbs edilmişdilər.
Sonrakı günlərdə də oxşar məqsədlə Güney Azərbaycanın müxtəlif şəhərlərində və Tehranda aksiyalar keçirən fəallar da həbs edilmiş və mülki vəsiqə qarşılığında müvəqqəti azadlığa buraxılmışdılar.
İran rejiminin təhlükəsizlik qüvvələrinin fəalları fiziki zor tətbiq etməklə həbs etməsi və onlarla xoşagəlməyən tərzdə davranması həm güney azərbaycanlıların, həm də bir sıra insan haqları təşkilatlarının kəskin etirazlarına səbəb olmuşdu. "Amnesty İnternational" yaydığı bəyanatda İran rejimindən son aksiyalarda tutulanların hamısının dərhal və qeyd-şərtsiz azad etməsini tələb etmişdi.
Mənbə: gunaz.tv
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
Azərbaycanın bu şəhərində 40-a yaxın bina söküləcək - 2000 AZN kompensasiya...
Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
2027-ci ildə pensiyalar 7,5 faiz artacaq: Pensiyaçılar nə qədər qazanacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Nazir pensiya artımı ilə bağlı ŞAD XƏBƏR VERDİ
Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
Fatma Mahmudova: "Qızıma aldığım mebellərin qapısı açılmamış qaldı"
Bakıda BMW-nin körpüdən aşmasının anbaan görüntüləri
Qonşunuz həyətinizin bir hissəsini zəbt edibsə, torpağınızı necə geri ala bilərsiniz? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
9 gün iş olmayacaq
Arvadının iynə vurduğu kişi öldü
Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib
Alman və fransız dili tədrisi, ingilis dili tələbi: Bölgə gənclərinin iş tapmaq problemi - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Səudiyyədə nikahdankənar uşaq dünyaya gətirən qadına 100 şallaq cəzası verildi